Icma.az
close
up
RU
Elman Quliyev: Ümumtatar ədəbiyyatının tərkib hissəsi olan Krım tatar ədəbiyyatı

Elman Quliyev: Ümumtatar ədəbiyyatının tərkib hissəsi olan Krım tatar ədəbiyyatı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 21 noyabr, AZƏRTAC

Tatarlar yeni eranın əvvəllərində Qərbi Sibirdən Ural çölləri və Volqa çayı sahillərinə köç etmiş türk tayfalarının törəmələridir. Onlar III-IV əsrlərdə burada daha geniş ərazilərdə məskunlaşmış, bir qrupu IV əsrdə Şərqi Avropaya, digər bir qrupu isə Azov sahillərinə doğru irəliləyiblər. VI əsrdə Krımda məskunlaşan Bulqar türkləri VII əsrdə Azov sahillərində Bulqar dövlətini yaradıblar. Lakin həmin tayfaların bu ərazilərə gəlişindən çox əvvəllər, miladdan öncə təxminən VIII əsrdə Krımda Barslı türklərinin yaşaması haqqında məlumatlar mövcuddur.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin tatar ədəbiyyatı ilə bağlı yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Orta Volqa və Kama çayı hövzələrində isə Bulqar dövlətinin yaradılması təxminən X əsrə təsadüf edir. Orta Volqa boyunda yaranan dövlətin tərkibində əsasən indiki tatar, başqırd, çuvaş və digər xalqlar yaşamışlar. Bulqar hakimiyyəti dövründə Tatar mədəniyyəti və ədəbiyyatı inkişaf etməyə başlayıblar. Bu dövlətin mövcudluğunun ilk dövrlərində türk-runik əlifbasından istifadə olunmuş, daha sonra ərəb əlifbasına keçilmişdir. Ərəb əlifbasına keçidlə Şərq ədəbiyyatı və mədəniyyətinə yaxınlaşma sürətlənmişdir. Qədim tatar ədəbiyyatında əsatir, rəvayət, dastan, nağıl və s. nümunələr çoxluq təşkil edir. “Xan qızı Altunsaç”, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və s. nümunələr Kazan və Krım tatarlarının qəhrəmanlıq əsərləri kimi məşhurdur. Digər türk xalqlarında da bu dastanların dəyişik variantlarını görmək mümkündür.

XIII əsrdə Qali tərəfindən şərq ənənəvi məhəbbət mövzusunda yazılmış “Yusif və Züleyxa” əsəri tatar yazılı ədəbiyyatının ilk nümunəsi hesab edilir. XIV əsr tatar ədəbiyyatının inkişafında Seyfi Sarayinin böyük xidmətləri olub. O, monqollar tərəfindən əsası qoyulmuş Qızıl Orda dövlətinin mərkəzi olan Saray şəhərində anadan olub. Bir müddət Xarəzm və Qıpcaq bölgələrində yaşadıqdan sonra Misirə Məmlukilər sarayına gedib. 1391-ci ildə orada S.Şirazinin “Gülüstan” əsərini türk dilinə tərcümə edib. Əsər “Kitabi Gülistan bit-türki” adı ilə tərcümə olunub. O, qəzəl, qəsidə, rübai janrında şeirlər yazaraq Misir coğrafiyasında türk klassik şeirinin yayılma dairəsini xeyli genişləndirib.

XV əsrdə Səyadinin “Babaxan dastanı”, XVI əsrdə Məhəmmədyarın “Töhfeyi-mərdan” və “Nurisadir” əsərləri orta əsrlər tatar ədəbiyyatının bəşəri motivlər və əxlaqi-didaktik ideyalar baxımından zənginliyini təsdiqləyir. XVII-XVIII əsrlər tatar ədəbiyyatında klassik ənənəyə bağlılıq daha çox müşahidə edilir.

XIX əsr isə tatar ədəbiyyatının yeni dövrü hesab olunur. Bu mərhələ tatar ədəbiyyatı üçün maarifçiliyin və tənqidi realizmin yaranması və inkişafı baxımından səciyyəvidir. Tatar ədəbiyyatında maarifçiliyi banisi olan Kayum Nasiri (1825-1902) “Qırx vəzir”, “Qırx bağça”, “Gülrux və Qəmərcan”, “Əbu Əli Sina” və s. əsərlərində bir çox məsələlərlə yanaşı , elmin, təhsilin faydalarından danışır. Onun tatar dilini ruslara, rus dilini tatarlara öyrətmək məqsədilə yazılmış “Qısa nəhv kitabı” doğma xalqının mədəni tərəqqisində mühüm rol oynayıb. Kayum Nasiri dərslik və dərs vəsaitlərinin, tarixə, etnoqrafiyaya və s. aid elmi əsərlərin müəllifi kimi də xalqına çoxlu faydalar vermişdir. Zakir Bigeyev(1870-1902), Qabdrahman İlyasi (1856-1895), Miftahəddin Ağmolla (1831-1895) və digər sənətkarların yaradıcılığında da maarifçilik ideyaları əsas yerlərdən birini tutur.

1905-ci inqilabının Rusiya ictimai-siyasi həyatına təsiri nəticəsində ədəbi prosesdə tənqidi realizm meyilləri güclənməyə başlayıb. Tənqidi realizmin nümayəndələri olan Qabdulla Tukay (1886-1913), Məcid Qafuri (1880-1934), Fateh Amirxan (1886-1926), Şərif Kamal (1884-1942) və başqaları yeni mərhələdə tatar ədəbiyyatının zənginləşməsində böyük xidmətlər göstərib. Q.Tukay XX əsrin əvvəllərində yazıb-yaratmış ədiblərdən, “Molla Nəsrəddin” jurnalı ətrafında toplanan şair və yazıçılarlardan, xüsusən M.Ə.Sabirdən çox təsirlənib.

Əlimcan İbrahimov (1884-1938), Qəvi Nəcmi (1901-1957), Tazi Qizzat (1895-1955), Şamil Usmanov (1895-1937), Musa Cəlil (1906- 1944) və s. sənətkarlar tatar sovet ədəbiyyatının nümayəndələri kimi böyük mədəni irs yaradıblar. Əlimcan İbrahimov tatar ədəbiyyatında nəsrin böyük nümayəndəsi kimi tanınır. Ötən əsrin 30-40-cı illərində tatar sovet poeziyasının inkişafında Musa Cəlilin əvəzsiz xidmətləri olub. Təxminən 10 yaşında şeir yazmağa başlayan, 13 yaşında (1919) ilk şeiri çap olunan Musa Cəlilin poeziyası geniş mövzu dairəsinə malikdir. İkinci Dünya müharibəsi M.Cəlilin yaradıcılığına təsirsiz ötüşməyib. “Moabit dəftəri” şeirlər silsiləsi M.Cəlil yaradıcılığının zirvəsi və qəhrəmanlıq ruhunun təcəssümüdür.

Kazan tatarlarının müasir dövr poeziya, nəsr və dramaturgiya nümunələrində realist və romantik ifadə tərzi üstünlük təşkil edir. Qafil Afzal, Əxsən Baranov, Şəükət Qaliyev, Rədif Qataullin və s.sənətkarların poeziyasında ümumtatar ruhunun və bəşəri hisslərin tərənnümü diqqəti cəlb edir.

Ümumtatar ədəbiyyatının tərkib hissəsi olan Krım-tatar ədəbiyyatını bir neçə dövrə bölmək mümkündür. 1917-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Krım tatarlarının Türk xalqları ədəbiyyatında yeni mərhələ başlayıb. Bu mərhələdə ədəbiyyat sovet ədəbiyyatı adı altında yaransa da Krım-tatar yazarları əsərlərində bu rejimə qarşı olan etirazlarını bildirməkdən çəkinməmişlər. Asan Çergeyev, Ömər İpçi, Abdulla Lətifzadə, Bəkir Çobanzadə, Yaqub Şakirəli, Əşrəf Şəmizadə, Əbdürrəhim Altaylı, Cəfər Qafar və digər ədiblər əsərlərində milli ideallara sadiqliklərini nümayiş etdiriblər. Bu səbəbdən Cəfər Qafar, Ömər İpçi, Bəkir Çobanzadə, Abdulla Lətifzadə və başqaları milli əqidələrinə görə repressiya qurbanlarına çevriliblər. Bəkir Çobanzadə (1893-1939) türk dili və ədəbiyyatı tarixində misilsiz xidmətlər göstərmiş alim və şairdir. Onun Azərbaycan, özbək, kumık, qaraçay-balkar, tatar və s. türk dilləri, o cümlədən bir sıra türk xalqları ədəbiyyatı ilə bağlı araşdırmaları bu günə qədər özünün elmi dəyərini qoruyub saxlayıb. XX əsrin 30-40-cı illərində Krım-tatar ədəbiyyatında müəyyən durğunluq halları müşahidə olunub. 1944-cü ildə Krım tatarları Vətənə xəyanətdə günahlandırılaraq Türküstan ərazilərinə sürgün edilib. Bu dövrdən etibarən Krım-tatar ədəbiyyatı müxtəlif ölkələrdə yaranmağa başlayıb. Şamil Ələddin, Əşrəf Səmizadə, Yusif Bolat, Rəşid Murad, Fəttah Akim, Qafar Bulğanaklı və başqaları Özbəkistanda Krım-tatar ədəbiyyatının ənənələrini davam etdirib, əsərlərində yurd həsrəti mövzusunu xüsusi qabardıblar. Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi Cengiz Dağcı (1919-2011) İngiltərədə mühacirət həyatı yaşamağa məcbur olub. Onun “Qorxunc illər”, “Yurdunu itirən adam”, “Onlar da insan idi”, “O torpaqlar bizim idi”, “Dönüş”, “Anama məktublar” və s. romanları Krım həyatının təsvirinə həsr olunub. Krım tatarları 1956-cı ildə bəraət alsalar da, onların vətənə dönüşü yalnız 1967-ci ildə reallaşıb. Bu dövrdən sonra Krım- tatar ədəbiyyatı yeni bir mərhələyə qədəm qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri