Icma.az
close
up
RU
Embawoodun malları BOYKOT EDİLƏCƏK?..

Embawoodun malları BOYKOT EDİLƏCƏK?..

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən Bakıda “BYD” markalı taksi maşınının qəzaya uğraması - Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinə "uçaraq" beton maneəyə çırpılması ən çox müzakirə olunan mövzulardandır.
Gündəmi zəbt edən bu olay “Embawood” şirkətinin işinə yarayıb. Belə ki, şirkət bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb.

Mebel satışı ilə məşğul olan “Embawood” qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz - sifarişiniz ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.
Şirkətin paylaşımı sosial şəbəkələrdə və mediada qınaqla qarşılanıb və tənqidlərə səbəb olub. Bununla bağlı müzakirələrə qoşulanlar “Embawood” şirkətini öz mənafeyi naminə ucuz yola getməkdə suçlayıblar.

Fakta münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a bildirib ki, özəl şirkətlər belə addımlara görə özləri risk daşıyır:

“İnsanlar reklamı bəyənməyəcəklərsə, onların məhsulundan imtina edəcəklər. Təəssüf ki, elə bir trend yaranıb ki, gündəmdə olan istənilən məsələ ilə bağlı onu reklam fürsətinə çevirmək cəhdləri yaranır. Şirkətlər tərəfindən biz belə halları əvvəllər də görmüşük. Mən onların niyyətini anlayıram, onlar gündəmdə olan məsələni virus kimi yayılacaq reklam kampaniyasına çevirmək istəyirlər. İndi hər şey insanların seçimindən asılıdır. İnsanlar bundan narazılıq etsələr, reklamı qəbul etməsələr “Embawood”un məhsullarını boykot edəcəklər. Əgər bu məsələdə hansısa etik qaydalar, qanunvericilik pozulmayıbsa, riskləri biznes qurumu özü daşıyır. Kənardan hansısa müdaxiləni doğru saymıram. Amma vətəndaş qınağı yaranacaqsa, onların satışı azalacaq və gələn dəfə belə səhv etməyəcəklər. Dünyada belə mexanizmlər işləyir”.
 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, “Embawood” şirkəti barədə hər ay 2-3 şikayət alırlar:
 

“Şikayətlər əsasən malların keyfiyyətsizliyi, geri qaytarılması ilə bağlı olur. Təəssüflər olsun ki, “Embawood” şirkəti əvvəllər yaxşı işlədiyi halda getdikcə zəifləyir. İnsanlara pis təsir edən uyğunsuz reklam təqdimatı isə heç doğru deyil. Başqa sözlə, sürücüləri lazım olmayan istiqamətə yönəldirlər. Düşünürəm ki, bu reklam vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır”.

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri