Icma.az
close
up
RU
Elmar Baxşıyev: Müasir futbolda təcrübəli təcrübəsiz anlayışı qalmayıb

Elmar Baxşıyev: Müasir futbolda təcrübəli təcrübəsiz anlayışı qalmayıb

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Report"a danışıb. Sport24.az həmin müsahibəni sizə təqdim edir.

- Hazırlıqlar necə davam edir?

- Hazırlıqlara dünən başlamışıq, komanda üzvlərinin hamısı burada deyil. Futbolçular müxtəlif vaxtlarda gəldikləri üçün məşqlərə tam heyətlə başlamamışıq.

- Legionerlər komandaya qoşulub?

- Yenilərdən yalnız Çance Simakala kollektivə qoşulub.

- Daha əvvəl israilli legionerlə müqavilə bağlamışdınız. O, Azərbaycana gələ bilib?

- Xeyr, hələ ölkəsindədir, yolunu gözləyirik.

- Gələ bilməyəcəyi təqdirdə onunla müqaviləyə xitam verilə bilər?

- Xeyr, bu ondan asılı olan məsələ deyil. Ona görə də gözləmə mövqeyindəyik. Ümid edirik ki, tezliklə həll olunacaq.

- 12 futbolçu ilə müqaviləni yeniləmisiniz, həmçinin iki yeni transferiniz var. Transfer planlarınız necədir, ümumilikdə neçə legioner cəlb etmək fikrindəsiniz?

- Komandanı hələ tam komplektləşdirməmişik. Axtarışlarımız davam edir. Bəzi mövqelərdəki boşluqları doldurmaq məcburiyyətindəyik.

- Ümumiyyətlə, heyətə neçə legioner cəlb etməyi düşünürsünüz?

- Sayla deyə bilmərəm. Amma bir neçə mövqe var ki, futbolçular gətirməliyik.

- Komandadan yenə gedənlər olacaq?

- Bu, transferlərdən asılıdır. Hansı futbolçu ilə anlaşmamız alınmasa, yəqin ki, gedəcək. Heyətimiz o qədər geniş deyil ki, kimisə yollayaq. Ona görə də kiminləsə yolları ayırmağı deyil, daha çox yeni oyunçular götürməyi düşünürük.

- Yoxlama görüşlərindəki rəqibləriniz nə zaman müəyyənləşəcək?

- Hazırda danışıqlar gedir. Ən azı üç oyun keçirməyi planlaşdırırıq. Yəqin ki, təmin edərlər.

- Oyunların hamısını Türkiyədə keçirmək fikrindəsiniz?

- Planımız budur. Azərbaycandakı toplanışda öz aramızda məşq xarakterli oyun təşkil edə bilərik. Yoxlama görüşlərini Türkiyədə keçirəcəyik.

- "Araz-Naxçıvan" ilk dəfə avrokuboklarda mübarizə aparacaq. Təcrübəsiz komanda olaraq UEFA Konfrans Liqasında hara qədər irəliləyə biləcəyinizi düşünürsünüz?

- Müasir futbolda təcrübəli-təcrübəsiz anlayışı qalmayıb. Yaxşı komplektləşsək və hazırlıq keçsək, təcrübəsiz olduğumuz hiss edilməyəcək. İndidən hara qədər irəliləyəcəyimiz barədə düşünməyə tələsməyək. Hazırda daha çox komandanın tez bir zamanda komplektləşməsini istəyirik.

- Bir sıra potensial rəqibləriniz məlumdur. Püşkatma ilə bağlı fikirləriniz necədir?

- Hazırda bu barədə düşünmürük. Qismətdə nə varsa, onunla da barışmaq lazımdır.

- Peşəkar Futbol Liqasının bir müddət əvvəl açıqladığı statistikaya əsasən, "Araz-Naxçıvan" son mövsümdə oyunlarına ən az azarkeş gələn komanda olub. Lakin avrokuboklarda daha çox azarkeşə ehtiyacınız olacaq. Bununla bağlı nə demək istərdiniz?

- Statistikanın üzərində dayanmaq istəmirəm. Hamıya bəlidir ki, bu komanda Naxçıvanda oynasa, bəlkə də statistika baxımından birinci olardıq. İndiki durum onu göstərir ki, biz Bakıda oynadığımızdan azarkeş sayı az olub. Doğma şəhərə qayıtsaq, inanıram ki, azarkeş baxımından öndə olacağıq. Avrokuboklara gəlincə, Azərbaycanı təmsil edəcəyik. Bu səbəbdən "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasında böyük dəstək görəcəyinə inanıram.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri