Icma.az
close
up
RU
Elman Nəsirov: Bir birimizə baxıb dedik ki, Azərbaycanın nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik

Elman Nəsirov: Bir birimizə baxıb dedik ki, Azərbaycanın nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yanvarın 18-də İmişlidə Dövlət Yol Polisinin avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Həmin gün İmiş Rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlığından iki şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açdı. Artıq ibtidai istintaq aparılır. Dəhşətli hadisədir, çünki söhbət azyaşlıların ölümündən gedir. Heç bir şübhə yoxdur ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən şəffaf, obyektiv şəkildə araşdırılacaq, cinayətkarlar cəzalarını alacaqlar. Bu heç müzakirə məsələsi də deyil, aksiomdur. Azərbaycan hüquqi dövlətdir, başqa cür ola bilməz. DİN elə hadisə baş verən gün operativ olaraq qəza ilə bağlı video görüntünü yaydı. Görüntülərdən də məlum olur ki, DYP avtomobili yol ayrıcındakı digər avtomobilə dəyir, nəticədə, polis maşını yoldan çıxır, səki ilə hərəkət edən azyaşlıların ölümünə səbəb olan hadisə baş verir. Diqqətdən yayınmayan məqam budur ki, radikal müxalifət bu cür bədbəxt hadisədən də müəyyən siyasi dividentlər qazanmaq niyyəti güdür. Dərhal hadisəyə siyasi rəng qatmağa başladılar, Azərbaycan polisinin adını ləkələməyə çalışdılar, anti-Azərbaycan dairələrin təhriki, onların təşkilatçılığı ilə tələm-tələsik etiraz dalğasının yaranmasına da rəvac verdilər. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi müstəvidə tənzimlənir. Yaranan ixtişaşlarda saxlanılanlar var. Bunun da motivləri araşdırılır. Xarici müdaxilə, sifarişə bağlı məqamlar da üzə çıxarılır və araşdırma predmetidir".

 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

​​​​​​
"Üzümü həmin anti-milli ünsürlərə tutub deyirəm ki, heç vaxt unutmayın, Azərbaycan polisi hər zaman öz vəzifəsini şərəflə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunmasında müstəsna xidmətləri olub. Bu gün də Azərbaycan stabil dövlətdir, müsəlman dünyasında sabitlik adasıdır, hər bir vətəndaş özünü təhlükəsiz hiss edir. Bu, nəyin sayəsindədir? Bütün bunlarda polisimizin müstəsna rolu var. İki il öncə Brüsselə səfərim var idi. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq komitəsi çərçivəsində bu səfər baş tutmuşdu. Bizim nümayəndə heyətinə Brüssel rəsmiləri bildirdilər ki, axşam saat 22:00-dan sonra otelə qayıtmağınızı xahiş edirik. Sual verdik ki, niyə? Dedilər ki, axşam 22:00-dan sonra Brüsseldə - Avropa İttifaqının və NATO-nun mənzil qərargahının yerləşdiyi bir paytaxt şəhərində təhlükəsizliyinizə 100% təminat verə bilmirik, hər şey baş verə bilər. Biz həmin an bir-birimizə baxıb dedik ki, Azərbaycanın və Bakının nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik. İndi isə Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər. Buna qətiyyən ehtiyac yoxdur. Sizə bircə fakt deyim ki, ABŞ özünü demokratiyanın beşiyi sayır, amma hər il, təxminən, 1200 nəfərdən çox insan məhz polis təzyiqləri nəticəsində qətlə yetirilir. Azərbaycan polisi isə öz vətəndaşını qoruyur. Bu cür hadisənin baş verməsini heç istəməzdik, amma təəssüf ki, belə hallar da baş verir. Burada ayrı-ayrı polis əməkdaşının günahı varsa, bu, bütövlükdə Azərbaycan polisinin günahı deyil. Kimlərsə cinayət tərkibli əmələ imza atıbsa, mütləq cəzalandırılacaq. İnsanların başına gələn faciədən siyasi qazanc əldə etmək vicdansızlıqdır. İmişlilər mərd, dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentini sevən, ağı qaradan seçməyi bacaran insanlardırlar. Heç vaxt imkan verməzlər ki, anti-Azərbaycan dairələrin çirkin niyyətləri belə bədbəxt hadisələr fonunda rəallaşsın", - deputat bildirib.

 
Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Yanvar 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see136

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri