Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi peşə təhsilinin cazibəsini artırmaq üçün maarifləndirmə aparmır Ekspertdən ETİRAZ

Elm və Təhsil Nazirliyi peşə təhsilinin cazibəsini artırmaq üçün maarifləndirmə aparmır Ekspertdən ETİRAZ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bildiyimiz kimi, bu il universitetlərə qəbul ballarında artım müşahidə olunub.

Eyni tendensiya kolleclərə qəbulda da özünü göstərəcəkmi? Ümumiyyətlə, kolleclərə qəbul ballarında artım gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu il qəbul prosesində ali təhsil üzrə bəzi ixtisaslarda bal artımı müşahidə olunsa da, eyni vəziyyət kolleclərə aid deyil:

"Səbəb çox sadədir: ali məktəblərlə müqayisədə kolleclərdə plan yerlərinin sayı artırılıb. Statistika göstərir ki, ötən il kolleclərə qəbul üçün təxminən 18 min plan yeri ayrılmışdısa, bu il rəqəm 20 minə yaxınlaşıb, yəni əlavə 2 min yer açılıb. Deməli, təklif (yer sayı) artdığı halda, tələb (müraciət edənlərin sayı) əvvəlki səviyyədə qalıb. Bu isə bal artımına səbəb deyil, əksinə, rəqabəti nisbətən yumşaldır. Digər tərəfdən, abituriyentlərin böyük qismi ali məktəblərə üz tutur və yalnız qəbul ola bilmədikdə kolleclərə yönəlirlər. Bu il ali təhsildə 88 mindən çox abituriyent iştirak edib, onlardan 57 mindən çoxu qəbul olunub. Qalan kəsim bir hissə olaraq kolleclərə yönəlsə də, plan yerlərinin artması balansı qoruyur".

Ekspert qeyd etdi ki, kolleclərə kütləvi axın yoxdur, çünki gənclərin əsas arzusu universitetdir.

"Bu faktlar göstərir ki, kolleclərdə ciddi bal artımı gözlənilmir. Əksinə, bəzi ixtisaslarda yerlərin dolmaması da mümkündür. Çünki peşə təhsilinə maraq hələ də zəifdir, imic problemi qalır, valideynlər və abituriyentlər kolleci universitetə alternativ yox, son variant kimi görürlər. Plan yerlərinin artırılması isə rəqabəti azaldır və nəticə etibarilə keçid ballarını aşağı saxlayır. Yəni bu il kolleclərə qəbul zamanı bal artımı müşahidə olunmayacaq. Əksinə, bəzi ixtisaslarda yerlər boş qala bilər. Bu da göstərir ki, Elm və Təhsil Nazirliyi hələ də peşə təhsilinin cazibəsini artırmaq üçün ciddi maarifləndirmə aparmır, proqnoz və plan təqdim etmir. Ona görə də rəqəmlər şişir, amma real maraq zəif qalır", - deyə Kamran Əsədov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri