Icma.az
close
up
RU
Əmanətçilər üçün böyük narahatlıq: ““Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəldir”

Əmanətçilər üçün böyük narahatlıq: ““Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəldir”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mərkəzi Bankın sədri ilə 10 ekspertin ənənəvi rüblük görüşü keçirildi. 

Həmişəki kimi Taleh Kazımov açıq və konstruktiv müzakirə (bəzən hətta mübahisə) şəraitində bütün suallara dolğun və səmimi cavab verdi. Bu dəfə əsas mövzular pul siyasəti və vençur maliyyələşməsi idi. 

O cümlədən bəlli oldu ki, Taleh müəllim Mərkəzi Bankın kollegial qurumlarında (Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi) həqiqi kollegiallığa şərait yaradaq səsvermədə sonuncu olaraq iştirak edir və bir neçə dəfə hətta qəbul olunmuş qərarların əleyhinə də səs verib. 

Digər dövlət qurumları üçün çox yaxşı nümunədir. Mənim sualım bank sistemi üçün ən əhəmiyyətli məsələlərdən biri ilə bağlı idi - əmanətlər haqda. Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı eksert Əkrəm Həsənov deyib.

O bildirib ki, hazırda bir bank - “Turanbank” uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb:

“Deməli, müştəri bu banka 100 min dollar əmanət yerləşdirib 2009-cu ildə, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa qəbzini, həmçinin bir torpaq sahəsinə mülkiyyət sənədini tapıb və notariusa müraciət edib. 

Lakin “Turanbank” bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə isə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasasən sənədləri azı 5 il saxlamalıdır, 5 il bitib, o da sənədləri məhv edib.

Başqa sözlə, “Turanbank” demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Çünki 5 ildən sonra gəlib əmanəti istəsəz, bank deyə bilər ki, elə sabahısı gün gəlib çıxarmısan, 5 il ötüb, o da sənədləri məhv edib. 

Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz əlbəttə: əmanətçilər üçün qeyri-müəyyənlik yaratmaq! Niyəsə İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunu istəyə bilərsən, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir”.

Problem ondadır ki, bu mövqeyi sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirir: 

“Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlmaya gələndə 5 illik sənədləri istəyə bilər. 

Amma təbii ki, bankın müştəri qarşısında öhdəliyinin icrasını təsdiq edən sənədin saxlanılması ilk növbədə bankın özünə lazımdır. Çünki əmanəti qaytarmasına dair sübutetmə yükü onun üzərindədir.

Baş bankir məsələnin araşdırılacağını bildirdi və təsdiq etdi ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil. Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur və yalnız “Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəldir. Lakin buna necə əmin olaq? Bir bank bütün bank sisteminin üzünü qara edə bilər...”

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri