Icma.az
close
up
RU
Elman Cəfərli: ““Olaylar” yarandığı gündən dövlətçiliyə, azərbaycançılığa bağlı media qurumu olub

Elman Cəfərli: ““Olaylar” yarandığı gündən dövlətçiliyə, azərbaycançılığa bağlı media qurumu olub

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xəbər məkanında  özünəməxsus yeri olan "Olaylar" qəzetinin fəaliyyətə başlamasından 30 il ötür.

Qəzetin ilk nömrəsi 1995-ci ilin aprelin 24-də işıq üzü görüb. Qəzetin yaranması maraqlı tarixi hadisə ilə eyni zamana təsadüf edir. 

Bildiyimiz kimi aprelin 24-ü hər il qondarma erməni soyqırımının ildönümü kimi qeyd olunur. Bu tarixdən çap olunmağa başlayan "Olaylar" qəzeti sanki dünyaya səpələnmiş azərbaycanlıların, ana dili, milli kimlik uğrunda mübarizə aparan türklərin tribunasına çevrildi. Bu günə qədər "Olaylar" qəzeti Güney Azərbaycan, Türkməneli, Dərbənd, Borçalı türklərinin milli, sosial tələblərinin dünyaya çatdırılmasına böyük rol oynayıb. Qəzetin özəlliklə Güney türklərinin milli şüurunun oyanmasında, Güney Azərbaycan türklərinin milli davasının dünyaya tanıdılmasında böyük xidmətləri var.

Bu il jurnastika fəaliyyətimin 25 ili tamam olur. Onun 15 ili "Olaylar"la bağlıdır. 2001-ci ildən 2015-ci ilə qədər "Olaylar" qəzetində və eyni adlı informasiya agentliyində çalışmışam. Jurnalist kimi yetişməyimdə "Olaylar" qəzetinin böyük rolu oldu. Mən bu redaksiyaya gələndə ölkədə vur-tut 4-5 informasiya agentliyi var idi. Qıza zamanda "Olaylar" çevikliyi, dəqiqliyi və operativliyi ilə öncül yerlərdən birini tutdu. İlk dəfə müsahibə, açıqlama almağı, reportaj yazmağı burada öyrəndik, jurnalist kimi "Olaylar"da püxtələşdik. Mən də daxil onlarla jurnalistin yetişməsində Yunus Oğuzun, Fatma Abbasquliyevanın  böyük rolu var. Burada o dövrün peşəkarları mərhum Qeyrət Quliyev, Ruqiyyə Abdullayeva, Zöhrə xanım, Emil Hüseynli, Ülviyyə Telmanqızı ilə tanış olduq, onlardan təsirləndik. "Olaylar" hər zaman taleyini jurnalistika ilə bağlamış gənclərə meydan verib, onlara dəstəyini əsirgəməyib. "Olaylar" bu missiyası bu gün də davam edir. Bu gün Azərbaycan mediasında onlarla adlı-sanlı imza sahibi məhz "Olaylar"ın yetirməsidir. Azər Həsrət, Müşfiq Ələsgərli, Arzu Şirinova, Xaqani Səfəroğlu, Mübariz Aşırlı, Ləman Əliəşrəfqızı, Səbuhi Səfiyarlı, Rüfət Abbasov,  Alim  Hüseynli, Elnarə  Kərimova,  Səlim Balayev və digər ünlü qələm sahibləri bir zamanlar "Olaylar" qəzetində çalışıblar.

"Olaylar" yarandığı gündən bu günə qədər dövlətçiliyə, azərbaycançılığa bağlı media qurumudur. Bu yolda bəzən təzyiqlərə məruz qalsa da, məhkəmələrə çəkilsə də milli maraqlardan geri durmayıb. Media qurumunun bu dəst-xəttinin formalaşmasında və qorunub saxlanmasında qəzetin yaradıcısı, türkoloq-alim, tarixi romanlar müəllifi, yazıçl Yunus Oğuzun müstəsna rolu var. "Olaylar" vətəndaş cəmiyyətinin fəal dəstəkçisi, QHT-lərin dostudur. "Olaylar" qəzeti, eyni adlı informasiya agentliyi və olaylar.az xəbər portalı hər zaman QHT-lərin tribunasına çevrilib, cəmiyyət üçün faydalı ictimai təşəbbüslərə informasiya dəstəyi verib. Başda Yunus Oğuz olmaqla söz qalasının keşikçilərini, dəyərli həmkarlarımız  "Olaylar" qəzetinin nəşrə başlamasının 30 illiyi münasibətilə təbrik edirəm. Ömrünüz uzun, yolunuz açıq, şansınız bol olsun!"

Elman Cəfərli, jurnalist,

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri

“Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri