Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Elmin inkişafı milli tərəqqinin təməlidir ŞƏRH

Elmin inkişafı milli tərəqqinin təməlidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağı ümumilikdə cəmiyyətin intellektual potensialı, milli düşüncə tərzi və strateji inkişaf istiqamətləri baxımından mühüm hadisə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı elmə dövlət səviyyəsində verilən dəyərin, milli intellektual siyasətin davamlılığının və müasir mərhələdə elmin idarə edilməsində prioritet istiqamətlərin ifadəsinə çevrilib.

Dövlətimizin başçısı çıxışında bildirib ki, akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Hər bir tarixi dövrdə elmi potensialın qorunması, tədqiqat mühitinin gücləndirilməsi və elmi institutların maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Müstəqil dövlətçilik ideyalarının formalaşmasında, milli identikliyin elmi əsaslarda dərk edilməsində və strateji qərarların qəbulunda elmin rolu həmişə yüksək dəyərləndirilmişdir.

Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan elminin inkişafına yeni nəfəs gətirmiş, Akademiyanın fəaliyyətini müasirləşdirmək üçün ardıcıl addımlar atmışdır. Məhz o dövrdə yeni elmi-tədqiqat institutları yaradılmış, alimlərin fəaliyyətinə dövlət qayğısı artırılmış, elmi infrastruktura böyük vəsaitlər ayrılmışdır. Eyni zamanda, gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində aparılan siyasət milli intellektual məktəbin formalaşmasına təkan vermişdir. Yüz minlərlə gənc o dövrdə Sovet İttifaqının və dünyanın nüfuzlu universitetlərində təhsil almış, ölkəyə qayıdaraq elmin, sənayenin və idarəetmənin inkişafında fəal iştirak etmişlər. Bu istiqamətdə aparılan siyasət müstəqillik illərində də ardıcıl şəkildə davam etdirilmişdir. Yubiley tədbirindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur.

Elmin maliyyələşdirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Son 10 il ərzində elmə ayrılan vəsait iki dəfədən çox artmış, AMEA-nın maddi-texniki bazası əsaslı şəkildə yenilənmiş, institut binaları təmir olunmuş, elmi kitabxana və Milli Ensiklopediya üçün müasir tələblərə cavab verən binalar inşa edilmişdir. 2009-cu ildə yaradılmış Elm Fondu alimlərə qrant mexanizmləri vasitəsilə maddi dəstək göstərir, yeni layihələrin reallaşmasına imkan yaradır. Elmin inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun və Dövlət Proqramı da bu siyasətin sistemli və məqsədyönlü xarakter daşıdığını sübut edir.

Son onillikdə Azərbaycanın keçdiyi yol həm elmi-intellektual, həm də hərbi-siyasi cəhətdən tarixi mərhələ kimi dəyərləndirilir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, Zəfərlə yekunlaşan Vətən müharibəsi, qısa zamanda həyata keçirilən bərpa və quruculuq işləri elmi-texnoloji düşüncənin, idarəetmə qabiliyyətinin və milli birliyin parlaq təcəssümüdür. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür: “Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

Bu Qələbə həm də elmin və texnologiyanın müharibə şəraitində səmərəli tətbiqinin nəticəsi idi. Pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarında sistemli istifadəsi ilk dəfə məhz Azərbaycan tərəfindən həyata keçirilmiş, bu təcrübə sonradan bir çox ölkələrdə öyrənilmiş və tətbiq edilmişdir. Hazırda ölkəmiz bu texnologiyaları yalnız xaricdən tədarük etmir, həm də daxildə istehsal edir və bu sahədə mühüm tədqiqat imkanları yaradılır. Bu isə elmi ictimaiyyət üçün yeni fəaliyyət istiqamətləri açır və milli müdafiə sənayesinin texnoloji əsaslarını möhkəmləndirir.

Prezident İlham Əliyev çıxışında qeyd edib ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Bu baxımdan dövlət qurumlarına tapşırıq verilib ki, Azərbaycan alimləri ilə daha yaxın əməkdaşlıq qursunlar, elmi tədqiqatların praktik nəticələri real iqtisadi və texnoloji proseslərdə tətbiq olunsun. Müasir şəraitdə elmin yalnız nəzəri deyil, həm də tətbiqi dəyəri ön plana çıxır.

Bu gün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur. Beynəlxalq reytinq agentliklərinin verdiyi yüksək qiymətlər ölkənin iqtisadi sabitliyinin, düşünülmüş islahatların və maliyyə intizamının göstəricisidir. Aşağı xarici borc səviyyəsi, dayanıqlı iqtisadi artım və texnoloji innovasiyaların genişlənməsi elmin inkişafı üçün möhkəm iqtisadi zəmin formalaşdırır.

Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı həm keçilmiş elmi yolun dərin təhlili, həm də gələcək inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu çıxış bir daha sübut edir ki, müstəqil dövlətin gücü yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də milli elmin, düşüncənin və intellektual potensialın gücündədir. Elmə verilən bu dəyər müasir dövrdə dövlət siyasətinin təməl prinsiplərindən biri olaraq qalır.

Asif Əsgərov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri