Icma.az
close
up
RU
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? Şahanə Ziyad yazır

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? Şahanə Ziyad yazır

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Barmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?

Əslində, həyatın ən sadə məntiqi bizə bunu öyrədir: qarşımıza problem çıxanda ilk düşündüyümüz onu aradan qaldırmaq, düzəltmək və mümkün olduğu halda ikinci bir şans verməkdir. Xüsusilə söhbət gəncdən, tələbədən və onun gələcəyindən gedirsə, bu yanaşmanın əhəmiyyəti daha da artır.

AZMİU-da Kənan Zindadil ilə bağlı baş verən hadisə də məhz bu baxımdan ciddi suallar doğurur. Təbii ki, kiminsə digər şəxsi təhdid etməsi, hədələməsi, qorxu yaratması və bu cür davranış sərgiləməsi qəbuledilməzdir. Heç bir tələbənin, müəllimin və ya başqa bir şəxsin belə davranışa haqqı yoxdur. Başqasının təhlükəsizliyinə və şəxsi sərhədlərinə hörmət etmək hər kəsin məsuliyyətidir.

Amma burada başqa bir sual ortaya çıxır: belə bir hadisə baş verdikdə tələbəni universitetdən uzaqlaşdırmaq həqiqətən ilk və ən zəruri addım idi? 

Universitet yalnız bilik verilən, imtahan keçirilən və diplom əldə olunan bir məkan deyil. Universitet həm də gəncin şəxsiyyət kimi formalaşdığı, davranışlarının nəticələrini dərk etdiyi, səhvlərindən nəticə çıxardığı bir mühitdir. Tələbənin etdiyi səhv, əlbəttə, cavabsız qalmamalıdır. Amma verilən cəzanın məqsədi yalnız onu sistemdən kənarlaşdırmaq yox, eyni zamanda səhvini başa düşməsinə və düzəltməsinə imkan yaratmaq olmalıdır.

Axı bir tələbəni universitetdən uzaqlaşdırmaq onun yalnız bu gününə deyil, gələcək həyatına da təsir edə biləcək ciddi qərardır. Bəs bu qərardan əvvəl hansı addımlar atılıb? Tələbə ilə danışılıbmı? Ona davranışının nəticələri izah edilibmi? Xəbərdarlıq edilibmi? Səhvini düzəltməsi üçün imkan yaradılıbmı? Daha yüngül intizam tədbirlərinin tətbiqi mümkün idimi?

Əgər bütün bu yollar mövcud olduğu halda ən ağır tədbir ilk olaraq seçilirsə, istər-istəməz sual yaranır: ən sonuncu atılmalı addım niyə ilk addıma çevrilir?

Təhsil müəssisəsinin əsas məqsədlərindən biri də gənci cəmiyyətə hazırlamaqdır. Gənc insanın səhv etməsi isə həyatın bir hissəsidir. Əsas məsələ onun səhvdən sonra nə öyrəndiyi, davranışını dəyişib-dəyişmədiyi və ona dəyişmək üçün imkan verilib-verilməməsidir.

Biz övladımız bir dəfə səhv edəndə onun qarşısında bütün qapıları bağlamırıq. Onunla danışırıq, səhvini göstəririk, nəticəsini izah edirik və düzəlməsi üçün yol axtarırıq. Çünki bilirik ki, insanı yalnız bir səhvi ilə qiymətləndirmək doğru deyil.

Axı bizə hər zaman təhsil aldığımız ocaq ikinci evimiz kimi təqdim olunub. İkinci ev dediyimiz yer isə insanın ilk səhvində qapısını üzünə bağlayan deyil, büdrəyəndə əlindən tutan, yanıldığında yol göstərən, səhvindən nəticə çıxarması üçün ona bir şans da verən məkan olmalıdır.

Elə isə universitet mühiti də yalnız cəzalandıran deyil, həm də düzəltməyə çalışan bir mühit olmalıdır. Səhvə göz yummaqla səhv edən insana ikinci şans vermək eyni şey deyil. Birincisi məsuliyyətsizlikdir, ikincisi isə tərbiyə və düzəliş üçün imkan yaratmaqdır.

Burada söhbət təhdidi, hədəni və ya yanlış davranışı müdafiə etməkdən getmir. Söhbət cəzanın ölçüsündən və tətbiq olunan yanaşmadan gedir. Əgər məqsəd gənci səhvindən uzaqlaşdırmaqdırsa, bunun üçün ən ağır cəzanın dərhal tətbiq edilməsi həmişə yeganə yol olmamalıdır.

Təhsilin məqsədi sadəcə yaxşı tələbə yetişdirmək deyil. Əsas məqsəd səhv etdikdə məsuliyyət daşımağı, nəticə çıxarmağı və dəyişməyi bacaran insan yetişdirməkdir.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri