Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi təlim
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə universitetin professor-müəllim heyəti üçün “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov tərəfindən keçirilib. Təlimin əsas məqsədi ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf prinsipləri ilə qarşılıqlı əlaqəsinin təhlili, elmi nəticələrin sosial-iqtisadi və ekoloji problemlərin həllində rolunun müəyyənləşdirilməsi, həmçinin tədqiqatların beynəlxalq dayanıqlı inkişaf prioritetləri ilə uzlaşdırılması məsələlərinin müzakirəsi olub.
Qeyd edilib ki, universitetlərin elmi potensialının səmərəli idarə olunması, multidisiplinar tədqiqatların təşviqi və beynəlxalq elmi əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi qlobal çağırışlara uyğun innovativ elmi yanaşmaların formalaşdırılmasında mühüm rol oynayır.
Təlim çərçivəsində dayanıqlı inkişafyönümlü elmi-tədqiqatların metodoloji əsasları, elmi nəticələrin praktik tətbiq imkanları, eləcə də universitetlərin beynəlxalq reytinq və qiymətləndirmə sistemlərində dayanıqlı inkişaf indikatorlarının əhəmiyyəti barədə təqdimat keçirilib.
Tədbirdə beynəlxalq təcrübə nümunələri təhlil olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb və dayanıqlı inkişaf istiqamətində ali təhsil müəssisələrinin roluna dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















