Sosial yönümlü büdcə: Dövlət mənafeyinə söykənən inkişaf strategiyası ŞƏRH
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
2026-cı ilin dövlət büdcəsi Azərbaycanın sosial siyasətə sadiqliyinin növbəti təsdiqidir. Bu sənəd hökumətin uzunmüddətli strateji hədəflərinə uyğun olaraq sosial dövlət modelinin gücləndirilməsini prioritet saydığını göstərir. Dövlət mənafeyi baxımından sosial xərclərin yüksək payı cəmiyyətin rifahının qorunması, sosial sabitliyin təmin edilməsi və ümumi təhlükəsizlik arxitekturasının gücləndirilməsi baxımından fundamental əhəmiyyət kəsb edir. Sosial davamlılıq milli təhlükəsizliyin ayrılmaz komponentidir və dövlət sosial öhdəlikləri genişləndirməklə mövcud risklərin qarşısını əvvəlcədən alır.
2026-cı il üçün nəzərdə tutulan sosial paket geniş əhali kütləsinin həyatına birbaşa təsir edəcək. Pensiya və maaş artımları dövlətin sosial ədalət prinsipinə sadiqliyini nümayiş etdirməklə yanaşı, inflyasiya fonunda alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş iqtisadi zərurət kimi çıxış edir. Bu yanaşma vətəndaş–dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir və dövlətin real iqtisadi şərtləri adekvat qiymətləndirdiyini göstərir.
Ünvanlı sosial yardımın genişləndirilməsi və ehtiyac meyarının artırılması aztəminatlı ailələrin yükünü yüngülləşdirir və sosial müdafiə sisteminin ədalətli şəkildə yenilənməsinə şərait yaradır. Dövlət mənafeyi baxımından sosial təbəqələşmənin qarşısının alınması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Büdcədə sosial xərc payının yüksək olması artıq Azərbaycanın sosial-iqtisadi modelinin əsas xüsusiyyətinə çevrilib.
Lakin bu xərclərin dayanıqlı maliyyələşdirilməsi məsələsi də strateji önəm daşıyır. Bunun üçün iqtisadiyyatın real sektoru güclənməli, qeyri-neft gəlirləri daha sürətlə artmalıdır. Neftdən asılılığın azaldılması və iqtisadi müstəqilliyin gücləndirilməsi dövlətin fundamental strateji maraqları sırasındadır. 2026-cı ilin büdcəsi bu istiqamətdə irəliləyişin davam etdiyini göstərir. Qeyri-neft gəlirlərinin artım tempi hələ istənilən həcmlərə çatmasa da, seçilən kurs doğrudur.
Dövlətin fiskal siyasəti neft gəlirlərindən asılılığın azaldılmasına yönəlmiş balanslı yanaşmanı ehtiva edir. Büdcə qaydalarının tətbiqi, fiskal intizamın gücləndirilməsi və sabitlik çərçivəsinin qorunması uzunmüddətli makroiqtisadi dayanıqlıq üçün əsas şərtlərdir. Sosial yönümlü xərclərin artması ilə yanaşı, dövlət investisiyalarının davam etdirilməsi də iqtisadi artımın təməlinin möhkəmləndirilməsi baxımından vacibdir. Sosial öhdəliklərin genişləndirilməsi ilə yanaşı, iqtisadi baza da paralel şəkildə gücləndirilməlidir.
İnfrastruktur layihələrinin davamı qeyri-neft sektorunun inkişafını təşviq edir və uzunmüddətli dövrdə sosial yükün azalmasına xidmət edir. Güclü iqtisadiyyat dövlətin sosial öhdəliklərinin daha rahat maliyyələşdirilməsini təmin edir. 2026-cı il büdcəsində nəzərdə tutulan kəsirin idarəolunan səviyyədə saxlanılması isə fiskal siyasətdə risklərin nəzarət altında olduğunu göstərir. Kəsirin ÜDM-də payının məhdudlaşdırılması həm Makroiqtisadi Sabitlik Şurasının tələblərinə uyğundur, həm də dövlətin sabitlik siyasətinin vacib elementidir.
Əhalinin rifahını artırmaq üçün təkcə xərclərin artırılması yox, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi də əsas hədəflərdən biridir. Dövlət bu istiqamətdə ardıcıl islahatlar həyata keçirir və büdcə həmin islahatların maliyyə dayanıqlığını təmin edir. Səhiyyə və təhsil infrastrukturunun yenilənməsi, sosial xidmətlərin elektronlaşdırılması və idarəetmədə şəffaflığın artırılması vətəndaşa göstərilən xidmətlərin keyfiyyətinə bilavasitə təsir edir. Maliyyə axınlarının açıq idarə olunması ictimai etimadı gücləndirir və siyasi sabitliyin möhkəmlənməsinə töhfə verir.
Sosial yönümlü büdcə preventiv siyasət vasitəsi kimi də çıxış edir. Sosial narazılıq risklərinin vaxtında aradan qaldırılması Azərbaycanın geopolitik baxımdan həssas regionda yerləşməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Sosial xərclərin artırılması daxili sabitliyin qorunmasına yönəlmiş strateji addım kimi dəyərləndirilir.
2026-cı ilin dövlət büdcəsi həm sosial müdafiəni gücləndirən, həm strateji sabitliyi möhkəmləndirən, həm də iqtisadi dayanıqlığın təmininə xidmət edən mühüm dövlət sənədidir. Sosial dövlət modelinin dərinləşdirilməsi Azərbaycanın uzunmüddətli inkişaf xəttinin əsas elementidir. Bu modelin real nəticələr verməsi isə iqtisadi artımın davamlılığı, rəqabətqabiliyyətli və diversifikasiya olunmuş iqtisadi strukturun formalaşması ilə sıx bağlıdır. Dövlət mənafeyi tələb edir ki, sosial yönümlülük təkcə büdcə rəqəmlərində deyil, real həyat göstəricilərində də öz əksini tapsın.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















