Icma.az
close
up
RU
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var? AZƏRTAC

“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda hansı yeni dəyişikliklər var? AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dəyişikliklərə əsasən, əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq olunacaq. İşəgötürənlər növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dair proqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dək deyil, avqustun 1-dək təqdim edəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Şirkəti tərəfindən aidiyyəti məlumatlar müvafiq qurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun 1-dək deyil, sentyabrın 1-dək təqdim olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə hər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdim edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyaya təqdim etməli olduğu məlumatlara nazirliyin elektron sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər də daxil ediləcək.

Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başa çatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdim edəcək.

Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı da göstəriləcək.

Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindən Nazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dək təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri