Icma.az
close
up
RU
Elmi məqalələrə açıq qapı: Kembriclə razılaşma alimlər üçün inqilab sayıla bilər

Elmi məqalələrə açıq qapı: Kembriclə razılaşma alimlər üçün inqilab sayıla bilər

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycanda ilk dəfə bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, Elm və Təhsil Nazirliyi (ETN) və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında razılıq əldə edilib.

Ona əsasən Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində “Cambridge Press” tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.

Qeyd edilib ki, “Web of Science” və “Scopus”da indekslənən bu jurnallarda açıq əlyetərli (Open Access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universitetinin jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge Press” nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.


ETN və “Cambridge Press” arasındakı əməkdaşlığı müsbət dəyərləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, bu gün qarşıda duran ən vacib və prioritet məsələlərdən biri Azərbaycan alimlərinin elmi məqalələrinin xarici nüfuzlu nəşrlərdə dərc olunmasıdır. Deputatın sözlərinə görə, dünyada bir alimin elmi sanballılığı çox vaxt onun beynəlxalq səviyyədə nəşr olunmuş məqalələrinin sayı və keyfiyyəti ilə ölçülür:


 “Bu baxımdan, Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinə aid olan “Cambridge Press” nəşriyyatında Azərbaycan alimlərinə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı yaradılması olduqca təqdirəlayiq bir addımdır. Qeyd etmək lazımdır ki, Kembric Universiteti dünyanın ən aparıcı universitetlərindən biridir və onun nəşriyyatı yüksək elmi standartlara malikdir. Bu təşəbbüs, ölkəmizdəki tədqiqatçıların beynəlxalq elmi müstəvidə tanınmasına böyük töhfə verəcək. Eyni zamanda, bu işlər davam etdirilməli və Azərbaycanın digər nüfuzlu beynəlxalq media və elmi nəşriyyatlarında da alimlərimizin ödənişsiz məqalə dərc etmək imkanlarının yaradılması üçün razılaşmalar əldə olunmalıdır. Çünki xarici nəşrlərdə məqalə dərc etmək çox vaxt yüksək maliyyə vəsaiti tələb edir, və təəssüf ki, bütün müəllimlərin belə bir imkanları yoxdur. Belə təşəbbüslər, ölkəmizdə elmi fəaliyyətin stimullaşdırılması, tədqiqatçılarımızın beynəlxalq səviyyədə tanınması və Azərbaycan elminin dünya elmi mühitində görünürlüğünün artırılması baxımından olduqca önəmlidir”.


Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sherg.az-a açıqlamasında Azərbaycan alimlərinə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanının yaradılmasının elmi ictimaiyyət üçün mühüm və tarixi bir addım olduğunu deyib. Onun fikrincə, bu imkanın əldə olunması ilə bağlı ETN və Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin “Cambridge Press” nəşriyyatı arasında əldə olunan razılaşma Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması və yayılması üçün böyük fürsət yaradır: 


““Cambridge Press” nəşriyyatı tərəfindən təqdim olunan jurnallarda məqalələrin dərc olunması ciddi standartlar tələb edir. Bu nəşriyyatda məqalələrin qəbul olunması üçün həm beynəlxalq elmi standartlara uyğunluq, həm də akademik etikanın qorunması və elmi yeniliklər baxımından ciddi rəylərdən keçmək vacibdir. Azərbaycan reallığında bu jurnallarda məqalələrin dərc olunması üçün tələb olunan ödənişlər xeyli böyükdür. Lakin artıq 3 il müddətinə bu ödənişlərdən azad olunmaq alimlərimiz üçün əlavə imkanlar yaradır və onların əsərlərinin beynəlxalq aləmdə rahat oxunmasını təmin edir. Open Access (açıq giriş) formatında dərc olunan məqalələr “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləndirilir və bu, Azərbaycan alimlərinin işlərinin daha geniş istinad almasına gətirib çıxarır. Beləliklə, alimlərin elmi nəticələri yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə tanınır. Xarici həmkarlar bu məqalələrə rahatlıqla çıxış əldə edə bilər ki, bu da elmi əməkdaşlıq və yeni tədqiqat imkanlarını artırır. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti olaraq biz Open Access və Open Science hərəkatını ölkəmizdə təşviq edən ilk qurum olmuşuq. Bu istiqamətdə Avropada uzun illərdir ki, trend olan təlimləri, forumları, elmi konfransları Azərbaycanda həyata keçirmişik. Eyni zamanda, Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə birgə çalışaraq gənc tədqiqatçılara open access və open science anlayışını yaymaq üçün layihələr həyata keçirmişik. Nəticədə, Azərbaycanda məqalə yazan alimlərin sayı artıb ki, bu da istinadların çoxalması və ölkə elminin beynəlxalq platformalarda daha geniş tanınması deməkdir”.


İ. Orucovun sözlərinə görə, xarici nəşrlərdə çap edilən məqalələrin sayının artması istinadların artması deməkdir və bu, təkcə müəllifin deyil, onun çalışdığı elmi müəssisənin də beynəlxalq səviyyədə tanınması üçün vacibdir:

 “Nəticədə Azərbaycan elmi beynəlxalq platformalarda daha geniş şəkildə tanınacaq, universitetlərin reytinqləri yüksələcək, həmçinin beynəlxalq əməkdaşlıq və qrant layihələrinə cəlb olunmaq imkanları artacaq. Hesab edirəm ki, Open Science və Open Access hərəkatının təşviqi davamlı olmalıdır və bu sahədə təlimlər, seminarlar və praktik proqramlar davam etdirilməlidir. Onu da qeyd edim ki, Open science və Open access təşəbbüslərinin təşviqi üçün hökumət səviyyəsində də komissiya fəaliyyət göstərir və baş nazirin birinci müavini Eyyub Yaqubov bu komissiyaya rəhbərlik edir. Tədqiqatçılar üçün beynəlxalq çıxış imkanlarının yaradılması, onların işlərinə istinadların artmasına birbaşa təsir göstərir. Hazırda müxtəlif açıq platformalar mövcuddur və alimlərin bu platformalara üzv olması, elmi nəticələrini beynəlxalq auditoriyaya çatdırması həm qrant layihələrində iştirakını, həm də universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsini təmin edir.

ETN-nin (Elm və Təhsil Nazirliyinin) bu addımı olduqca təqdirəlayiqdir. Vacib məsələ ondadır ki, bu istiqamətdə təlimlər davamlı şəkildə həyata keçirilməli və daha çox gənc alimlərimizin beynəlxalq elmi müstəvidə iştirak imkanları artırılmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri