Icma.az
close
up
RU
“Elm və həyat” jurnalının tarixçəsi

“Elm və həyat” jurnalının tarixçəsi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gülnar SƏMA

Azərbaycan mətbuat tarixində xüsusi çəkisi olan “Elm  və həyat” jurnalı 1961-ci ilin yanvar ayından, ayda bir dəfə olmaqla bu günə qədər çap  olunur. İlk nömrənin ilk səhifəsində “Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin orqanı, aylıq elmi-kütləvi jurnal” sözləri yazılmışdır.1963-cü ilin iyul nömrəsindən başlayaraq “Azərbaycan SSR “Bilik” Cəmiyyətinin orqanı, aylıq elmi-kütləvi jurnal” qrifi ilə çap olunmuşdur. Nəşrə başladığı vaxt redaksiya heyətinə H.Bağırov (məsul katib), A.Qarayev (baş redaktor), S.Quliyev, Ə.Quliyev, A.Əfəndiyev, C.İmanzadə, M.Musayev, C.Şirinov (redaktor) daxil olmuş, üzqabığı ilə birlikdə 26 səhifə ilə yayımlanmışdır.

1965-ci ilin noyabr nömrəsində redaksiya heyəti A.Qarayev (baş redaktor), A.Abdullayev, Ə.Bədəlbəyli, S.Quliyev, H.Əfəndiyev, C.İmanzadə, M.Kələntərov, Z.Göyüşov, C.Hüseynov, R.Şahvələd (redaktor) olaraq qeyd edilmişdir. 1966-cı ildən sonra ədəbiyyatla bağlı materiallar çoxalır. Həmin ilin fevral nömrəsindən “Azərbaycan SSR “Bilik” Cəmiyyətinin aylıq elmi-kütləvi jurnalı” qrifi ilə yayımlanır və jurnalın hazırlanmasında baş redaktor Rza Şahvələd (redaktor), redaksiya heyəti: Mikayıl Abdullayev, Həsən Abdullayev, Əfrasiyab Bədəlbəyli, Bəxtiyar Vahabzadə, Abdulla Qarayev (sədr), Səftər Quliyev,  Heydər Əfəndiyev, Nurəddin İsmayılov, Ziyəddin Göyüşov, Sübhi Salayev, Cəbrayıl Hüseynov iştirak edirlər.

Jurnal nəşrə başladığı ilk dövrlərdən tarixi şəxsiyyətlərin yubileylərinə həsr olunmuş nömrələr və ya məqalələr diqqəti çəkir. 1962-ci ilin 5-ci sayı, may nömrəsi M.Ə.Sabirin 100 illiyinə həsr olunmuşdur. 1963-cü ilin mart sayında H.Cavidin anadan olmasının 80 illiyi münasibəti ilə H.Orucəlinin “Unudulmaz sənətkar” məqaləsi yer almışdır. 1966-cı ilin sentyabr nömrəsində “Dahi gürcü şairi Şota Rustavelinin anadan olmasının 800 illiyi” münasibətilə haqqında qısaca məlumat və altı bəndlik şairliyə həsr olunmuş bir şeiri verilmişdir. 1967-ci ilin may nömrəsinin üz qabığında Cəlil Məmmədquluzadənin şəkli var və ilk üç məqalə mollanəsrəddinçilər haqqındadır. Bunlar Məsud Əlioğlunun “Xalqın böyük oğlu”, Şamil Qurbanovun “Gülən və güldürən şəkillər” Yusif Şirvanın “Molla Nəsrəddin” irtica əleyhinə” məqalələridir.1968-ci ilin oktyabr aydında çap olunan sayının üz qabığında M.P.Vaqifin rəsmi, qabığın iç tərəfində “Boyun sürahidir” sərlövhəsi ilə “Pəri” qoşması verilmişdir. Nömrənin ilk üç məqaləsi “Molla Pənah Vaqif 250” başlığı ilə yayımlanmışdır. Osman Sarıvəllinin “Molla Pənah Vaqif”, Əbdül Əzizovun “Azərbaycan sovet ədəbiyyatında Vaqif obrazı”, Y.Piriyevin “Vaqifin şair nəvəsi” məqalələrində şairin həyat və fəaliyyətinin müxtəlif məqamlarına toxunulmuşdur.1969-cu ilin may nömrəsində yer alan H.Orucəlinin “Cəfər Cabbarlı – 70” sərlövhəli məqaləsində Cabbarlının yaradıcılığı üç dövrə bölünərək, hər dövrün əsərləri öz xarakterik xüsusiyyətləri ilə təhlil edilir. Ədilə İsgəndərovanın “Cabbarlı obrazının mahir ifaçısı” məqaləsində “Solğun çiçəklər” pyesində Gülnisə obrazını yaradan Mərziyyə Davudovadan bəhs edilir. Cəlil Rəfiyevin “Xatirələr” rubrikasında həmyerlilərinin Cəfər Cabbarlı haqqında xatirələri canlandırılır.

1967-ci ilin mart nömrəsində ilk dəfə olaraq Ülkər Hüseynovanın İzzət Orucova haqqında “Əsrin övladı” adlı yazısı yer almışdır. Öz qəhrəmanının səciyyəvi xüsusiyyətlərini oxucuya təqdim edən müəllif yazır: “Azərbaycan kino sənətinin ilk qaranquşu, “Sevil”, “Almas” filmlərinin qəhrəmanı, texnika elmləri doktoru, 150-dən artıq elmi əsərin müəllifi, böyük bir elmi kollektivin rəhbəri, qayğıkeş övlad anası, bir cüt körpənin nənəsi – İzzət xanımın həyat yolu belədir”.

“Elm və həyat” jurnalı 1970-ci illərdə də öz ənənəsini davam etdirir. Bu illərdə də bir neçə nömrə ədəbi şəxsiyyətlərin yubileylərinə yer ayırmışdır. 1970-ci ilin dekabr nömrəsində Ə.Haqverdiyevin 100 illiyi münasibətilə Əbdül Əzizovun yazdığı “Realist sənətkar” məqaləsi, Rza Şahvələdin Əli Vəliyevin anadan olmasının 70 illiyi münasibətilə “Əli Vəliyev” məqaləsi bu qəbildəndir. 1972-ci ilin may nömrəsində N.Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə bir neçə məqalə çıxmışdır. Firidun Köçərlinin “İnqilabın qocaman əsgəri”, Q.Əbdülsəlimzadənin “Nərimanov və sovet Azərbaycanın ilk iqtisadi addımları”, Q.Məmmədlinin “Nərimanovun naməlum nitqi”, Mir Cəlalın “Realist ədib” məqalələri həmin mövzudadır.

1973-cü ilin sentyabr sayı “Nəsimi – 600”  mövzusuna həsr olunmuş, üz qabığında Nəsiminin fotosu və iç üzündə heykəlinin rəsmi verilmişdir. Son səhifədə müəllifi K.Əliyev olan Nəsimiyə həsr edilmiş xalçanın rəsmi vardır. M.Quluzadənin “Böyük humanist”, E.Əlibəyzadənin “Şairin estetik idealı”, H.Orucəlinin “Nəsiminin lirikası”, Əli Saləddinin “Nəsimi xalq ədəbiyyatında”, Sürəyya Ağayevanın “Nəsimi poeziyasında musiqi motivləri”məqalələri şairin yubileyinə həsr edilmişdir.1976-cı ilin may nömrəsinin üz qabığının iç tərəfində S.Vurğunun şəkli ilə birgə 70 yazılmışdır. Mirzə İbrahimovun “İşıqlı günlər şairi” məqaləsi də onun yaradıcılığına həsr edilmişdir.

1976-cı ilin fevral nömrəsindən baş redaktor Həsən Mehdiyev, redaksiya şurası: Əkbər Ağayev, Cəlal Allahverdiyev, Cəmil Quliyev, Maqsud Əliyev, Hacı Ağayev (məsul katib), Xudu Məmmədov, Asəf Nadirov, Adilə Namazova, Əbdülvahab Salamzadə, Məmməd Salayev, Qeysər Xəlilov, Qurban Cəlilov, Ənvər Şıxlinski heyəti ilə çap olunur.1977-ci ilin yanvar sayından etibarən 40 səhifə ilə çap olunmağa başlayır.

1977-ci ilin oktyabr nömrəsində ilk dəfə olaraq İsa Həbibov imzası ilə “Şeirimizdə ilk sonetlər” yazısı yer almışdır. Müəllif məqalədə sonetin ilk dəfə XIII əsrdə İtaliyada meydana gəldiyini, formalaşmasında Dante və Petrarkanın xüsusi rolu olduğunu qeyd etmişdir.. Vurğulanır ki, “...Abbas Səhhətin “Sınıq saz” (1912), Hüseyn Cavidin “Bahar şəbnəmləri” (1917) şeir kitablarında bir neçə sonetə rast gəlirik”. Məqalədə “Mən istərim ki”, “Çəkinmə, gül” və bir neçə sonetin xarakterik xüsusiyyətləri təqdim olunur.

1980-ci illərdən  jurnalın əhatə dairəsi daha da genişlənir, 80-ci illərin ortalarından yeni nəsil gənc müəlliflərin imzaları görünməyə başlayır.1981-ci ilin mayında Zahid Əkbərovun “Nizaminin “Divan”ı problemi” məqaləsi işıq üzü görür. Məqalədə şairin lirikasını tədqiq edən Jan Ripka, urdu ədəbiyyatşünası Şibli Neman, Y.E.Bertels və başqalarının mülahizələrinə toxunulur. Xidviyyə kitabxanasındakı  türk dilindəki əlyazmaların Nizamiyə məxsusluğunun öyrənilməsi tarixçəsindən danışılır. Belə bir fakta yer verilir ki, “Nəhayət, Tehranda çıxan “Ettelaat” qəzeti Azər., 1347-ci il (dekabr 1968) 12670 nömrəsində Rəştdə Nizami Gəncəviyə mənsub bir əlyazmasının tapıldığını xəbər verir. Məqalədə həmin kitabın iki nüsxədən ibarət olduğu göstərilir: türk və fars dilində. Bir sıra elm xadimlərinin, mətnşünasların fikrincə Nizami bu kitabı öz xətti ilə yazmışdır. Kitabın ilk səhifəsində “Haza kitab Nizami” (bu kitab Nizaminindir) sözləri yazılmışdır”.

İlk dəfə olaraq 1981-ci ilin sentyabr sayındaHeydər Əliyevin Dil haqqında sitatını görürük. 1983-cü ilin may nömrəsinin üz qabığında isə “Heydər Əliyeviç Əliyev yoldaşa” başlıqlı, fotosu ilə birgə təbrik ünvanlanmışdır.

Jurnal dahi şəxsiyyətlərin yubileylərini işıqlandırmağa 1980-ci illərdə də davam edir. 1981-ci ilin sentyabr sayında “Nizaminin 840 illiyi qarşısında” sərlövləsi verilmiş, Xəlil Yusifovun “Nizaminin təvəllüd tarixi” məqaləsi dərc olunmuşdur.

1984-cü ilin yanvar nömrəsində heyətdə dəyişikliklərin olduğu görünür. Baş redaktor vəzifəsini Həsən Mehdiyev icra edir, redaksiya şurasına Calal Əliyev, Qeysər Xəlilov, Urxan Ələkbərov, Mustafa Hüseynov, Çingiz Qacar, Zəhra Salayeva, Məmmədəmin Bəkirov, Eldar Nəsibli, Mahmud İsmayılov daxil edilmişdir.1984-cü ilin may ayından növbətçi redaktor kimi Ü.Hüseynovanın adı yazılır.

1985-ci ildən başlayaraq jurnalın nömrələrində yeni nəsil gənc jurnalistləri görmək olur. 1985-ci ilin iyul ayında Aqil Abbas və Rəşad Məcidovun Oqtay Əfəndiyevlə “Şah İsmayıl” adlı müsahibəsi dərc olunmuşdur. Müsahibədə Şah İsmayılın həm dövlət xadimi, həm də şair kimi fəaliyyətindən söz açılır. Hətta ona həsr edilmiş əsərlərə də münasibət bildirilmişdir.1986-cı ilin may nömrəsində də Aqil Abbas və Rəşad Məcidovun Budaq Budaqovla “Elmimizin ümidləri” müsahibəsi, 1987-ci ilin may sayının son səhifəsində Rəşad Məcidovla Vəli Xramçaylının şeirləri yer almışdır. 1987-ci ilin iyul ayından Rəşad Məcidov imzası tək görünməyə başlayır. “Abşeron rayonu: uğurlar, problemlər” adlı Z.Məmmədovla olan müsahibə onun həmin jurnalda ilk tək müəllifli yazısıdır. 1987-ci ilin sentyabr ayında Rəşad Məcidovun Binnət Süleymanla birgə “Özünü idarənin ilk addımları” yazısı,1988-ci ilin aprel nömrəsində Arif Quliyevlə birgə “Günəş, su, torpaq və buxarlanma” başlıqlı müsahibəsi yer almışdır.1988-ci ilin iyul ayındaRəşad Məcidov imzası ilə “Axtarış yollarında” adlı müsahibə, 1989-cu ilin yanvar sayında “Etibarlı ümid yelkəni” başlığıyla Vilayət Quliyevdən müsahibə, 1989-cu ilin fevralında Əfqan Fərəcovla “Gəncə, Göyçə,  sərlövhəsi ilə,1989-cu ilin mart nömrəsndə Əfqan Fərəcovla “Ömrün on günü” adlı məqaləsi çap olunmuşdur.1989-cu ilin aprelində Rəşad Məcidovun  “Hicri təqvimi və onun mənşəti” müsahibəsi, 1989-cu ilin iyun ayında “Birlik günəşi” müsahibəsi, dekabr ayında “Qaragöl yoxsa Sevliç” yazısı çap olunmuşdur.

1990-cı ilə qədər jurnal ənənəvi mövzularına sadiq qalmışdır.  Həmin ilin  yanvar nömrəsi də Azərbaycan SSR “Bilik” Cəmiyyətinin aylıq elmi-kütləvi jurnalı qrifi ilə yayımlanmışdır. Son səhifənin üz qabığında 20 Yanvar haqqında başsağlığı yazısı verilmişdir.1990-cı ilin fevral nömrəsinin üz qabığında 20 Yanvar faciəsinə aid  foto və Qabilin şeirindən bir bənd verilmişdir. Son səhifənin üz qabığında şeirlər də yer almışdır.

1990-cı ilin noyabr-dekabr nömrələri birgə çap olunmuşdur. 1991-ci ilin yanvar sayının üz qabığında 20 Yanvar faciəsinin birinci ildönümü ilə əlaqədar olaraq hər iki tərəfdə həmin qırğına aid fotolar verilmişdir. İlk 7 yazı da bu mövzudadır. Birinci yazı baş redaktor Həsən Mehdiyevin “Tariximizə həkk olunan qanlı-qadalı günlər” məqaləsidir.Ülkər Hüseynova Qüdrət Əbdülsəlimzadə ilə “Əbədi kədərimizin ili” sərlövləli müsahibə götürmüşdür. Maral Poladovanın “Bu qan yerdə qalan deyil”, Binnət Süleymanlının “Açıqgözlü şəhidlər” başlıqlı Əyyub Kərimovla müsahibəsi, Mahir Qarayev və Pyotr Lyukimsonun “Gözlənilməyən bir qətlin və gözlənilən bir məhkəmənin tarixçəsi”, Məhəbbət Hüseynovanın “Sənədlər İttiham edir...” yazıları, “Kədərli statistika” həmin faciəyə ithaf olunmuşdur.

İlk dəfə 1991-ci ilin mart nömrəsində Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin aylıq elmi-kütləvi jurnalı qrifi verilmişdir. 1991-ci ilin aprel nömrəsinin üz qabığında ilk dəfə üçrəngli bayrağımızın şəkli əksini tapmış, “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri yazılmışdır.1991-ci ildə sentyabr-oktyabr birləşmiş nömrəsi və noyabr-dekabr birləşmiş nömrələri çap olunmuşdur.

1992-ci ilin ilk sayı yanvar-mart aylarını əhatə etmiş birləşmiş nömrədir. Bu nömrədə “Azərbaycan Respublikası Elmlər Akademiyasının aylıq elmi-kütləvi jurnalı” qrifi latın əlifbası ilə yazılmışdır. Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 6 dekabr 1991-ci ildə “Elm və həyat” jurnalının Azərbaycan EA-nın tabeliyinə verilməsi haqqında Qərarı ilk səhifədə dərc olunmuşdur.1992-ci ildə aprel-iyun sayı birlikdə işıq üzü görmüş və üz qabığında “Elm və həyat” adı latın qrafikası ilə yazılmışdır.1992-ci ilin iyul-sentyabr və oktyabr-dekabr nömrələri də birlikdə çap olunmuşdur.

1993-cü ilin 1-2-ci nömrəsi yanvar-fevral, 3-4-cü nömrəsi mart-aprel, 5-6-cı nömrəsi may-iyun buraxılışlarında çıxmışdır. Bu nömrənin baş redaktoru Aydın Səlimzadə, redaksiya heyəti isə Binnət Süleyman (redaktor) Arif Abbasov, Afat Qurbanov, Arif Mansurov, Asəf Nadirov, Bəkir Nəbiyev, Eldar Salayev, Elşad Quliyev, Eldar Həsənov, Hacı Sabir Həsənli, İmran Mehdiyev, Maral Poladova (məsul katib), Məqsud Əliyev, Ramiz Rizayev, Şirindil Alışanov, Ülkər Hüseynova, Ziya Bünyadov, Fərəməz Maqsudov olmuş,  ilk dəfə bu siyahı yeni əlifba ilə verilmişdir. Nömrənin qiyməti 10 manat qeyd olunmuşdur.

1994-cü ilin yalnız 1-ci yanvar nömrəsi çap edilmişdir.1995-ci ilin də 1-ci və 2-ci nömrələri işıq üzü görmüşdür. Nömrənin baş redaktoru Aydın Səlimzadə, redaksiya heyəti: Binnət Süleyman (redaktor), Arif Abbasov, Arif Mansurov, Asəf Nadirov, Afat Qurbanov, Bəkir Nəbiyev, Eldar Salayev, Elşad Quliyev, Ziya Bünyadov, İmran Mehdiyev, Maral Poladova (məsul katib), Məqsud Əliyev, Ramiz Rizayev, Rəşad Məcid, Ülkər Hüseynova (redaktor müavini), Fərəməz Maqsudov, Hacı Sabir Həsənli, Cəlal Əliyev, Şirindil Alışanov olmuşdur.

1995-ci ilin ikinci nömrəsinin üz qabığında “Bəxtiyar Vahabzadə - 70” təbriki yer almışdır. Bu nömrənin baş redaktoru Ülkər Hüseynova, redaksiya heyəti: Binnət Süleyman (redaktor), Aydın Səlimzadə,  Arif Abbasov, Arif Mansurov, Asəf Nadirov, Afat Qurbanov, Bəkir Nəbiyev, Eldar Salayev, Eldar Həsənov, Elşad Quliyev, Ziya Bünyadov, İmran Mehdiyev, Maral Poladova (məsul katib), Məqsud Əliyev, Ramiz Rizayev, Rəşad Məcid, Fərəməz Maqsudov, Hacı Sabir Həsənli, Cəlal Əliyev, Şirindil Alışanov olmuşdur.

1996, 1997 və 1998-ci illərdə jurnalın birinci və ikinci nömrələri işıq üzü görmüşdür.1997-ci ilin 2-ci sayının redaksiya heyəti: Arif Abbasov, Oruc Abdullayev, Şirindil Alışanov (Mərkəzin direktoru), Budaq Budaqov, Lətif Vəliyev, Afat Qurbanov, Urxan Ələkbərov, Cəlal Əliyev, Rəhim Əliyev, Əli Əlirzayev,  Teymur Kərimli, (Mərkəzin baş redaktoru), Fərəməz Maqsudov, İmran Mehdiyev, Qərib Məmmədov, Rövşən Mustafayev, Asəf Nadirov, Bəkir Nəbiyev, Maral Poladova (məsul katib), Binnət Süleyman (redaktor), İsa Həbibbəyli, Hacı Sabir Həsənli, Eldar Həsənov, Ülkər Hüseynova, Toğrul Şahtaxtinskidir.

1998-ci ilin 1-ci nömrəsindən Azərbaycan Elmlər Akademiyası “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi qrifi ilə çapını davam etdirir. 1998-ci ilin ikinci sayının üz qabığında “Elm və həyat” adı latın əlifbası ilə yazılmışdır.Ülkər Hüseynovanın müəllifliyi ilə üç yazı çap olunmuşdur. 1999-cu ildə 1-2-ci və 3-4-cü nömrələr birləşdirilmişdir. 3-4-cü sayında İsa Həbibbəylinin “Qori seminariyasında Puşkin günləri”  məqaləsi işıq üzü görmüşdür.

2000-ci ilin 1-2-ci birləşmiş sayında Şirməmməd Hüseynovun “125 illik döyüş məktəbi” məqaləsi ilə birgə Ülkər Hüseynovanın üç yazısı da verilmişdir. 2000-ci ilin 3-4-cü birləşmiş sayının üz qabığının iç tərəfində “Elm və həyat” – 40 təbrik mətni verilmişdir.2001- ci ilin 1-2-ci birləşmiş nömrəsinin üz qabığının iç tərəfində “Elm və həyat” – 40” başlığı ilə Şirindil Alışanovun təbriki çap edilmişdir. 2002-ci ilin 1-2-ci və 3-4-cü birləşmiş sayından etibarən tamamilə latın qrafikası ilə oxucuların görüşünə gəlir.

2003-cü ilin 1-2-ci birləşmiş sayının baş redaktoru Mahmud Kərimov, baş redaktor müavini Şirindil Alışanov, redaktoru Binnət Süleyman, məsul katibi Maral Poladovadır. Redaksiya heyətinə Əli Abbasov, Ağamusa Axundov, Budaq Budaqov, Əhliman Əmiraslanov, Akif Əlizadə, Ayaz Əfəndiyev, Akif Hacıyev, İsa Həbibbəyli, Teymur Kərimli, Cəmil Quliyev, Nəriman Quliyev, Şahbaz Muradov, Qərib Məmmədov, Arif Mehdiyev, Bəkir Nəbiyev, Asəf Nadirov, Toğrul Şahtaxtinski daxil olmuşdur.

2016-cı ilin 2-ci nömrəsinin baş redaktoru akademik Akif Əlizadə, baş redaktorun müavinləri akademik İsa Həbibbəyli, Zülfüqar Fərzəliyev, məsul katibi Turan Rəhimova olmuşdur.

2025-ci ilin 1-ci nömrəsi Azərbaycan Milli Elmlər Akademiyası “Elm və həyat” elmi-populyar jurnalı qrifi ilə çap olunmuş, AMEA-nın 80 illiyinə həsr edilmiş xüsusi buraxılışdır. Bu nömrənin baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul katibi AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Dövri nəşrlər sektorunun baş mütəxəssisi Sərvan Kərimovdur. Redaksiya heyətinin üzvləri Anar Rzayev, Dilqəm Tağıyev, İbrahim Quliyev, Ömər Eldarov, Rasim Əliquliyev, İradə Hüseynova, Nərgiz Paşayeva, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva, Arif Həşimov, Cəmil Əliyev, Əhliman Əmiraslanov, İsmayıl Hacıyev, Fuad Əliyev, Fərhad Xəlilov, Firəngiz Əlizadə, Oqtay Qasımovdur. Beynəlxalq heyətə Se Fuçjan (Çin), Müzəffər Şəkər (Türkiyə), Dərya Örs (Türkiyə), Şavkat Ayupov (Özbəkistan), Axılbek Kurişbayev (Qazaxıstan), Taliya Xabriyeva (Rusiya), Nikolay Sokolovski (Polşa), Nikol Vasilyev (Bolqarıstan), Stefani Sini (İtaliya) daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see210

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see156

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see130

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see127

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see126

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see126

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see124

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see124

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see123

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see123

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see119

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see118

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see117

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see116

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see115

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see114

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see114

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

10 İyul 2025 19:19see111

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see111

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

11 İyul 2025 02:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri