Icma.az
close
up
RU
Elşad Musayev: “Hakimiyyətə qarşı radikal mövqedə olanlar...”

Elşad Musayev: “Hakimiyyətə qarşı radikal mövqedə olanlar...”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işinin başlaması son dövrlərin əsas gündəm mövzusu idi”.

“Cebheinfo.az” xəbər verir ki, Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev “Facebook” hesabında yazıb.

O bildirib ki, AXCP sədri Əli Kərimlinin, AXCP və Milli Şura rəhbərliyinin bu cinayət işi ilə bağlı istintaqa cəlb olunması cəmiyyətdə çox böyük səs-küyə və müzakirələrə səbəb oldu:

“Hüquqi baxımdan yanaşaq. AXCP və Milli Şura rəhbərliyi və ətrafı istintaqa cəlb olunublar, son məlumata görə artıq Əli Kərimliyə hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham verilib və onun barəsində araşdırma Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır. 

Yəqin, yaxın zamanda hüquq mühafizə orqanlarının rəsmi mövqeyi də açıqlanacaq. Bütün hallarda istintaqın gedişini və nəticələrini gözləmək hüquqi baxımdan daha doğru yoldur. Amma təbii ki, siyasi baxımdan hadisələri araşdırmaq, mülahizələr söyləmək də hər kəsin haqqıdır. AXCP və hakimiyyətə qarşı radikal mövqedə olanlar ciddi cəhdlə bu işin qurama olduğunu sübut etməyə çalışırlar”.

Siyasətçi qeyd edib ki, əgər əsas yoxdursa, AXCP-nin hakimiyyət üçün təhlükə törətmək baxımından bu qədər zəif olduğu dövrdə hakimiyyətin nəyinə lazımdır ki, bu işin içinə girsin:

“Onsuz da Azərbaycanı sevməyən xarici dairələrə bir bəhanə lazımdır ki, Azərbaycana qarşı hücuma keçsinlər, ölkəmizin beynəlxalq imicinə zərbə vursunlar.

Belə bir “arqument”də səsləndirilir ki, AXCP-Milli Şura Rusiya-Ukrayna savaşında Ukraynanın yanında durub. Durub nə edib? Heç kəs bunların nə Rusiya, nə İran, nə də bizə qarşı düşmənçilik edən qərb qüvvələrinin və dövlətlərinin əleyhinə bir mövqe ortaya qoyduqlarının şahidi olmayıb. 

44 günlük müharibədə birbaşa ermənilərin arxasında duran Fransanın və digər Anti-Azərbaycan mövqeyində olan ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərin ön cərgəsində olublar.

44 günlük Vətən müharibəmizdə siyasi birliyimizi pozan addımlar atıblar. Digər tərəfdən, Gədəbəyin keçmiş İcra başçısı pulu AXCP rəhbərliyinə və onun media quruluşlarına məhz Rusiyadan göndərmirdi? Bu ki, onun videoçəkilişə alınmış ifadələrində aydın görsənir. Bütün bunlar onsuz da zəifləmiş siyasi partiyalarımızın daha da zəifləməsinə səbəb olur”.

Millət vəkili diqqətə çatdırıb ki, xarici qüvvələrdən asılılıq və xarici qüvvələrə söykənərək hakimiyyətə gəlmək pis ənənədir: 

“Son 30 ildə AXCP bu ənənənin Azərbaycandakı əsas daşıyıcılarından biri olub. Artıq bu pis ənənəyə son qoyulmalıdır. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. 

Kimliyindən asılı olmayaraq dövlətin, millətin əleyhinə fəaliyyət göstərən, hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd göstərən hər kəs öz layiqli cəzasını almalıdır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Elşad Musayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri