Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Aris”lə oyunlarda uğur qazanmaq üçün bütün gücümüzdən, potensialımızdan istifadə edəcəyik

Elmar Baxşıyev: “Aris”lə oyunlarda uğur qazanmaq üçün bütün gücümüzdən, potensialımızdan istifadə edəcəyik

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

“Aris”lə oyunlar barədə indidən danışmaq tezdir. Müəyyən təhlillər aparacağıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis hazırda bütün fikirlərini komandanın hazırlığına yönəltdiklərini bildirib: “Hər şey kollektivin hazırlığından asılıdır. Rəqib kimi, bizim də mərhələ adlamaq şansımız var. Şansımızın az və ya çox olduğunu oyunlar göstərəcək. Ancaq əmin ola bilərsiniz ki, komanda olaraq sona qədər mübarizə aparacağıq. “Araz-Naxçıvan” ilk dəfə avrokuboklarda mübarizə aparacaq, ancaq heyətimizdə bu cür oyunların iştirakçısı olmuş kifayət qədər futbolçu var. Onların təcrübəsinə inanırıq. Uğur qazanmaq üçün bütün gücümüzdən, potensialımızdan istifadə edəcəyik. Futbol proqnozları sevmir. Yuxarıda da qeyd etdiyim kimi, rəqiblə bağlı araşdırma aparacağıq. Əlbəttə, müəyyən bilgimiz var. Ancaq bunlar ilkin informasiyadır. Rəqib də boş dayanmır, həm transferlər edir, həm də yoxlama oyunları keçirir. Zamanla onların zəif və güclü tərəflərini öyrənib, komandaya məlumat verəcəyik”.

Naxçıvan təmsilçisinin baş məşqçisi Türkiyənin Ərzurum şəhərində davam edən təlim-məşq toplanışını da dəyərləndirib: “Hazırlıq prosesi plan üzrə gedir. Səhvlərimizi, çatışmazlıqlarımızı görür, təhlillər aparır, müəyyən qənaətə gəlirik. Çalışırıq ki, toplanışın hər günündən maksimum istifadə edək, komanda rəsmi oyunlara qədər hazır olsun. Gün ərzində 2 məşq keçirik. Dünən yoxlama oyununda qüvvəmizi sınadıq. Bu matçda əsas istəyimiz xətlərarası əlaqəni yoxlamaq, yeni kollektivin bir-birinə adaptasiya edilməsi idi”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də oynanılacaq. "Araz-Naxçıvan" ilk matçı evdə, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see261

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see212

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see171

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see167

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see145

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see144

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see141

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see138

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see131

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see131

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see129

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see126

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see123

Millinin düşərgəsini Ukrayna ilə oyundan öncə tərk etdi

12 Oktyabr 2025 23:32see122

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see120

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri