Icma.az
close
up
RU
Elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc ŞƏRH

Elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Müasir dünyada hər bir dövlətin və xalqın inkişafı böyük dərəcədə elmin səviyyəsi ilə ölçülür. Azərbaycan elminin məbədi sayılan Milli Elmlər Akademiyası artıq 80 illik yubileyini qeyd edir. Ötən 80 ildə böyük yol keçilib, alimlərimiz öz axtarışları və kəşfləri ilə ölkəmizin inkişafına müəyyən töhfələrini veriblər. Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında keçilən şərəfli yolu xatırlatmaqla elmimizin uğurlarından bəhs etmələ yanaşı, yeni çağırışlar şəraitində qarşıda duran vəzifələrə diqqət çəkib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, son iyrimi ildən artıq müddətdə Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlər əsasında elm sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib. Ölkəmizdə elmin inkişafını hədəfləyən çoxsaylı sənədlər imzalanıb və maddi-texniki baza davamlı olaraq möhkəmləndirlilib. Böyük elmi kitabxananın, Milli Ensiklopediya üçün yeni binanın inşası, həmçinin elmi-tədqiqat institutlarının yüksək səviyyədə təmiri və avadanlıqlarla təchiz edilməsi bu qəbildən olan tədbirlər sırasındadır. 2009-cu ildə Elm Fondu yaradılıb, elmin inkişafı üzrə Milli Strategiya, müvafiq Dövlət Proqramı, “Elm haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bütövlükdə, elmin inkişafını hədəfləyən tədbirlərin siyahısı çox genişdir.

Prezident İlham Əliyevin AMEA-da çıxışı təkcə bir yubiley nitqi deyildi. Bu çıxış, əslində, müasir Azərbaycanın intellektual inkişaf konsepsiyasının, milli kimlik siyasətinin və gələcəyə yönəlmiş elmi strategiyasının manifesti kimi qiymətləndirilə bilər. Cənab Prezidentin çıxışında elmin müstəqilliklə, iqtisadi inkişafla və təhlükəsizliklə sıx bağlı olduğu xüsusi vurğulanır. O qeyd edir ki, təbii resurslar tükənən sərvətlərdir, lakin “tükənməz sərvət intellektual potensialdır”. Bu fikir, əslində, Azərbaycanın “post-neft dövrü”nə keçid strategiyasının ideoloji əsasını təşkil edir. Azərbaycan elmi artıq təkcə akademik bilik mərkəzi deyil, milli təhlükəsizliyin, texnoloji innovasiyanın və iqtisadi müstəqilliyin dayağı kimi təqdim olunur. Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik kimi istiqamətlərin prioritet elan edilməsi isə dövlətin elmi siyasətində yeni mərhələnin başlanğıcını göstərir. Prezident İlham Əliyevin çıxışında elmin sənaye və iqtisadiyyatla birləşdirilməsi çağırışı, “elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır”, həm postsovet elmi sisteminin transformasiyası, həm də praktiki elmin təşviqi baxımından əhəmiyyətlidir. Bu, klassik “nəzəri elm”dən “tətbiqi və texnoloji elmi” mərhələsinə keçidin siyasi mesajıdır. Yəni, Prezidenti İlham Əliyev elmin iqtisadi inkişafda mühüm roluna diqqət çəkərək müasir çağırışlar fonunda Akademiyanın və elm ictimaiyyətinin qarşısında duran vəzifələri, alimlərin milli prioritetlərə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçısının elan etdiyi mühüm hədəf prioritetləri Azərbaycan elminin strateji yol xəritəsi hesab edilə bilər.

AMEA-nın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan millət vəkilinin sözlərinə görə, dövlət başçımız Ulu Öndər Heydər Əliyevin irsini həm siyasi sabitliyin, həm də milli ideologiyamlzın təməli olduğunu vurğuladı. Xüsusilə, 1993-cü ildə Ümummilli Liderin Elmlər Akademiyasında ziyalılarla ilk görüşü mühüm bir hadisə - əslində isə dövlətin elmlə dialoqunun başlanğıcı idi. Eyni zamanda, Prezident İlham Əliyev tarix məsələsini yalnız keçmişin öyrənilməsi kimi deyil, müasir informasiya müharibəsinin bir cəbhəsi kimi təqdim edir. Ermənistan tərəfindən tariximizin təhrifinə qarşı elmi əsərlərin, xəritələrin, sərgilərin hazırlanması çağırışı milli ideoloji təhlükəsizlik baxımından mühüm mesajdır.

Deputatın fikrincə, Prezidentin “Təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir” ifadəsi tarixə təkcə siyasi deyil, elmi yanaşma tələbini əks etdirir. Tarixi tədqiqatın faktlara, mənbələrə əsaslanması burada dövlət səviyyəsində vurğulanır. Bu yanaşma Azərbaycan tarixşünaslığının modern elmi metodologiyalarla yenilənməsi üçün istiqamət göstərir. Azərbaycanın elm ictimaiyyəti cənab Prezidentin bu istiqamətdə tövsiyələrini gələcək fəaliyyətində prioritet kimi qəbul etməlidir.

Pərvin Kərimzadə qeyd edib ki, dövlət başçısının çıxışında Azərbaycan dili ilə bağlı fikirləri də çox dəyərli və olduqca önəmlidir: “Prezidentimizin “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik — müstəqil Azərbaycan dövləti” sözləri dilin dövlətçiliklə eyniləşdirilməsini göstərir. Bu, sırf dilçilik məsələsi deyil, milli identiklik, informasiya müstəqilliyi və mədəni təhlükəsizlik məsələsidir. Qloballaşma dövründə dillərin assimilyasiyası, mediada yad sözlərin çoxalması fonunda Prezidentin “xarici kəlmələrə ehtiyac yoxdur” fikri dilin suverenlik elementi kimi təqdim olunur. Eyni zamanda, Azərbaycan dilinin qorunması yalnız dövlətin yox, hər bir vətəndaşın məsuliyyəti kimi qiymətləndirilir”.

“Beləliklə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi sadəcə elmi bir hadisə deyil, bu, müasir Azərbaycan ideyasının konseptual təzələnməsi mərhələsidir. Prezident İlham Əliyevin nitqi göstərdi ki, XXI əsrin Azərbaycanı özünü elmə söykənən milli dövlət, tarixi yaddaşla bərpa olunan suveren güc və dilini qoruyan mədəni millət kimi qurur. Bu model təkcə daxili siyasətin deyil, həm də beynəlxalq imicin təməl prinsipidir: ağıllı, tarixini bilən, dilinə sahib bir dövlət – dayanıqlı və qüdrətli dövlətdir. Bu dövlətin sahibi olan xalq isə yenilməz xalqdır!”,-deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri