Icma.az
close
up
RU
Dövrünün mədəniyyət mərkəzi İrəvan ziyalıları TƏHLİL

Dövrünün mədəniyyət mərkəzi İrəvan ziyalıları TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm və mədəniyyət tariximizə "İrəvani" təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi bu xəzinəyə önəmli töhfələrini veriblər. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqaların bu sırada adlarını qeyd etmək olar. Çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər.

İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur. Mənbələrdə göstərilir ki, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen "tatar dilinin" – yəni Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: "Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar". Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: "Tatar dilini (yəni Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir".

Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmış İrəvan məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişdirmişdir. XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır.

TANINMIŞ QƏLƏM SAHİBİ MƏMMƏDƏLİ HACI MƏMMƏD

Bu gün İrəvan mühitinin yetirdiyi ziyalılardan söhbət açacağıq. Məmmədəli Hacı Məmməd oğlu. 1899-cu ildə İrəvan şəhərində anadan olmuş Məmmədəlinin atası Hacı Məmməd kişi dini təhsil almış, ərəb, fars dillərini öyrənmişdi. Məmmədəli 1908-1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, fars dilini mükəmməl öyrənmişdi. Nasir təxəllüsü ilə 1912-ci ildə mətbuata gəlmiş gənc Məmmədəli yazılarını Bakıda nəşr olunan "Sədayi-həqq", "İqbal" qəzetlərində dərc etdirirdi. 1914-cü ildə İrəvanda Azərbaycan dilində "Lək-lək" satirik jurnalı nəşrə başlayanda o, həmin jurnalda "Şeytan", "Dul toyuq" imzası ilə şeirlər və məqalələrlə çıxış etmişdir. Məmmədəli Nasir 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində məsləkdaşları M.Mirfətullayev, T.Rzayevlə birgə İrəvanda "Cavanlar şurası" adlı siyasi, ictimai, ədəbi bir qəzet açmağa müvəffəq olmuşdur. Bu qəzet daşnakların çirkin əməllərini pisləyir, xalqı ayıq və səfərbər olmağa səsləyirdi. Bu səbəbdən də qəzetin nəşrinə imkan verilməmiş, 3-4 sayından sonra bağlanmışdı. Bundan sonra o, "Açıq söz" qəzetində çıxışlarını davam etdirmişdir. M.Nasir Hüseynağa Şahtaxtlının rəhbərliyi ilə İrəvanda qurulan "Müdafeyi-məzluman" təşkilatının fəallarından olmuşdur.

M.Nasir daşnakların təqibindən yaxa qurtararaq 1918-ci ildə Gəncəyə gəlmiş, 1920-ci ildə onun redaktorluğu ilə "Qırmızı Gəncə" qəzeti nəşr olunmuşdur. Onun yazdığı "Bədbəxt ailə" pyesi 1919-cu ildə Gəncədə tamaşaya qoyulmuşdur.

Mənbələrdə qeyd olunur ki, 1917-ci ildən Kommunist Partiyasının üzvü olan Məmmədəli Nasir 1921-ci ildə Ermənistana rəhbər işə dəvət edilmiş, 1922-ci ilin yanvarınadək Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsində işləmiş, sonra isə "Rəncbər" qəzetində çalışmşdır.

1922-1923-cü illərdə Qafqaz Bürosu M.Nasiri Gürcüstanın Azqur, Borçalı və Qarayazı rayonlarında partiya komitəsinin katibi vəzifəsinə işə təyin etmişdir. 1926-cı ildə Qafqaz Bürosunun təyinatı ilə Zaqatalada Siyasi maarif şöbəsinin müdiri işləyən M.Nasiri bir il sonra Bakıda "Kommunist" qəzetinə işə dəvət edilmişdir. O, burada bir neçə il təlimatçı, Qəzalarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. M.Nasir 1931-1934-cü illərdə Dəvəçidə ("Yüksəliş"), Laçında ("Şura Kürdüstanı"), Ağdamda ("Ağdam kolxozçusu"), Bərdədə ("Qızıl Bərdə"), Əli Bayramlıda (indiki Şirvan şəhəri – "Pambıq zərbəçisi") kimi rayon qəzetlərinin məsul redaktoru kimi fəaliyyət göstərmişdir.

1935-ci ildə "Yeni yol"da məktublar şöbəsinin müdiri işləmişdir. 1936-cı il iyulun 18-də repressiyaya məruz qoyularaq həbs olunmuş, 10 illik sürgün həyatına məhkum edilmişdir. 1956-cı ildə bəraət almış, həmin ildən vaxtilə işlədiyi "Kommunist" qəzetində təşkilatçı müxbir kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı" qəzetlərində, "Azərbaycan", "Kirpi" kimi jurnallarda çıxışlar etmişdir. Məmmədəli Nasir 1982-ci il aprel ayının 14-də 83 yaşında vəfat etmiş, Bakının şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular. İrəvan, dövrünün mədəniyyət mərkəzi olmuşdur.

İrəvanda yaşayıb-yaradan azərbaycanlılar öz istedadları ilə tariximizə parlaq səhifələr həkk etmişdilər.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri