Icma.az
close
up
RU
Tesla Elon Mask ilə yollarını ayıracaqmı?

Tesla Elon Mask ilə yollarını ayıracaqmı?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elektrikli avtomobil istehsalçısı "Tesla" Baş direktorElon Maskın vəzifəsindən uzaqlaşdırılacağına dair iddiaları qəti şəkildə təkzib edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Robyn Denholm "Wall Street Journal"ın hesabatını "tamamilə yalan" adlandırıb.

Amerikanın CNBC kanalının məlumatına görə, sözügedən xəbərdə "Tesla" rəhbərliyinin Maskın yerinə gələcək adı müəyyən etmək üçün bəzi icraçı işə götürmə firmaları ilə əlaqə saxladığı iddia edilib. Xəbərdən sonra, "Tesla" səhmləri "Robinhood" platformasında bir gecəlik ticarətdə 3 faizə qədər dəyər itirib, lakin sonradan bərpa olunub.

Robyn Denholm "X" sosial media platformasında: "Bu gün səhər saatlarında məlum olb ki, "Tesla" Direktorlar Şurasının yeni baş direktor axtarışına başladığı barədə həqiqətə uyğun olmayan bir xəbər dərc olunub. Bu, tamamilə əsassızdır və xəbər dərc edilməmişdən əvvəl müvafiq mətbuat orqanına məlumat verilib", - deyə açıqlama verib.

Denholm qeyd edib ki, Elon Mask hələ də şirkətin baş direktorudur və İdarə Heyətinin böyümə planlarını yerinə yetirmək üçün Maskın rəhbərliyinə "tam inamı" var.

İddialar "Tesla"nın ilin birinci rübündə gözləntilərdən aşağı olan satış və mənfəət rəqəmlərini açıqlamasından sonra ortaya çıxıb. Şirkətin ümumi gəliri illik müqayisədə 9 faiz azalaraq 19,3 milyard dollar olub. Ekspertlər bu rəqəmin 21,1 milyard dollar olacağını gözləyirdilər.

"Tesla"nın avtomobil seqmentindəki gəlirləri də 20 faiz azalaraq 14 milyard dollara düşüb. Məşhur "SUV" modeli "Model Y"nin yenilənmiş versiyası üçün istehsal xətlərində edilən yeniləmələr, qiymət endirimləri və satış təşviqləri bu azalmada təsirli olub.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalaraq 409 milyon dollara düşüb. Səhm başına mənfəət 41 sentdən 12 sentə düşüb.

Keçən həftə "Tesla"nın maliyyə hesabatlarının qiymətləndirildiyi iclasda Elon Mask may ayından etibarən "Tesla"da həftədə yalnız “bir və ya iki gün” işləyəcəyini və qalan vaxtını ABŞ-da yeni “Hökumət Effektivliyi Departamenti” təşəbbüsünə həsr edəcəyini açıqlatıb.

Maskın bu açıqlaması "Tesla" investorları arasında qeyri-müəyyənlik yaradıb. "Tesla" səhmləri ilin əvvəlindən bəri öz dəyərinin 30 faizindən çoxunu itirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri