Elmlər Akademiyası vuruldu Zelenski bəyanat yaydı + VİDEOLAR
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna müharibəsində mülki obyektlərə hücumlar getdikcə artır.
“AzPolitika” xəbər verir ki, Rusiyaya məxsus reaktiv PUA Kiyevin mərkəzində yerləşən Milli Elmlər Akademiyasının binasına zərbə endirib. Bununla bağlı Ukrayna mediasında və sosial şəbəkələrdə çoxsaylı görüntülər yayımlanıb.
Binanın içindəki insanlar diri-diri yanmamaq üçün pəncərələrdən çıxıblar. Hələlik bir nəfərin həlak olduğu bildirilir. O da qeyd olunur ki, akademiyanın binası Almaniya səfirliyinin yanında yerləşir.
Eyni zamanda, Rusiya PUA-ları Dneprdə biznes mərkəzinə hücum edib. Dnepropetrovsk Vilayət Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, yanan binadan 47 nəfər təxliyə edilib. Hücum nəticəsində üç nəfər ölüb, 12 nəfər yaralanıb.
Prezident Volodimir Zelenski Ukraynanın Rusiyanın Kiyevdəki Elmlər Akademiyasının binasına hücumuna cavab verəcəyinə söz verib: "Rusiya buna görə mütləq cavab verəcək… Rusiya bütün bunlara görə cavab verməli və real nəticələrini hiss etməlidir".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 28 Sentyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















