Icma.az
close
up
RU
ƏMDX torpaq kateqoriyasının dəyişdirilməsinə dair vətəndaşlara müraciət edib

ƏMDX torpaq kateqoriyasının dəyişdirilməsinə dair vətəndaşlara müraciət edib

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) istifadəyə verdiyi “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərə baxılmasına başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir, metodiki köməkliklər göstərilir.

"Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasında yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasına dair müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cür müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış, həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğunu dəqiqləşdirməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində yaşayış massivi üzrə edilməlidir. Elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər", - deyə açıqlamada qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri