Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Əlvida, Ukraynanın Çaplini!

Əlvida, Ukraynanın Çaplini!

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nə qədər istəməsəm də, Volodimir Zelenski prezident seçiləndən, daha doğrusu, Ukraynada müharibə başlanandan onu Çaplinə bənzədirəm. Düzdür, bir az qüsurlu müqayisədir, amma gəlin dərhal nəticə çıxarmağa tələsməyək, bu yazını sonadək oxuyub görək, niyə mən belə düşünürəm? 

Cümə günü Zelenskinin ABŞ-a gözlənilən səfəri barədə "Sky News"da şərhə qulaq asdıqdan sonra "CNN Türk"ə çevirdim. Bir də gördüm, 5 nəfər kişi (1 aparıcı, 4 ekspert, hələ efiri idarəetmə otağında üzü görünməyən, lakin daim adı çəkilən Zeynəb adlı bir redaktor da varmış) Zelenskinin "KVN" tipli videolarını böyük monitorda seyr edərək, görünməyən Zeynəbdən daha artıq qeybət edir. Çox kədərləndim...

Neçə vaxtdır, Ukrayna və Zelenski haqqında yazmaq istəyirdim. Bəzən məni insanın mövqeyindən daha çox tutduğu mövqedəki hissləri maraqlandırır. Əslində Çaplinin kədərli həyat hekayəsi həm də həyata, insana, sənətə, xüsusilə komediyaya necə yanaşmaq məktəbi idi.  Məsuliyyət tələb edən, hır-hır yox. 

Amma Zelenskinin oynadığı səhnələrə baxdıqca görürsən ki, bu, sənət deyil, komediya da deyil, yəni, sovet rus-yəhudi jarqonçuluğundan o yana keçmir. Lap elə bizim "şən və hazırcavablar", "komedixanalar" kimi. Amma Zelenskinin cizgilərində elə əvvəldən sezilən bir kədər də var...

Əminəm ki, Zelenski prezident kürsüsündə çox acılar çəkib. Haradasa yenə də əminəm ki, taleyin onunla belə oyun oynayacağını bilsəydi, elə səhnədə qalardı - açıq səhnədə. Qapalı siyasət səhnəsi çox məşəqqətlidir. 

O, çox yorğundur. Sonuncu, yaddaqalan siyasi çıxışlarından birində isə məlum olur ki, dünya düzəlmir: Ukrayna uğrunda döyüşlərin iqtisadiyyatı belədir - 320 milyard dollar. 120 Ukrayna, 100 ABŞ, 100 milyard da Avropa və digərlərinin cəmi xərclədikləri. Və bu pula alınan ölüm silahlarından elə danışılır ki, elə bil qoz-fındıqdır. Heyhat, hələ də sülh yoxdur! Bu tərəfdən də Marsa daha tez uçub-çatmaq üçün Ukraynadakı qiymətli metal yataqları istismar olunmalı, borc qayıtmalıdır. Borcverən ayağını dirəyib...

Nədənsə, çağdaş media beynimizə belə bir fikir yerləşdirməyə çalışır ki, Zelenski ümumən səhv edib, Ukrayna batır, heç o tərəflərdə Günəş də çıxmır, lap bugün-sabahlıqdır. Amma bilənlər bilir, Ukrayna nəhəng sənaye, xüsusilə mühüm hərbi-sənaye ölkəsidir. Ukrayna tez dirçələ biləcək resurslara malikdir, həmçinin insan resurslarına: 

"Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna...

...Məni basdırınız, üsyan ediniz,

Qırıb yox ediniz o qandalları".

Ukraynalıların qüruruna inanan bir insan kimi deyirəm, yuxarıdakı sətirlərin müəllifi Taras Şevçenkonun ruhu da bu gün orada savaşan insanlarla eyni mayadandır. 

Elə bu yazımı da şəxsən tanıdığım, gördüyüm bütün qürurlu ukraynalılara həsr edirəm. Hələ də yadıma şəxsən tanıdığım hansısa bir ukraynalı dostumu sala bilmirəm ki, onu nə vaxtsa pessimist görüm. 

Lakin Zelenski çox yorğun görünür. O, səhnədən getmək istəyir, bir gün gedəcək, hamı ona əlvida deyəcək, amma unudulmayacaq, Çaplin kimi...  

Və bir hiss mənə deyir ki, bu gün Zelenskiyə "şən və hazırcavablar"sayağı lağ edənlər, Stalin və NKVD məktəbinin (ruhunun) son həmlələridir, bitəcək. Elə Ukrayna da məhz o yerdən, o mərhələdən sonra dirçəlməyə başlayacaq... 

Məqsəd Nur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri