Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir

Elm və Təhsil Nazirliyinin ən uğursuz kadrı? BSU rektoru Anar Nağıyev ətrafında qalmaqallar bitmir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Slavyan Universitetində (BSU) gərginlik səngimir. Universitet daxilindən redaksiyamıza daxil olmuş məlumata görə Anar Nağıyevin rektor təyin olunduğu gündən bu yana ali təhsil ocağında sağlam akademik mühitdən çox, daxili çəkişmələr, idarəetmə böhranı və narazılıqlar hökm sürür.
Son illər Azərbaycanda bir sıra universitetlər elm, təhsil, araşdırma, H-indeks və beynəlxalq QS reytinqləri üzrə irəliləyiş əldə etdiyi halda, BSU-nun “uğuru” yalnız UI GreenMetric siyahısında qeydə alınıb. O da nə az, nə çox — İnfrastruktur (SI) – 515 xal, Tullantıların idarəolunması (WS) – 1125 xal

Görəsən hansı infrastrukturdan söhbət gedir-Yarımçıq qalmış təmirdən, yoxsa mağaranı xatırladan auditoriyalardan?
BSU-nun qocaman kollektivi bu sualın cavabını yaxşı bilir...
Adının çəkilməsini istəməyən uzunillik BSU əməkdaşı bildirir ki, universitetin institusional akkreditasiyadan keçə bilməməsinin əsas səbəbi rektorun yanlış qərarları və səriştəsiz “komandasıdır”.Onun sözlərinə görə, bu idarəçilik universiteti sözün əsl mənasında bataqlığa sürükləyib.Rektorluq dövründə atılan ən mübahisəli addımlardan biri də sabiq rektor Kamal Abdullanın böyük zəhmətlə yaratdığı BSU nəzdindəki Məktəb–Lisey Kompleksinin universitetin tabeliyindən çıxarılması olub. Nəticədə bu təhsil ocağı Bakı Şəhəri Təhsil İdarəsinin balansına verilib.
Sual yaranır: BSU bu qərardan nə qazandı?
Cavab sadədir: Heç nə. Yalnız itki.
     Slavyanşünaslıqdan “yolayrıcı”
Mediatv.az-a verilən məlumata görə, rektorun şəxsi istəyi ilə universitetdə fəaliyyət göstərən bir sıra dil və mədəniyyət mərkəzləri bağlanıb. Bu isə BSU-nun əsas missiyasına zidd olaraq, ali məktəbin tədricən Slavyanşünaslıqdan uzaqlaşdırılması kimi dəyərləndirilir. Universitetin hansı istiqamətə getdiyi isə hələ də müəmmalıdır.
     1.8 milyon manatlıq “itən təmir”
Ötən il BSU-nun təmirinə 1,8 milyon manat vəsait ayrılıb. Lakin nəticə göz qabağındadır.Universitet binalarının cəmi iki mərtəbəsi natamam şəkildə təmir olunub.Bəs qalan vəsait hara xərclənib,niyə bu prosesə nəzarət edilmir?
 Son günlər mediada yayılan məlumatlar isə vəziyyəti daha da qalmaqallı edir. Bildirilir ki, rektor təhsil və elmi problemləri bir kənara qoyaraq, "şəxsi baxımı" ilə gündəmə gəlir. Universitetin professor-müəllim heyəti faktiki olaraq diplomsuz və səriştəsiz bir “komandanın” ümidinə buraxılıb. Rektor isə təcrübəli kadrları dəstəkləmək əvəzinə, onları "sındırmaq" və dəyərsizləşdirməklə məşğuldur. Məlumata görə, universitetə aid olmayan şəkildə yaradılmış Rektorun Katibliyinə rektorun katibəsi rəhbər təyin olunub və ona limitsiz səlahiyyətlər verilib. Lakin bu səlahiyyətlərin necə və hansı etik çərçivədə icra olunacağı öyrədilməyib.Bir sözlə universitet diplomsuz, üzə durmaqla məşğul olan  və bunun müqabilində daha çox maaş alan komandanın ümidinə qalıb.Hər həftə universitet əməkdaşlarına rektorun reklamı ilə bağlı statusların paylaşılması barədə göstərişlər verilməsi isə ümumi narazılığı pik həddə çatdırıb.BSU-nun qocaman və nüfuzlu kollektivi hesab edir ki, universitetin son illərdə bu qədər dəyərdən düşməsi məhz Anar Nağıyev və onun komandasının idarəçilik xəttinin nəticəsidir.
   “BSU kollektivi Elm və Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək, ötən il işdən azad edilən yarıtmaz kadrların siyahısına BSU rektorunun da daxil edilməsini, eləcə də rektorun hazırda tutduğu vəzifənin sonuncu təyinat ili olduğunu nəzərə alaraq, yol verdiyi bu kimi halların onun növbəti 5 illik müqaviləsinin uzadılmaması ilə nəticələnməsini tələb edir. Daxil olmuş məlumata görə kollektiv hesab edir ki, rektorun bu kimi hərəkətləri Elm və Təhsil Naziri Emin Əmrullayevin adına yalnız kölgə salır. Çarəsiz vəziyyətə düşən universitet kollektivi göydə ulu Tanrıya, yerdə isə ədalətin bərqərar olunacağına ümid edərək Emin Əmrullayevə pənah gətirir.
Ən maraqlısı isə budur ki, rektor tez-tez iclaslarda özünü nazirin “əsas kadrı” kimi təqdim edir, onun adından tapşırıqlar verdiyi bildirilir.
O zaman sual yaranır,əgər elədirsə niyə BSU akkreditasiyadan keçə bilmədi, niyə məktəb-lisey universitetin əlindən alındı, milyonlar hara xərcləndi?
Daxil olmuş məlumatda qeyd olunur ki, maliyyə işləri üzrə prorektor Elçin Hüseynov isə öz vəzifə funksiyalarını bir kənara qoyaraq, faktiki olaraq “rektorun şəxsi qovluq daşıyanı” rolunda çıxış edir.Suallar çoxdur. Cavab isə yoxdur. Görünən odur ki, rektor bu suallara aydınlıq gətirmək əvəzinə və şəxsi reklamı ilə məşğuldur.
Əgər rektor öz reklamına xərclədiyi yüz minlərlə manatı kollektivin maaşına və təhsilin inkişafına yönəltsəydi, bəlkə də bu gün BSU tamam başqa bir səviyyədə olardı…
 Qarşı tərəfin cavab haqqını tanıyırıq..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri