Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Zəngəzur dəhlizi TRIPP brendində ANALİZ

Zəngəzur dəhlizi TRIPP brendində ANALİZ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Bakının qələbəsi, İrəvanın seçimi və “qırmızı xətt” müəlliflərinin narahatlığı

Ermənistan Respublikası Hökuməti artıq Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayıb. Baş nazir Nikol Paşinyan bunu Milli Məclisin daimi komitələrinin birgə iclasında "Ermənistan Respublikasının 2027-ci il Dövlət Büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb. "Daha sonrakı proseslər təşkil olunmazdan əvvəl, Ermənistan hökuməti vaxt itkisinin qarşısını almaq və layihə üzərində işə başlamaq üçün öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üçün layihə sənədlərinin hazırlanmasına başlayacaq. TRIPP inkişaf şirkəti yaradıldıqdan sonra Ermənistan Respublikası Hökuməti artıq tamamlanmış işləri ona təhvil verəcək", - deyə Baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, bu layihənin köməyi ilə Ermənistan 30 ildən çox davam edən blokadanı dəf edəcək. “TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistanın bütün istiqamətlərdə maneəsiz qalacağı dəqiq və birmənalı şəkildədir. Dəmir yolu, eləcə də elektrik xətləri və avtomobil yolu TRIPP layihəsinin bir hissəsi olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq”, - deyə Nikol Paşinyan qeyd edib.

Addım-addım ölkə sərhədləri üzərində tam nəzarət Ermənistan Respublikasının Sərhəd Xidmətinə veriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlament komitələrinin birgə iclasında elan edib. Qeyd edək ki, Ermənistan sərhədçiləri artıq dövlət sərhədinin hissələrini və əvvəllər Rusiya sərhədçiləri tərəfindən idarə olunan nəzarət məntəqələrini nəzarətə götürüblər. Bunlara Zvartnots Beynəlxalq Hava Limanı, Əkərək (Aqarak – ermənilər belə adlandırır), Marqara (Türkiyə ilə sərhəd) və Axurik (Türkiyə ilə sərhəd) daxildir. Lakin İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə əvəz edilməsi prosesi tədricən gedir və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının resurslarının və imkanlarının inkişafı ilə bağlıdır.

Layihənin mahiyyəti və əhatə dairəsi

Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsi Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və təhlükəsizlik arxitekturasında post-zəfər dövrünün ən mühüm dönüş nöqtələrindən biridir. Baş nazir Nikol Paşinyanın Ermənistan Parlamentinin daimi komitələrinin birgə iclasında 2027-ci il Dövlət Büdcəsi layihəsinin müzakirəsi zamanı bu layihənin icrasına başlanıldığını rəsmən bəyan etməsi, prosesin artıq nəzəri müzakirə müstəvisindən praktiki və büdcə-maliyyə müstəvisinə keçdiyini göstərir.

Zəngəzur dəhlizi konsepsiyasının TRIPP çətiri altında reallaşdırılması xarici siyasət, regional təhlükəsizlik və qlobal logistika baxımından dərin strateji mənalar kəsb edir. Bu layihə əslində Azərbaycanın Vətən müharibəsindən sonra davamlı şəkildə gündəmə gətirdiyi Zəngəzur dəhlizinin beynəlxalq hüquqi və investisiya çərçivəsində, xüsusilə ABŞ-nin təminatı və dəstəyi ilə institutlaşdırılmış formasıdır.

Layihə yalnız avtomobil və dəmir yollarının (Horadiz-Ağbənd-Naxçıvan oxu) bərpasını deyil, eyni zamanda enerji xətlərinin (elektrik və qaz), rəqəmsal (fiber-optik) kommunikasiyaların birləşdirilməsini nəzərdə tutur. ABŞ-Ermənistan çərçivə razılaşmalarına əsasən, dəhlizin inkişaf etdirilməsi və idarə olunması hüququ müəyyən edilmiş investisiya konsorsiumuna tapşırılıb. Bu, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz, beynəlxalq standartlara cavab verən və tərəflər üçün kommersiya baxımından cəlbedici şəkildə fəaliyyət göstərməsini təmin edir. Paşinyanın 2027-ci il Dövlət Büdcəsi planlamasında bu layihəyə yer ayırması Ermənistanın Aİİ-dən və Rusiyadan olan birtərəfli iqtisadi asılılığını balanslaşdırmaq, tranzit gəlirləri əldə etmək və Şərq-Qərb ticarətinə qoşulmaq cəhdidir.

TRIPP layihəsi regional çərçivəni aşaraq Avrasiyanın geoiqtisadi xəritəsini yenidən formalaşdırır. Çindən və Mərkəzi Asiyadan gələn yük axınlarının Xəzər dənizi, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Avropaya çatdırılması marşrutu kəskin şəkildə qısaldır və ucuzlaşdırır. Azərbaycan üçün bu layihənin əsas strateji dividendi əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, maneəsiz quru və logistika bağlantısının bərpa olunmasıdır.

Türkiyə, Azərbaycan və Mərkəzi Asiya Türk dövlətləri arasında kəsintisiz quru bağlantısının qurulması Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi və hərbi-strateji çəkisini yüksəldir. Buna rəğmən Zəngəzur dəhlizinin beynəlxalq layihəyə (TRIPP) çevrilməsi regional və qlobal aktora görə fərqli reaksiya və siyasi gedişlərə səbəb olur.

Bakı və Ankara üçün TRIPP layihəsi 2020-ci ildən bəri irəli sürülən tələblərin kompromis və beynəlxalq zəmanətli həllidir. Azərbaycan dəhlizin təhlükəsizliyi, Naxçıvanla bağlantı və tranzit prosedurlarının sadələşdirilməsini təmin etdiyi üçün layihəyə müsbət yanaşır.

Vaşinqtonun bu layihəyə öz adını verməsi və investisiya/konsessiya tərəfdaşı kimi daxil olması təsadüfi deyil. ABŞ bu addımla 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsinə uyğun olaraq marşrut üzərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarət etməsi planını neytrallaşdırır. Çindən və Mərkəzi Asiyadan gələn enerji və mineral resursların həm Rusiyadan, həm də İrandan yan keçərək Avropaya daşınması təmin edilir.

"Qırmızı xətt" reaksiyası

Moskva TRIPP layihəsinin Qərb yönümlü formatda reallaşmasını Cənubi Qafqazdakı hərbi-siyasi monologiyasına ağır zərbə kimi görür. Rusiya tərəfi Ermənistana iqtisadi rıçaqlar (qaz qiymətlərinin qaldırılması, Aİİ ticarət məhdudiyyətləri) vasitəsilə təzyiq etməyə, İrəvanı 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə (FTX-nin dəhlizə nəzarəti) qaytarmağa çalışır.

Tehran Zəngəzur dəhlizinin açılmasına və xüsusilə burada ABŞ/Qərb varlığının artmasına kəskin etiraz edir. İran Ermənistan üzərindən Qara dənizə çıxış blokadasına düşəcəyindən və Naxçıvan-Azərbaycan tranzit monpoliyasını itirəcəyindən narahatdır. ABŞ-nin Ermənistanın cənubunda bu layihə vasitəsilə iqtisadi-təhlükəsizlik dayağı qazanması Tehran tərəfindən birbaşa "milli təhlükəsizlik təhdidi" kimi dəyərləndirilir.

Paşinyan hökumətinin 2027-ci il büdcəsində TRIPP layihəsini rəsmiləşdirməsi Ermənistanın daxili və xarici siyasətində kəskin gedişlərdən xəbər verir. İrəvan indiyədək təqdim etdiyi soyuq "Sülh kəsişməsi" konseptini beynəlxalq güclərin dəstəyi ilə reallaşan TRIPP brendi ilə əvəzləyib. Paşinyan Moskvanın ehtimal olunan iqtisadi və ya daxili siyasi qisasından qorunmaq üçün ABŞ-nin investisiya və diplomatik çətirinə arxalanır. Daxili müxalifətin və revanşist kilsə qruplarının "torpaqlar satılır" ittihamlarına karşı Paşinyan bu dəhlizin Ermənistana gətirəcəyi milyardlarla dollarlıq tranzit gəlirlərini və iqtisadi dirçəlişi əsas dəlil kimi göstərir.

Nikol Paşinyanın 2027-ci il Dövlət Büdcəsi müzakirələrində TRIPP layihəsinin icrasını elan etməsi Cənubi Qafqazda Zəngəzur dəhlizi ətrafında geosiyasi mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan özünün tarixi və strateji hədəfi olan Naxçıvana quru bağlantısını və regional logistika mərkəzi statusunu beynəlxalq zəmanətlə təmin edir. Ermənistan Rusiya cəngəlliyindən qopmaq üçün Qərblə riskli, lakin iqtisadi baxımdan cazibədar bir qumar oynayır. Rusiya və İran bölgədəki ənənəvi təsir rıçaqlarını itirməmək üçün iqtisadi və diplomatik təzyiqləri artırmağa çalışacaqlar. Nəticə etibarilə, TRIPP layihəsi regional sülhün və iqtisadi inteqrasiyanın lokomotivi olmaqla yanaşı, Cənubi Qafqazın böyük güclər arasında yeni geosiyasi rəqabət meydanına çevrilməsi riskini də özündə daşıyır.

V.VƏLİLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri