Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

ABŞ İranla hərbi toqquşmada maraqlı deyil Elşad Mirbəşiroğlu

ABŞ İranla hərbi toqquşmada maraqlı deyil Elşad Mirbəşiroğlu

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Ağ Ev administrasiyası Tehrana qarşı danışıqlara başlamaq üçün öncədən bir neçə ciddi şərt irəli sürüb. Məlumatlara görə, əsas tələblərə İranın kütləvi nümayişçilərə qarşı atəşdən dərhal imtina etməsi, həbs olunanların buraxılması, zənginləşdirilmiş uranın təhvil verilməsi, uzaqmənzilli-ballistik raket proqramının dayandırılması və (Hizbullah, HƏMAS, Hislər və s.) terror təşkilatlarına dəstəyin kəsilməsi daxildir.

ABŞ Tehranla danışıqlara yalnız bu tələblər yerinə yetirildiyi halda razılaşacaq. Bəs, İranın cavabı nə olacaq? Şərtlərlə razılaşacaqmı?

Məsələ ilə bağlı sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, ümumiyyətlə, bu məsələdə ziddiyyətli vəziyyət mövcuddur:

“Belə ki, həm Tramp administrasiyasının özündə də fərqli yanaşmalar var, həm də İran tərəfində də bəzən ziddiyyətli mövqelərə rast gəlirik. Tramp administrasiyasında bir qrup şəxs İranla diplomatik təmaslara üstünlük verir. Amma Trampın özü həm danışıqların mümkünlüyü ilə bağlı mövqe bildirir, həm də İrana görünməmiş zərbələr endirilməsi ehtimallarını səsləndirir. Ona görə də proseslərin necə cərəyan edəcəyini tam şəkildə müəyyənləşdirmək çətindir. Tramp qeyd edib ki, İran rəhbərliyi danışıqların aparılması ilə bağlı siqnallar verir. Hətta bunu İranın xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, onlar danışıqlara hazırdırlar, amma ABŞ İranla ultimatum dilində danışmamalıdır, yalnız tam bərabərhüquqlu şəraitdə dialoq mümkündür. Buna baxmayaraq, ABŞ danışıqların aparılması üçün öz şərtlərini irəli sürüb”.

Ekspert ABŞ-nin İsveçrədəki səfirliyi vasitəsilə ABŞ və İran rəsmiləri arasında təmasların mövcud olduğunu vurğulayıb:

“Bu da danışıqların baş tutma ehtimalını gücləndirir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ABŞ hazırda Qərb yarımkürəsində həll etməli olduğu problemlərlə məşğuldur. Yəni ABŞ-nin mövqeyinə istinad edərək yanaşma sərgiləmək olar. Bildiyimiz kimi, Tramp diqqətini Kuba, Meksika və Venesuelaya, Venesuelanın gələcək vəziyyətinə yönəldib. Digər tərəfdən isə Qrenlandiya məsələsində də çox israrlıdır. Bu isə NATO daxilində ciddi qeyri-müəyyənlik yaradır. Bu baxımdan, indiki reallıqlar şəraitində ABŞ üçün İranla münasibətlərin hərbi toqquşma həddinə çatması maraqlı olmayacaq. Digər tərəfdən hesab edirəm ki, İrandakı daxili vəziyyət də ciddi təsiredici amil kimi çıxış edir. İran Prezidenti Pezeşkiyan, bildiyimiz kimi, cəmiyyəti dəstək mitinqinə dəvət edib. Prezidentin özü də bu mitinqdə iştirak edib və eyni zamanda bildirib ki, cəmiyyəti narazı salan məsələlər həll edilməlidir. Yəni hakimiyyət kompromis yolunu tutub. Bundan əlavə, İranda 36 məscidin yandırılması da hakimiyyətə qarşı çıxan etirazlara münasibətdə fərqli yanaşma formalaşdırır. Yəni əhalinin bir hissəsi bu cür etirazlara artıq neqativ yanaşa bilər və milyonluq mitinqlər də bunu deməyə əsas verir. Amma bütün hallarda mən bu reallıqlar fonunda düşünürəm ki, İran rəhbərliyi ABŞ-nin sərt mövqeyini bildiyi üçün dialoqda maraqlı olacaq. Bu gün də, özlərinin etiraf etdiyi kimi, həmin təmaslar mövcuddur. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də dialoq tərəfdarıdır. Onun prezident administrasiyasında kifayət qədər təsiri var. Bütün bunların fonunda hesab edirəm ki, indiki şəraitdə ABŞ ilə İran arasında dialoq imkanlarının formalaşması kifayət qədər realdır”.

Bəsti Rəfizadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:292
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri