Icma.az
close
up
RU
Elmira Axundova haralardadır? ...ürəyim sızıldayır, içim qan ağlayır MÜSAHİBƏ

Elmira Axundova haralardadır? ...ürəyim sızıldayır, içim qan ağlayır MÜSAHİBƏ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, eks-deputat, Xalq yazıçısı Elmira Axundova çoxdandır mətbuat səhifələrində görünmür. Elmira Axundova ilə bağlı sonuncu sərəncamlar 2023-də imzalanıb. Həmin il mayın 23-də Prezident onu Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıb. Oktyabrın 17-də isə dövlət başçısı E.Axundovanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvü təyin edib.
Elmira Axundova Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı olub. Bəs o, indi haralardadır?
Modern.az sayının əməkdaşı Elmira Axundovanı axtarıb taparaq onunla həmsöhbət olub.
- Elmira xanım, çoxdandır mətbuata çıxmır, ictimai-siyasi meydanda görünmürsünüz. Bilmək olarmı haralardasınız?
- Mən Xalq yazıçısıyam, yazıçılıqla məşğulam. Üstəlik həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Himayəçilik Şurasının üzvüyəm. Cənab Prezident məni bu quruma təyin etməklə böyük etimad göstərib. Boş dayanmamışam, yazıb-yaradıram.
- Nə yazırsınız, hansı yeni kitabınız işıq üzü görüb?
- Mənim Özbəkistanda təzə kitabım çıxıb - “Zərifə və Heydər Əlieyvlər” adlanır. Aprel ayının axırında həmin kitabın təqdimatı üçün Özbəkistana gedəcəm. May ayında isə Almatı şəhərində olacam, Qazaxıstanın görkəmli ictimai-siyasi xadimi Oljas Suleymanov məni ora dəvət edib.
Bundan başqa, “Heydər Əliyev Azərbaycan muktikulturalizminin banisi kimi” adlı kitab yazmışam. İnşallah, bir-iki aya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi onu tərcümə edəcək. Antologiya materialım da çıxıb.
“Libraff” nəşriyyatı təzəliklə mənim iki cildlik “Heydər Əliyev və yaradıcı ziyalılar” adlı Azərbaycan dilində kitabımı buraxır. Kitab Mədəniyyət Nazirliyi tərəfindən çap etdirilir.
Tezliklə “525-ci qəzet”də Heydər Əliyevlə əlaqədar silsilə yazılarım da dərc olunacaq.
- Amma həm də görünmürsünüz?
- Görünmürəm ona görə ki, siyasətlə məşğul deyiləm. Yazıçılıqla məşğulam. Mən Xalq yazıçısı kimi bu adı gərək doğruldam. Bu, böyük tituldur, Xalq yazıçısı adından yüksək ad var?
- Deyirsiniz siyasətlə məşğul deyilsiniz. Heç siyasi gündəmi də izləmirsiniz?
- Niyə ki... Siyasi gündəmlə maraqlanıram, ölkədə və dünyada baş verən hadisələri, siyasi prosesləri izləyirəm.
- Uzun illər parlamentin deputatı olmusunuz. Hazırkı VII çağırış Milli Məclisin fəaliyyətindən xəbərdarsınızmı?
- Bəli, əlbəttə. Mənə elə gəlir ki, indiki deputatlar üçün işləmək daha rahat və rəvandır. Parlamentdə mənim dostlarım da fəaliyyət göstərirlər. Rəşad Mahmudovdan tutmuş Siyavuş Novruzovadək... Sevinirəm ki, köhnə silahdaşlarımız Vüqar Rəhimzadə, Səyyad Aran kimi adamlar yenidən parlamentə qayıdıblar. Mən onlara “köhnə qvardiya” deyirəm.
90-cı illərin əvvəlində Heydər Əliyevin yanına gedirdik - Naxçıvana. Onda hamı qorxanda biz Heydər Əliyev haqqında müsbət yazılar yazırdıq. Mən mütəmadi şəkildə Ümummilli liderlə əlaqə saxlayırdım. Özü də sonralar bu barədə yazıçıların qurultayında danışdı, dedi ki, Elmira xanım kimiləri mənimlə danışmaqdan, görüşməkdən qorxmurdu. Onun mənim fəaliyyətimi qiymətləndirməsi sevindirici idi. Mən Siyavuş Novruzovu, Səyyad Aranı, Vüqar Rəhimzadəni onda tanıdım. Onları indi Milli Məclisdə görüb sevinirəm ki, bizim qvardiya hələ də işləyir.
Bugünkü parlamentdə gənclər də çoxdur. Xanımları da görürəm. 2005-ci ildə qadın deputatların sayı 11 nəfər idi. İndi isə maşallah, 30-a yaxın qadın deputat var. Özü də hamısı seçmə, bir-birindən samballı. Orada Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevanı görürəm. Çox yaxşı işlər görürdü, indi də görür. Tənzilə Rüstəmxanlı “boevoy” qadındır. Onun xətrini çox istəyirəm. Başda Milli Məclisin sədri Sahibə xanım olmaqla, bütün qadınlar deputat kimi yaxşı fəaliyyət göstərirlər.
Bizim vaxtımızda parlamentin iclaslarında tez-tez mübahisələr olurdu. İndi işləmək daha rahatdır, sakitlikdir, çünki respublikamızda hər şey axarına düşüb. Mənə elə gəlir ki, böyük problemlər yoxdur. Buna baxmayaraq, bizim bəzi köhnə deputatlar lazımi məsələləri qaldırırlar. Sağ olsunlar.
- Siz 2020–2023-cü illərdə Azərbaycanın Ukraynadakı səfiri olmusunuz. Rusiya-Ukrayna müharibəsi də həmin dövrdə başladı. Yəqin ki, Ukrayna ətrafında cərəyan edən hadisələri izləyirsiniz. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Ukrayna ilə əlaqədar ürəyim ağrıyır. Çünki mənim bir tərəfim Ukraynadandır. Mənim oradakı qohumlarım da çox çətin vəziyyətdədirlər. Orada dostlarım, yarımçıq layihələrim qalıb. Əlbəttə ki, ürəyim sızıldayır, içim qan ağlayır. Ukrayna üçün çox narahatam.
Amma Rusiya üçün də hər şey yaxşı deyil. Bu müharibədə on minlərlə insan həlak olub.  Çox istəyərdim ki, münaqişə tezliklə həll olunsun.
Ukraynalılar çox qorxurlar ki, torpaqları Rusiyaya güzəştə gediləcək. Axı biz də bu çətinliyi  yaşamışıq. Torpaqlarımız 30 il işğal altında qalmışdı. Belə bir vəziyyətdə müdrik Heydər Əliyev atəşkəs sazişi imzaladı. 30 il özümüzü toxdatdıq, işlədik, müharibəyə hazırlaşdıq.
- ABŞ prezidenti Donald Tramp Ukraynanı atəşkəsə məcbur etmək istəyir. Sizcə, düzmü edir?
- Mən səfir vəzifəsində işləyərkən ukraynalılara deyirdim ki, qorxmayın, torpaqların işğalı  müvəqqətidir. Gec-tez o torpaqlar əzəli yiyəsinə qayıdacaq. Torpaqlar həmişəlik işğal altında qala bilməz. Heç mümkün də deyil ki, işğal altındakı torpaqların sahibi bununla barışsın.
Hesab edirəm ki, Ukrayna tərəfi indiki məqamda atəşkəs sazişinə getməlidir. Belə bir misal var: ən pis sülh yaxşı müharibədən yaxşıdır. Ona görə də Ukrayna tərəfi atəşkəs sazişindən qorxmamalıdır, vaxt qazanmalı, özlərini toparlamalı, ölkəni səhmana salmalı, camaata gün ağlamalı, eyni zamanda da ordunu gücləndirməlidir. Ukrayna indiki ordunu 3 ildə hazırladı. Orduları yox idi. Mənə elə gəlir ki, ABŞ lideri Donald Tramp hər şey düz edir. O istəyir ki, müharibə dayansın, danışıqlar masasına otursunlar, görsünlər nə edirlər.
Bəli, hələ ki Rusiyada nələrsə qalacaq. Rusiya qan bahasına aldığı torpaqları çətin qaytaracaq. Çünki bunun üçün vuruşub. Amma indiki məqamda Ukrayna müharibəni davam etdirmək istəsə, bunu necə edəcək? Axı silahı çatışmır, ordusu zəifləyib. Kim ona kömək edəcək? Avropa? Gördük Avropanın zəifliyini. Tramp çətin adamdır, amma düz edir. Mənə elə gəlir ki, ona qulaq asmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see667

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see133

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see133

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see125

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see124

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see123

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see123

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see123

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see123

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see122

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see121

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see120

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see120

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see119

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri