Icma.az
close
up
RU
Elon Mask məhkəmədə Tesla da işdən çıxardığı mühəndisə uduzub

Elon Mask məhkəmədə Tesla da işdən çıxardığı mühəndisə uduzub

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bir müddətdir ABŞ-da "Tesla" və şirkətin baş direktoru Elon Maska qarşı hüquqi mübarizə aparan keçmiş mühəndis Kristina Balan daha bir mühüm mərhələni uğurla başa vurub.

Bizimyol.ibnfo "trthaber"ə istinadən xəbər verir ki, Balan 2014-cü ildə "Tesla" avtomobillərində əyləc sisteminə təsir edə biləcək dizayn qüsuru ilə bağlı təhlükəsizlik narahatlığını qaldırdıqdan sonra işdən çıxarılıb. Daha sonra o, şirkətə qarşı qaldırdığı böhtan işində hüquqi müstəvidə ədalət axtarmağa davam edib.

İş ilkin olaraq Balana qarşı çıxarılıb və arbitraj heyəti Kaliforniya ştatının qanunlarına əsasən məhdudiyyət müddətinə görə işi rədd edib. Lakin ABŞ-ın 9-cu Dairə Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Balanın xeyrinə qərar çıxarıb.

"Biz ümid edirik ki, yeni bir məhkəməyə başlayacağıq və Elon Maska qarşı münsiflər heyəti qarşısında ifadə verəcəyik", - deyə Kristina Balan hökmdən sonra BBC-yə bildirib.

"Tesla" məsələ ilə bağlı şərh verməyib.

Balan əvvəllər"Tesla"da aparıcı mühəndis olub. O qədər ki, "Model S" avtomobillərinin akkumulyatorlarına öz baş hərfləri “KB” həkk olunub.

BBC-yə verdiyi əvvəlki müsahibəsində Balan oğlunun gələcəyi üçün adını təmizləmək istədiyini və o zaman 3B mərhələsi olan döş xərçəngi ilə mübarizə apardığını, həmçinin ən böyük narahatlığının məhkəmədə ədaləti görə bilməmək olduğunu söyləyib.

Balan bəzi "Tesla" modellərinin pedallarının altındakı xalçaların qıvrıldığını və bunun təhlükəsizlik riski yaratdığını rəhbərliyə çatdırdığını, lakin onun xəbərdarlıqlarına məhəl qoyulmadığını bildirib. O, bu proses zamanı şirkət rəhbərlərinin ona qarşı mənfi münasibət bəslədiyini və sonda işinə xitam verildiyini iddia edib.

İlk iddiasını ədalətsiz işdən çıxarma səbəbiylə qazanan Balan "Tesla" tərəfindən şirkət resurslarından “gizli layihə” üçün istifadə etməkdə günahlandırılıb. Balan ABŞ qanunlarına görə mənimsəmə təşkil edən iddianı rədd edib və 2019-cu ildə şirkətə qarşı böhtan iddiası qaldırıb. "Mən adımı təmizləmək istəyirəm", - deyən Balan, Elon Maskın üzr istəməsini gözlədiyini bildirib.

Balanın şirkətdə işlədiyi müddətdə bağladığı müqaviləyə görə iş arbitraj məhkəməsinə verilib. Arbitraj heyəti iddia müddətini əsas gətirərək işi rədd etdi və "Tesla" bu qərarın Kaliforniyadakı yerli məhkəmədə təsdiqlənməsini istəyib.

Lakin Balanın etirazından sonra 9-cu Dairə Apellyasiya Məhkəməsi Kaliforniya rayon məhkəməsinin məsələ ilə bağlı qərar vermək səlahiyyətinə malik olmadığına qərar verib.

Apellyasiya Məhkəməsi arbitraj qərarının ləğvi və yurisdiksiyaya aid olmadığı üçün yerli məhkəmədə qaldırılmış işə xitam verilməsi barədə qərar çıxarıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri