Icma.az
close
up
RU
Menu

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

Elşad Əliyev istefa ərizəsi yazdı

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

Mərhum atasının və bacısının fotosunu paylaşdı

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Elmar Məmmədyarov: Rusiya tərəfi susaraq emosiyaları aşağı salmaq istəyir

Elmar Məmmədyarov: Rusiya tərəfi susaraq emosiyaları aşağı salmaq istəyir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.

Bu barədə "Caliber" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.

Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib.


Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır.

Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır.

Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır. Təyyarənin salonundan olan video görüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işini göstərir.

Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparacağını gözləyir.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.


Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a bildirib ki, qəza ilə bağlı istintaq hələ ki davam edir və başa çatması da tezliklə olmayacaq:

"Artıq Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib, baş sağlığı verib. İstintaq başa çatdıqdan sonra nəticələrinə əsasən qarşı tərəfdən nələrisə tələb etmək olar. Əgər Rusiya hərbiçilərinin təyyarəni qəzaya salması təsdiq edilsə, Bakının Moskvaya hansısa reaksiya bildirməsi danışıqların mövzusu olacaq. Yəni hadisə təsdiqlənən təqdirdə Rusiya tərəfi Azərbaycan hökumətinə, həlak olanların ailələrinə və yaralılara kompensasiya verməlidir. Dünyada belə bir təcrübə var. Azərbaycan və vətəndaşlardan isə başsağlığı ilə bərabər üzr istənməlidir. Digər tərəfdən Rusiya susaraq istəyir ki, emosiyaları bir az aşağı salsın. Əgər istintaq sübut etsə ki, qəzada problemi yaradan Rusiyadır, bundan sonra Rusiya hökuməti hansı addımlar atacağı barəsində qərara gələcək. Ümumiyyətlə belə hadisələr zamanı müəyyən addımlar atılır. Lakin istintaqın nəticələrindən əvvəl prosesin necə davam edəcəyini demək düzgün deyil. Yalnız nəticələ bəlli olduqdan sonra onun əsasında məsələyə hüquqi qiymət veriləcək. Hətta hadisə məhkəməyə qədər gedə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see213

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see211

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see204

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see191

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see147

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see135

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see132

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see129

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see129

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see129

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see128

“İlin sonuna qədər böyük qadağalar olacaq” Zenfira Əlişqızından müğənnilərə XƏBƏRDARLIQ ÖZƏL+FOTO

17 Noyabr 2025 09:58see126

Mərhum atasının və bacısının fotosunu paylaşdı

17 Noyabr 2025 09:39see125

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see125

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see125

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see121

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see120

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see120

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see119

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri