Icma.az
close
up
RU
Elnur Quliyev: Sumqayıt Azərbaycan basketbolunda ilkə imza atıb MÜSAHİBƏ

Elnur Quliyev: Sumqayıt Azərbaycan basketbolunda ilkə imza atıb MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt" klubu ölkədə basketbolun inkişafı və rəqəmsallaşması istiqamətində maraqlı və innovativ addım atıb.

"Gənclik şəhəri" təmsilçisi ilk dəfə NFT (rəqəmsal kolleksiya) layihəsi həyata keçirməklə həm texnologiyadan yararlanmağa, həm də azarkeşlərlə daha interaktiv ünsiyyət qurmağa çalışır. “Basketball Legends of Sumgayit” adlanan NFT kolleksiyası Ethereum blokçeynində ERC-1155 standartı ilə hazırlanıb və dünyanın ən məşhur NFT platformalarından biri olan opensea.io saytında 0.35 ethereum (təxminən 1.175 dollar) qiyməti ilə satışa çıxarılıb.

Layihə ilə “Sumqayıt”ın direktoru Elnur Quliyev offsideplus.az saytına müsahibəsində daha geniş məlumat verib.

- NFT ideyası necə yarandı? Bu təşəbbüs haradan qaynaqlandı?

- Son illərdə dünyada idman sahəsində rəqəmsallaşma sürətlə inkişaf edir və düşündüm ki, biz də bu trendlərə uyğun hərəkət etməliyik. Xüsusilə azarkeşlərlə daha yaxın, interaktiv və müasir bir əlaqə yaratmaq istəyirdik. NFT yaratmaq təşəbbüsü həm texnologiyanın imkanlarından yararlanmaq, həm də "Sumqayıt" klubu barədə fərqli formada paylaşmaq istəyimizdən yarandı.

- Azərbaycanda ilk basketbol klubu kimi bu təşəbbüslə çıxış etməyiniz digərləri üçün də nümunə ola bilərmi?

- Əsas məqsədimiz ölkəmizdə basketbolu sevdirmək, populyarlaşdırmaq və inkişaf etdirməkdir. NFT yaratmaqda hədəflərimizdən biri də idman sektorunda innovativ yanaşmalara yol açmaq və digər idman klublarını da bu sahəyə təşviq etməkdir. NFT təkcə texnoloji yenilik deyil, eyni zamanda marketinq və azarkeşlərlə əlaqədə yeni bir mərhələdir. Ümid edirik ki, bu addım başqa klublara da nümunə olacaq və ölkədə idmanın rəqəmsal inkişafına töhfə verəcək.

- NFT-lərə maraq nə dərəcədə oldu? Və bu layihəyə marağı artırmaq üçün hansı işləri görməyi planlaşdırırsınız?

- İlk mərhələdə NFT-lərimizə maraq əsasən basketbolsevərlər və texnologiyaya marağı olan tələbələr və gənclər tərəfindən oldu. Lakin biz bunu daha geniş auditoriyaya çatdırmaq üçün növbəti mövsümdə xüsusi kampaniyalar, sosial media layihələri və azarkeşlərlə canlı görüşlər təşkil etməyi planlaşdırırıq. Eyni zamanda, NFT sahiblərinə müəyyən eksklüziv imtiyazlar təqdim etməklə bu marağı daha da artırmağı hədəfləyirik. Xüsusilə, Sumqayıt şəhərində yerləşən tədris müəssisələrində rəqəmsal texnologiyalarla bağlı maarifləndirmə tədbirləri keçirməyi planlaşdırırıq.

- NFT-lər gələcəkdə klubun maliyyə dayanıqlılığına hansı şəkildə töhfə verə bilər?

- İlkin mərhələdə NFT-lərə gəlir mənbəyi kimi baxmaq hələ çox tezdir. Lakin təcrübə göstərir ki, NFT kolleksiyalarının satışında əlavə qazanc əldə etmək perspektivləri var. Adətən NFT satışlarından əldə olunan gəlir klubun gənclər proqramlarına, akademiyasına və marketinq fəaliyyətlərinə yönəldilir. Bu, alternativ gəlir mənbəyi kimi də faydalı ola bilər.

- Özünü doğruldacağı təqdirdə, NFT sahiblərinə hansısa eksklüziv üstünlüklər verməyi düşünürsünüz?

- Bəli, bu istiqamətdə planlarımız var. NFT sahiblərinə gələcəkdə oyunlara pulsuz giriş, klubun tədbirlərinə dəvət, xüsusi fan məhsullarına endirim və ya yalnız NFT sahibləri üçün hazırlanmış rəqəmsal kontent kimi üstünlüklər təqdim etməyi düşünürük. Bu, həm azarkeşin Sumqayıt klubuna bağlılığını artıracaq, həm də NFT-lərin real dəyərini daha da gücləndirəcək.

- Bu layihədən başqa digər hansı rəqəmsal innovasiyalarla bağlı planlarınız var?

- NFT bizim üçün bir başlanğıcdır. Gələcəkdə interaktiv mobil tətbiqlər, virtual reallıq (VR) ilə azarkeş təcrübəsi və rəqəmsal fan zonaları kimi layihələr üzərində işləməyi planlaşdırırıq. Məqsədimiz, "Sumqayıt" basketbol klubunu yalnız idman uğurları ilə deyil, eyni zamanda texnoloji yenilikləri ilə də tanıdan bir klub halına gətirməkdir.

- NFT-lərlə bağlı maarifləndirmə işləri aparmaq fikriniz var?

- Bəli, məktəblərdə və universitetlərdə seminarlar, sosial şəbəkələrdə sadə dildə videolarla bu sahəni tanıtmaq fikrindəyik. NFT sadəcə texnologiya deyil, yaradıcılıq və mülkiyyət hüququnun yeni formasıdır.

- Azərbaycanda NFT və digər yeni texnologiyaların gələcəyini necə qiymətləndirirsiniz?

- NFT, Web3, Blokçeyn kimi texnologiyalar hələ ki, yeni inkişaf etməkdədir. Yaxın gələcəkdə hüquqi çərçivələrin formalaşması bu sektorun daha da geniş yayılmasına kömək edəcək. Biz də bu prosesin önündə olmaq istəyirik. Bu istiqamətdə Azərbaycan Basketbol Federasiyasının bizə göstərdiyi etimad və dəstəyi yüksək qiymətləndiririk.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri