Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Elmə, təhsilə həsr olunmuş bir ömür 80 ilin işığında

Elmə, təhsilə həsr olunmuş bir ömür 80 ilin işığında

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru, görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi Azərbaycan elmi içtimaiyyətinin də həyatında hadisədir. O, 30 may 1945-ci ildə Ordubad rayonunun Behrud kəndində doğulmuşdur. Bu İkinci Dünya Müharibəsinin bitdiyi tarix kimi həm dünya üçün dönüş nöqtəsi, həm də bir insanın doğum tarixi kimi diqqət çəkir. Belə bir vaxtda dünyaya gəlmək, çətinliklər içində böyümək və öz yolunu tapmaq, sözsüz ki, həm zəhmət, həm də böyük iradə tələb edirdi.

Bu əzmə və iradəyə sahib olan Əhməd müəllimi  uzun illərdir ki, tanıyıram və bu illər ərzində sarsılmaz  bir əqidə dostluğu birləşdirib bizləri. Aradan keçən illər ərzində çox şeylər dəyişmiş, amma 80 illik həyatının 63 ilini  Bakı Dövlət Universiteti ilə bağlayan Əhməd müəllimlə münasibətlərimiz öz dəyərini və istiliyini heç vaxt itirməyib. Həyat elə gətirdi ki, 40 ildən də çoxdur ki, fərqli ölkələrdə yaşayır və çalışırıq. Zaman bizi coğrafi olaraq uzaqlaşdırdı, amma aramızdakı dostluq bağlarını qoparmağa heç vaxt gücü çatmadı. Yollar bizi müxtəlif istiqamətlərə aparsa da, içimizdəki millətə bağlı hisslər dəyişmədi.

Yaddaşım məni 1963-cü ilin isti avqust günlərin aparırsa, deməli, o günlərdən ürəyində dərin iz buraxan nələrsə var. O dövrün ab-havası, gənclik arzuları, həyatın hələ indi-indi başlandığı günlər... Sözün düzü, belə xatirələr insanın içində həm bir nisgil, həm də bir sevinc oyadır. Əhmədlə  qəbul imtahanları zamanı tanış olmuşduq – universitetin Nizami küçəsindəki o klassik, tarixi binada. O bina yalnız elmə deyil, həm də talelərə ev sahibliyi etdi. Bizim üçünsə həmin an bir ömür boyu davam edəcək dostluğun başlanğıcı idi. İllər keçsə də, həmin o isti avqust  gününün xatirəsi heç zaman unudulmadı. Çünki o gün yalnız bir tanışlığın deyil, həm də  ömürlük bir dostluğun təməllərinin qoymuşdu və bu münasibətlər zamanla dərinləşərək həyatımızın ən qiymətli sərvətlərindən birinə çevrildi.

Bakı Dövlət Universitetinin (onda ADU)  fizika fakültəsinə qəbul olunmağımızla həyatın yeni bir mərhələsinə qədəm qoyduq. Əhməd o vaxtdan həmişə bir addım öndə oldu – təkcə dərslərdə və elmdə deyil, həm də insanlıqda, sədaqətdə, hər kəsə əl uzadan yardımçı olmağında. Liderlik onun təbiətində idi. Qrupumuzun uşaqları ona hörmətlə yanaşır, qərarsız qalanda ona üz tuturdular. Çünki o, yol göstərməyi bacarırdı – sadəcə sözlə deyil, həm də əməli ilə.

İmtahanlara hazırlaşdığımız saatların, auditoriyalarda apardığımız elmi müzakirələrin, tələbəlik həyatı boyunca birgə yaşadığımız sevinc və çətinliklərin şahidi yalnız zaman deyil, həm də könüllərimiz oldu. Dünyada çox şey dəyişir, amma bir dostun səmimi təbəssümü, dürüst sözü və yanında olmasının verdiyi güvən heç zaman unudulmur. 

Əhməd həmişə sıralarımızda birinci oldu – birinci olaraq “Lenin təqaüdü”nü qazanan tələbə idi. Bu, o dövr üçün sadəcə bir təqaüd deyildi, bu – zəhmət, zəka və əzmkarlığın yüksək dəyəri idi. Ardınca SSRİ Elmlər Akademiyasının İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturasına qəbul olmağı ilə daha bir ilkə imza atdı  – bu təkcə onun üçün yox, bizim hamımız üçün bir qürur, bir yeni yol idi. Sonra ilk olaraq elmlər namizədi adını qazandı, elə yenə də bir ilk olaraq – “Respublika Lenin Komsomolu Mükafatı”na layiq görüldü.

Əhməd Abdinov 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1971-ci ildən BDU-nun  fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. 

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilən Əhməd Abdinov 2000-ci ilə kimi bu məsul vəzifədə çalışmış, bir müddət isə təhsil nazirinin əvəzi olmuşdur.  Onun bu fəaliyyəti, ölkənin ictimai-siyasi və iqtisadi baxımdan son dərəcə mürəkkəb bir dövrünə təsadüf edir. Bu illər Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi, Qarabağ müharibəsinin ağır nəticələri, daxili siyasi qeyri-sabitlik və iqtisadi tənəzzül dövrü idi. Belə bir zamanda təhsil sahəsində sabitliyi qorumaq, islahatlar aparmaq və ali təhsilin inkişafını təmin etmək həm çətin, həm də böyük məsuliyyət tələb edən bir vəzifə idi. Əhməd Abdinov bu çətin missiyanı üzərinə götürərək, yalnız idarəçilik deyil, eyni zamanda strateji baxımdan gələcəyə hesablanmış, rəqabətə davamlı və Avropa təhsil məkanına inteqrasiya yönümlü bir sistemin qurulması istiqamətində ciddi addımlar atıldı. 

1990-cı illərin təhsil sistemi korrupsiya, maliyyə çatışmazlığı, idarəetmədə qeyri-müəyyənlik və resurs çatışmazlığı kimi problemlərlə üz-üzə idi. Qalmaqallı məqamlar, müxtəlif təzyiqlər və  müqavimətlərə baxmayaraq, onun  şəxsi nüfuzu və peşəkarlığı nəticəsində təhsil sahəsində sabitlik və inkişaf təmin edildi.

Əhməd Abdinov 450-dən çox elmi əsərin müəllifidir, bir neçə müəlliflik şəhadətnaməsi var. 20-dən çox elmi əsəri xarici ölkələrdə çap olunmuşdur. 40-dan çox beynəlxalq və respublika əhəmiyyətli elmi konfrans, simpozium və konqreslərdə məruzələr etmiş, Nyu-York EA-nın həqiqi üzvü seçilmişdir. Elm Sahəsində Beynəlxalq Soros qrantına layiq görülmüşdür. Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembriç Universiteti) tərəfindən “İlin 100 alimi”ndən biri, Amerika Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin adamı” seçilb. BDU-da “İlin alimi” və “İlin müəllimi” adına layiq görülüb. Müxtəlif illərdə Elm və Təhsil Nazirliyinin, BDU-nun fəxri fərmanlarını alıb. Onun elmi rəhbərliyi ilə  7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib. Yüzlərlə elmi əsərin və iki ixtiranın, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir.

Əhməd Abdinov həm BDU-nun çoxminli kollektivinin, həm də respublikanın elmi içtimaiyyətinin  fəxr duyduğu alimlərdəndir. 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni, “BDU-nun 100 illiyi” medalı, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunub.

Bu gün geriyə baxanda ötənlərin tarixinə insanın inanmağı belə çətin olur. Tam 62 il keçib ilk dəfə görüşdüyümüz gündən. Bu, bir ömrün böyük bir hissəsidir. İlk tanışlıq, o saf və təmiz duyğularla başlanan münasibət bu gün də qocaman bir çinar kimidir, budaqlanaraq yaşayır və yaşadır.

Biz bir-birimiz üçün yalnız yaxşı günlərin deyil, həm də ağır və çətin günlərin yoldaşı olmuşuq. Zaman keçsə də, saçlar ağarsa da qəlblərimizdəki o isti münasibət, o dəyər və ehtiram daim yaşayıb və bu bağlar bizim ən qiymətli sərvətimizdir. Onun 80 yaşı həm cəmiyyət, həm də eli-obası, ailəsi, çalışdığı kollektiv qarşısında yeni hesabatdır. Hər kəsin dərindən anladığı bir həqiqət var ki, Əhməd müəllim görkəmli alim, içtimai xadim, dövlətinə və xalqına sadiq bir vətəndaş, fədəkar elm təşkilatçısı və peşəkar müəllim kimi hesabat verir. 

Əmirulla Məmmədov,

Azərbaycan Elm Adamları Dərnəyinin rəhbəri (Türkiyə),

Bilkənd Universitetinin professoru, Dövlət Mükafatı laureatı, 

Əməkdar elm xadimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:426
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 May 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri