Icma.az
close
up
RU
Elmar Baxşıyev: Mənim istəyimi qəbul edəcəklərsə, davam edəcəm

Elmar Baxşıyev: Mənim istəyimi qəbul edəcəklərsə, davam edəcəm

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Şamaxı" Misli Premyer Liqasının 35-ci turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. Komanda istədiyim oyunu və nəticəni göstərdi. Konfrans Liqasına vəsiqə qazanmaq sevindiricidir. Rəhbərliyi təbrik edirəm. Bizə inandılar. Daha yaxşı ola bilərik. Qarşıdakı günlərdə rəhbərliklə görüşümüz olacaq. Bütün planları müzakirə edəcəyik.

- Konfrans Liqasında azı bir mərhələ keçmək üçün rəhbərlikdən neçə transfer istəyəcəksiz?

- Heç nə deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə də mənim işim rəhbərliyi qane etməyəcək. Buna da hazır olmalıyıq. Mən daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirəm.

- Konfrans Liqasına vəsiqə qazanmağı Naxçıvanda qeyd etmək fikriniz var?

- Mənlik olsa, bu dəqiqə komandanı götürüb Naxçıvana apararam. Bu, mənə aid sual deyil. Daha çox rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz şəhərimizdə oynasaq, üstünlük qazana bilərik. Ümid edirəm ki, növbəti mövsümdə Naxçıvanda azarkeşləri sevindirə bilərik.

- Müqaviləsi başa çatan futbolçulardan neçəsi komandanı tərk edəcək?

- Mən qarışıq hamının müqaviləsi bitir. Təkcə İqor Ribeyronun sözləşməsi davam edir. Kollektivin qorunması və güclənməsi yönündə rəhbərliklə danışığımız olacaq. Mənim istəyimi qəbul edəcəklərsə, davam edəcəm.

- Bu bürünc medal sizin məşqçilik karyeranızda hansı yeri tutur?

- "Qəbələ"də uğurlu olduq, iki il ard-arda Konfrans Liqasına vəsiqə qazandıq. Amma orada uğursuz da olmuşam. Komandanın I Liqaya düşməsində mənim də payım olub. Rəhbərliyə "çox sağ ol" deyirəm ki, mənə güvəndilər. İnam olan yerdə məşqçi iddiasını ortaya qoya bilir.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 May 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri