Icma.az
close
up
RU
Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır

Elşad Hacıyev: Bank kartlarından oğurluğun qarşısının alınması hər bir şəxsin özündən asılıdır

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, hər bir şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı paneldə deyib.

O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir: "Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır".

E.Hacıyev vətəndaşlarla bank arasında bəzən mübahisələrin yarandığını qeyd edib: "Vətəndaşın pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır. Bu, belə deyil, bankın təhlükəsizliklə bağlı hər hansı bir problemi yoxdursa, o zaman bankı günahlandırmaq doğru deyil".

DİN rəsmisi aparılan mübarizənin nəticə verdiyinə də diqqət çəkib: "Bu gün bu kimi dələduzluq hallarının sayı gündəlik 10-20 arasındadır. Əvvəllər bu rəqəm 50 civarında idi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 May 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri