Icma.az
close
up
RU
Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1 ci vitse prezidenti seçilib FOTO

Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1 ci vitse prezidenti seçilib FOTO

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti və idarə heyətinin sədri, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) 1-ci vitse-prezidenti seçilib. 

Sherg.az xəbər verir ki, 11-12 aprel 2025-ci il tarixdə Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclası keçirilib.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata görə iclasda 2024-ci ilin yekunları, büdcə və gələn ilin iş planı, 2025,2026,2027-ci ildə təşkil olunacaq yarışlar, idarə heyəti, auditorlar və namizədlər komissiyası üçün seçki, "ETWF General Assambly" iclasına 2026-cı ildə ev sahibliyi edəcək ölkənin səsvermə yolu ilə seçilməsi və yeni namizəd ölkənin üzvlüyə qəbulu və bir sıra məsələlər öz əksini tapıb.

İclasdan öncə Avropa Kəndirlə Mübarizə Federasiyasının prezidenti Ralf Brauninger tədbir iştirakçılarını salamlayıb və təşkilatçılığa görə Serbiya Kəndirlə Mübarizə Federasiyasının rəhbərliyinə təşəkkür edib.

Sonra qrumun baş katibi Anders Anderson 2024-ci ilin yekun hesabatını və 2025-ci ilin fəaliyyət planını iştirakçılara təqdim edib. 

İclasda Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyev 30-31 May 2025-ci tarixdə Bakı şəhərində təşkil olunacaq "TURAN CUP, OPEN" turniri, Azərbaycan mədəniyyəti, idmanı və ölkəmizdə kəndirlə mübarizə idmanının mövcud vəziyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Sonra idarə heyətinin və üzvlərin qərarı ilə Bosniya Herseqovina Kəndirlə Mübarizə Assosiasiyası Avropa Kəndirlə Mübarizə Federasiyasına üzv qəbul olunub.

Həmçinin iclasda Avropa Kəndirlə Mübarizə Federasiyasının idarə heyətinə seçkilərdə Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Elnur Şıxəliyevin namizədliyi irəli sürülüb.

Səs vermə zamanı üzvlərin səs çoxluğu ilə Elnur Şıxəliyev Avropa Kəndirlə Mübarizə Federasiyasının 1-ci vitse-prezidenti seçilib.

Elnur Şıxəliyev qrumun idarə heyətinə və üzvlərə göstərdikləri etimada görə təşəkkür edib və kəndirlə mübarizə idmanının Avropa və Dünyada inkişafına hər zaman dəstək olacağını vurğulayıb.

Həmçinin səsvermənin nəticəsinə əsasən 2026-cı ildə Avropa Kəndirlə Mübarizə Federasiyasının Baş Assambleyasının iclasının Bakı şəhərində keçirilməsi təsdiqlənib.

İclasda Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin mətbuat katibi Ağa Ağayevdə təmsil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri