Icma.az
close
up
RU
Elmin zərif qəhrəmanı

Elmin zərif qəhrəmanı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir Foto – Bir Hekayə

Köhnə, təmirsiz divarlar, gün işığının içəri süzüldüyü dar pəncərələr, taxta masaların üstündə müxtəlif şüşə qablar, elmi alətlər… Və o qadın... Əlində kolba, üzündə sükutun içində bir qərarlılıq. Bu foto XX əsrin əvvəllərində çəkilib. Şəkildəki qadın – Mariya Küri dünyanın ilk qadın Nobel laureatıdır.

O, bu sadə laboratoriyada – nə müasir texnika, nə təhlükəsizlik şəraiti olan bir yerdə – radium və polonium elementlərini kəşf etdi. Tədqiqatlarında istifadə etdiyi materiallar onun həyatına baha başa gəldi – illərlə radiasiya ilə birbaşa təmasda qaldı. Amma bu fədakarlıq, bəşəriyyətin elm yolundakı irəliləyişinə işıq tutdu.

Bu gün Parisdə yerləşən Mariya Küri Ev Muzeyində onun şəxsi əşyalarına toxunmağa icazə verilmir. Hətta dəftərləri belə qurğuşun örtüklü qutularda saxlanılır – çünki onlar hələ də radioaktivdir. Düz bir əsr keçməsinə baxmayaraq, onun elmi irsindən yayılan radiasiya davam edir. Bu, təkcə fizikada yox, fədakarlıqda da sərhədlərin aşılması deməkdir.

Küri elmə yalnız kişi adı ilə imza atılan bir dövrdə iki dəfə Nobel mükafatı qazandı – həm fizika, həm də kimya sahəsində. Onun həyatı elmi marağın və insan iradəsinin ən gözəl təcəssümüdür. Bu foto isə onun peşəsinə və elmə olan səssiz sədaqətinin simvoludur.

Bu görüntü – bir qadının laboratoriya xalatında dəyişməyə cəhd etdiyi bir dünyanın portretidir. Mariya Küri elmin zərif, amma sarsılmaz qəhrəmanıdır.

Səbuhi MƏMMƏDOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see590

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see461

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see384

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see356

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see253

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see235

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see233

Livitt istefa verdi

13 Avqust 2026 00:16see212

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see205

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see203

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see193

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see177

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see176

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see172

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see170

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see166

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see163

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see155

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see154

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri