Əmək Mərkəzinin Baş Assambleyasına hazırlıqla bağlı yüksək vəzifəli rəsmilərin görüşü keçirilir YENİLƏNİR/FOTO
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirilir. SİA xəbər verir ki, “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.
O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevintapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 24 Sentyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















