“Elm və təhsil obyektivdə foto video müsabiqəsinə qeydiyyat uzadılır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti iyulun 10-u tarixinədək uzadılır.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















