Elmar Baxşıyev: “Aris”in zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, UEFA Konfrans Liqasının II mərhələsində Yunanıstan “Aris”inə rəqib olmalarını dəyərləndirib. Baxşıyevin klubun mətbuat xidmətinə bildirib ki, rəqibi özləri deyil deyil, püşk seçir: “İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək. Elmar Baxşıyevin komandası ilk görüşü Bakıda keçirəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















