Icma.az
close
up
RU
Elm, fəlsəfə və ədəbiyyat

Elm, fəlsəfə və ədəbiyyat

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

(Əvvəli qəzetin 27 iyul, 3 və 24 avqust tarixli saylarında)

5-ci mövzu. Ədəbiyyat və Nisbilik nəzəriyyəsi

İntellektual təmayüllü bədii mətnlərin yaranması prosesində istifadə etdiyimiz modeli şərtləndirən ardıcıllığa bir daha nəzər salaq: elmi informasiya, fəlsəfi düşüncə, bədii təfəkkür (Eİ – FD – BT). Mətnqurma mərhələsində bu modelin səciyyələndirdiyi ardıcıllıq dəyişməz qalır. Hadisə ilə adekvat olan elmi informasiya fəlsəfi düşüncə vasitəsilə bədii mətnə gətirilir. Fəlsəfi düşüncə, bir növ, elmi informasiya ilə bədii mətn arasında körpü–keçid aparatı funksiyasını icra edir.

Bu mövzuda isə hədəf seçdiyimiz elmi informasiya Nisbilik nəzəriyyəsidir və məqsədimiz bu nəzəriyyənin fəlsəfəsindən daxil etdiyimiz model əsasında bədii mətndə istifadə texnikasının şərhini verməkdən ibarətdir.

Klassik təsəvvürlərə görə, zaman və fəza mütləqdir, onlar arasında heç bir daxili əlaqə yoxdur. Yəni hərəkət zamanın gedişinə təsir göstərmir və cismin xətti ölçüləri onun sükunət və ya hərəkət halında olmasından asılı deyil. Həmçinin işığın vakuumda (boşluqda) sürəti sonsuz böyükdür. Lakin Enşteynin Nisbilik nəzəriyyəsi bu təsəvvürləri dağıtdı. Yeni təsəvvürlərin nədən ibarət olduğunu xatırlamaq və ədəbi-bədii müstəviyə adlamaq üçün əvvəlcə bu nəzəriyyənin bəzi nəticələri ilə tanış olaq.

İşıq sürəti. Bu nəzəriyyə əsasında isbat olunur ki, heç bir cismin sürəti işıq sürətini aşa bilməz. Yəni işıq surəti təbiətdə mövcud olan ən böyük sürətdir. İşıq surəti adətən “c” ilə işarə edilir və işıq sürətinin vakuumdakı sürəti saniyədə 300000 km.-ə bərabərdir (c = 300000 km/san).

Fəlsəfi və bədii yanaşma: İnsan təfəkkürü hər hansı bir hadisə haqqında müxtəlif və rəngarəng fikir variasiyaları yaratmaq imkanına malikdir. Bu fikir variasiyalarının dərinliyi isə insan idrakının elmi, fəlsəfi, poetik və digər imkanlarının sərhədləri ilə ölçülür. İşıq sürəti anlayışı ətrafında da bir çox bədii-fəlsəfi düşüncə şəbəkəsi yaratmaq mümkündür. Bu fikir şəbəkəsindən bir neçə nümunəni nəzərdən keçirək ki, elmi informasiyadan bədii mətnə keçid üçün xammal hazırlaya bilək.

İşıq sürəti - zamanla müqayisədə o qədər böyükdür ki, sanki zaman sürətin içində əriyib. Yalnız görünən sürətdir, zaman yox. Amma bəzi hadisələri müşahidə edərkən isə adamın ağlına tərs fikir gəlir. Asta-asta enən yarpaq, kəpənək uçuşu, qarışqanın hərəkəti və s. bu kimi hadisələri seyr edərkən, sanki görünən zamandır, sürət o qədər kiçik təsir bağışlayır ki, sanki zamanın içində əriyib yox olur.

Beləliklə, elmi informasiyanın doğurduğu fəlsəfi mənzərələr bədii-fəlsəfi düşüncənin predmetinə çevrilir, mövzunun bədii həlli zamanı yaradıcı təfəkkür öz funksiyasını yuxarıda qeyd etdiyimiz modelin (Eİ – FD – BT) formalaşdırdığı bədii laboratoriya əsasında həyata keçirir:

İşıq sürəti

Sürətə bax: saniyədə 300 000 km. –

sürətin içində əriyir zaman.

Və heç bir cisim aşa bilməz bu sürəti,

isbat olunub riyazi.

Zaman nisbidi –

inandırır bizi cənab Eynşteyn.

Sürət – vahid zamanda yerdəyişmədi -

cismin hərəkət əyrisi yəni.

Bax, bax: yarpaqdı enən, üstündə balaca bir həşərat.

Dayanıb sürət, yeriyir zaman.

Ağaca vida nəğməsi – yarpaq uçuşu,

sürəti azalır hər an.

Uçan yarpaqla birgə endi həşərat –

bitdi uçuş əyrisi - torpağın üstü ilə sürünür indi.

Zamanın içində boğulur sürət.

Doğuldu kəpənək – öldü kəpənək,

hardadı zaman, görünmür sürət.

“O” nöqtəsində başlayıb elə “O”-da

bitdi hərəkət.

Uçuşçun doğulan uçuşa həsrət.

Qəfəsdə asta-asta gəzişir aslan –

darıxır insan. Usanır bir qəfəslik sıxlıq,

məhv olur zaman, hardasa uyuyur

aslan sıçrayışına həsrətli bir “an”.

Zaman, Sürət, Hərəkət.

Fizika qanunlarına sığmayan

hadisələr var.

Bax, bax: yarpaqdı saralır,

sürünür həşərat, doğulur kəpənək - ölür kəpənək,

qəfəsdə asta-asta gəzişir aslan,

həyatda yavaş-yavaş darıxır insan –

sürət ölçüsüz.

Hardasan, hardasan, ... hardasan, zaman?

Zaman və məkanın nisbiliyi. Nisbilik nəzəriyyəsi və ya relyativistik mexanika, məlum olduğu kimi, fəza, zaman və hərəkət haqqında yeni elmi nəzəriyyədir. Relyativistik mexanika çox böyük sürətlə hərəkət edən cisimlərin mexanikasıdır. Bu nəzəriyyəyə görə, zaman və fəzaya ayrılıqda deyil, bir-biri ilə bağlı şəkildə baxmaq lazımdır. Bu nəzəriyyənin əsasında iki postulat dayanır və bu postulatlardan zaman və məkan barədə alınan nəticələrin qısa məzmununu verməyə çalışaq. Klassik fizikadan fərqli olaraq, Nisbilik nəzəriyyəsinə görə, zaman və fəza mütləq deyil, nisbidir. Tərpənməz bir sistemə görə sürətlə hərəkət edən digər sistemdə hər hansı bir prosesin başlanması və bitməsi arasındakı zaman intervalı tərpənməz sistemdəki zaman intervalından kiçik olur, cismin hərəkət istiqamətindəki ölçüləri isə qısalır. Bu nəzəriyyə əsasında sübut olunur ki, çox böyük sürətlə hərəkət nəticəsində zamanın yubanması, məkan ölçülərinin qısalması müşahidə olunur. Yəni isbat olunur ki, zaman və məkan ölçüləri mütləq deyil, hərəkətdən asılı olaraq dəyişən xüsusiyyətlərə malik olub nisbidir.

Bunu məşhur “Əkizlər paradoksu” adlı bir nümunə ilə açıqlayaq. Bu nümunəyə görə, əkiz qardaşlardan biri Yerdə qalıb, digəri işıq sürətinə yaxın sürətlə kosmosa səyahətə çıxarsa, kosmosa gedən qardaş geri qayıtdıqda əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir.

Beləliklə, bu nəzəriyyə əsasında əldə etdiyimiz faktlar hadisələrə təkcə elmi deyil, həm də yeni fəlsəfi təfəkkürlə yanaşma üçün yeni sahə - düşüncə meydanı yaradır. Bu vaxta qədər təsəvvürlərdə zaman və məkan dəyişməz idisə, artıq bu fakt öz elmi gücünü itirməklə, bədii-fəlsəfi mahiyyətini də itirir. Zaman və məkana yeni baxış formalaşmağa başlayır. Yaradıcı təfəkkürdə hadisələrə və predmetlərə fərqli baxış sərgiləmək imkanı yaradır. Işıq sürəti, fəza və zamanın nisbiliyi haqqında yeni faktlar həm də yeni formatda və məzmunda bədii mətnlərin yaradılması imkanı yaradır. Artıq bu nəzəriyyənin verdiyi elmi faktların fəlsəfi düşüncə vasitəsilə yaradıcı təfəkkürə inikası fərqli bədii əsərlərin yaranması üçün, həm də Nisbilik nəzəriyyəsində olduğu kimi, yeni məkan-zaman sahəsi yaradır:

Nisbilik nəzəriyyəsi

Qəribə, bəzən də qəribə olduğu qədər də

qorxulu fikirlər gəlir ağlıma –

bir az da maraqlı fikirlər, doğrusu.

Gözümü yumuram; məsələn,

ağlıma gəlir ki, uçuram işıq sürətilə.

Uçuram hara, – bilmirəm,–uçuram

və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən,

yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin

sığındığı kürədən. Uzaqlaşıram bir anın içində...

sonra heç nə xatırlamıram.

Açıram gözümü; qayıtmışam.

Az qala heç kəsi və heç nəyi tanımıram.

Məkan tanınmaz dərəcədə dəyişilib.

Tanışlar həyatda yoxdu artıq,

məndən sonra doğulanlar qocalıb hətta.

Dəyişməyən, deyəsən, mənəm təkcə. Ya da

dəyişsəm belə, bu, nəzərə çarpmayacaq dərəcədə.

Lakin...

Sanki

ömürdən hansısa bir parçanı

salıb itirmişəm.Dəhşətə gəlirəm

və yaşanmış ömrümü gəzirəm

bütün bu dəyişmələr içində.

(ardı var)

Əli Şirin ŞÜKÜRLÜ,
riyaziyyat üzrə fəlsəfə doktoru, şair-esseist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see138

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri