Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Qərar onlarındır”

Elmar Baxşıyev: “Qərar onlarındır”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında 3-cü turun oyunları davam edir. Doğma meydanda "Qəbələ"ni qəbul edən "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

"Komanda olaraq bilirdik ki, bizi nə gözləyir. "Qəbələ" yaxşı komandadır. Ümumi olaraq ağır oyun idi. Üstünlük bəzən bizdə, bəzən isə onlarda idi".

- Yeni transfer Coşqun Diniyevin mövqeyində bir çox oyunçularınız var. Bir müddət futboldan kənar qalmasını nəzərə alsaq... Son durumu necədir?

- Coşqun istədiyim futbolçu idi. Onun oyununun komandaya faydalı olacağına inanıram. Uzun müddət futboldan kənar idi. Ancaq özünü toparlayacağını da bilirik.

- Gənc futbolçulara şans verən bir məşqçisiniz. Bu futbolçulardan biri də qolkiper Süleyman Həsənovdur. Onun perspektivi haqda düşüncələriniz?

- 2-ci hissədə 6 yerli futbolçumuz var idi. Bizim komanda adına keyfiyyətli yerli futbolçuların olduğunu deyə bilərəm. Süleymana gəldikdə isə, gənc qapıçıdır. Hazırda Premyer Liqada oynamağa tam hazır olduğunu deyə bilmərik. Amma gələcəyə perspektiv vəd edən qapıçıdır. 

- "Omoniya" ilə matçdan sonra bəzi mətbuat orqanlarında sizin komandadan ayrılacağınız haqda məlumatlar yayılmışdı... 
- Mən də çalışıram ki, idman mediasını izləyim. Bəzi xəbərlər reallıqdan tamamilə uzaq olur. Məni bura rəhbərlik gətirib. Mən burda öz işimi görməyə çalışıram. Təbii ki, qərar onlarındır. Burada olduğum müddətdə üzərimizə nə düşürsə, onu da etməyə çalışırıq. "Omoniya"da fiaskoya uğradıq. Biz də o nəticəni gözləmirdik. Futbolda sığortalı heç nə yoxdur. 

- Bəzi klubların rəhbərləri çempionluğa oynadıqlarını açıqlayıblar. Sizin komandanın belə bir məqsədi varmı? 
- Mən məşqçiyəm. Bu sualı rəhbərliyə ünvanlasanız daha yaxşı olar. Amma onu da qeyd edim ki, çempionluq sözlə olmur. Çempionluq böyük bir əməyin nəticəsində qazanılan bir uğurdur. 

- Ramon Maçadonun son durumu barədə nə deyə bilərsiniz? 
- Maçado artıq məşqlərə başlayıb. millinin oyunları ilə əlaqədar yaranmış fasilədən sonra komandaya qoşulacağını gözləyirik.

Bakıda UEFA A kursu keçirilir Millimiz Sloveniyada turnirə qatılacaq “Neftçi” futbolçusunu icarəyə verib - RƏSMİ Azər Məmmədov "Kəpəz"ə qayıdır: Danışıqlar başlayıb Hansı oyun, hansı kanalda? - TV AFİŞA
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://apasport.az
archiveBu xəbər 31 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri