Icma.az
close
up
RU
Elşad Mirbəşiroğlu: Paşinyan hökuməti yeni ərazilər naminə yeni müharibəsiyasəti aparır

Elşad Mirbəşiroğlu: Paşinyan hökuməti yeni ərazilər naminə yeni müharibəsiyasəti aparır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol öz ölkəsini Qərbin geosiyasi ambisiyalarının alətinə çevirib


Danışıqların yalnız bir nəticəsi ola bilərdi - Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukdakı səhifəsində növbəti dəfə yazıb.

"Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım. Yaxşı, nə vaxt, niyə, necə etmədiyimiz, edə biləcəyimiz və ya edə bilməyəcəyimiz, edə bilmədiyimiz zaman — bu tamamilə fərqli bir söhbətin mövzusudur - müxtəlif səbəblərdən ictimaiyyətlə danışdığım və bəzən yenidən danışacağım ciddi, dərin və əhatəli bir mövzu. Üç keçmiş prezidentə gəldikdə, indi onlara və ya nümayəndələrinə nə demək lazımdır. Onlar danışacaqlar, ya yox, məlum səbəblərə görə heç bir dəyəri yoxdur. Hörmətli üç keçmiş prezident! Mübahisə mövzusunda fikrinizi dəyişsəniz, deyin. Görüşənədək", - Paşinyan yazıb.

Qeyd edək ki, Paşinyan bu mövzuda keçmiş prezidentləri debata çağırsa da, hər 3 sabiq - Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan - bundan imtina edib.


Politoloq Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, keçmiş münaqişə vəziyyətinin həll olunması istiqamətində danışıqların başladığı gündən Azərbaycanın mövqeyi öz torpağının bir qarışından belə imtina etməmək olub:


"Biz tərəfdən Azərbaycan ərazisində vaxtilə yaşayan ermənilərə hansısa muxtariyyətin verilməsi barədə müzakirələr olub. Amma Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə predmeti mövzusu olmayıb. Yəni hər zaman aydın mətnlə ifadə etmişik ki, biz münaqişəni dinc vasitələrlə tənzimləmək istəyirik. Dövlətimiz bunu həm mövqeyində, həm də praktik cəhətdən göstərib. Lakin aparılan danışıqlar bir nəticə verməsə, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Paşinyan Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək hansısa razılaşma qəbul olunmayacağını bilirdi. Bu da bütün hallarda müharibəni qaçılmaz edəcəkdi. Digər tərəfdən Ermənistan danışıqları səmimi aparmırdı. Yəni 1994-cü ildən başlayaraq Ermənistanın iştirak etdiyi danışıqlar nəticəyönümlü deyildi. Həmçinin havadarları sayəsində zaman qazanmağa çalışırdı və indi də buna davam edir. Elə ATƏT-in Minsk qrupunun fəaliyyəti bəlli vaxt keçdikdən sonra Ermənistanın işğalı altında saxladığı Azərbaycan torpaqlarının hüquqi statusunun dəyişdirilməsinə hesablanmışdı. Ona görə də bu danışıqları münaqişənin tənzimlənməsi istiqamətində həyata keçirildiyini hesab etmək doğru olmazdı. Ermənistan tərəfi sırf imitasiyalarla məşğul idi və hər zaman "sülhdən" danışırdı. Amma Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edirdi. Paşinyan özü də münaqişəni dinc vasitələrlə həll etmək istəmirdi. Onun hakimiyyətində əvvəlki Müdafiə Nazirlərindən biri 2019-cu ildə ABŞ-də "yeni ərazilər naminə yeni müharibə" ifadəsini işlətmişdi. Paşinyan da hakimiyyətə gələn kimi sələflərindən də daha sərt şəkildə öz mövqeyini sərgilədi. Yəni sərt ritorikaya üstünlük verirdi. Hətta kabinetinin fəaliyyət planının əsas istiqamətlərindən biri qondarma rejimin dəstəklənməsi idi".


Politoloqun sözlərinə görə, Azərbaycanın iradəsi və gücü Paşinyanı fərqli ritorika seçməyə məcbur etdi:

"Bu gün də Ermənistan Baş nazirinin Azərbaycanla sülh sazişinin imzalanması məsələsində səmimiyyətdən daha uzaqdır. Nikol öz ölkəsini Qərbin geosiyasi ambisiyalarının alətinə çevirib. Ermənistan Azərbaycanın irəli sürdüyü prinsipial şərtləri qısa zaman kəsiyində yerinə yetirə və konstitusiyasında ərazi iddialarını aradan qaldıra bilər. Nikol isə bunu etmir. Həmçinin Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu nümayiş etdirir. Amma praktiki addımlar atmır. Azərbaycanın digər irəli sürdüyü şərtlərdən biri də ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı ikitərəfli müraciətin edilməsidir. Əslində mahiyyət etibarilə çox asan məsələdir. Faktiki olaraq Minsk qrupu fəaliyyət göstərmir. Belə olan halda bu qurumun de-yure qalmasının da bir əhəmiyyəti yoxdur. Əgər Paşinyan real danışıqlar aparsaydı, nəticə Azərbaycanın işğal altında olan əraziləri özünə qaytarılmas;ndan ibarət olacaqd. Ermənistan Baş naziri bütün hallarda Ermənistanın bu gün düşmüş olduğu ağır vəziyyətin məsuliyyətini yalnız öz üzərində daşımaq istəmir. Bu birinci dəfə deyil ki, baş verənlərə görə sələflərini də hər zaman ittiham edib. Nikol özü də daxil olmaqla Ermənistanın müstəqilliyi dövründə buraya rəhbərlik etmiş bütün şəxslərin davranışları çox yanlış olub. Ermənistanın kənar dairələrin təsiri altında idarə olunmasına imkan verib. Burada Qərbin dəsti-xəttini də xüsusi qeyd etmək lazımdır. Ermənistan hər zaman həyata keçirdiyi işğalçılıq və təcavüz siyasətinin ağır nəticələrini yaşamaqdadır. Bütün regiondakı layihələrdən geri qalıb, iqtisadi inkişaf imkanlarını itirib. Həmçinin bu gün proseslər Azərbaycanın güc və ədalət mövqeyinin təsiri altında cərəyan edir. Paşinyan da anlayır ki, onun artıq manevr etmək imkanları yoxdur, gec və ya tez Azərbaycanın irəli sürdüyü şərtlərlə sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri