Icma.az
close
up
RU
Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələlər müzakirə edildi

Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələlər müzakirə edildi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Dekabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Moderator.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Komitənin sədri Musa Quliyev gündəliyə 7 məsələnin – bir sıra qanunlara dəyişikliklərin edilməsi barədə və büdcə zərfinə daxil olan qanun layihələrinin daxil edildiyini bildirib.

Əvvəlcə, komitə sədri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinə uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, diplomatik xidmət orqanı əməkdaşlarının rotasiya qaydasında mütəmadi olaraq xaricdə xidmət keçməyə göndərilmələri, habelə diplomatik xidmət orqanlarında fəaliyyətin və xidmətkeçmənin xüsusiyyətləri onlarla bağlı bir sıra əmək, xidmətkeçmə, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərin tənzimlənməsini zəruri edir.

Bununla əlaqədar olaraq, Əmək Məcəlləsinə bəzi dəyişikliklər təklif olunur. Məcəllənin 69-cu maddəsinə əlavə ediləcək 3-1-ci müddəaya əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

Məcəllənin 77-ci maddəsinə təklif edilən əlavədə isə bildirilir ki, diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 təqvim günü keçənədək əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə, bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə təyin olunur.

Layihədə bir sıra digər qanunlara da müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulur.

Sonra komitə sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verilib.

Bildirilib ki, qanun layihəsi Prezidentin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planına əsasən, dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, həmçinin, ölkə başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planı hissəsində dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən edilmiş prioritetə uyğun olaraq rəqəmsallaşmasının, istifadə rahatlığının artırılmasının və proaktiv xidmətlərin təmin edilməsi məqsədilə dövlət xidmətlərinin rəqəmsal mühitə keçirilməsi ilə bağlı tədbirlər çərçivəsində hazırlanıb.

Bununla əlaqədar qanun layihəsində əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələri üzrə məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi və sözügedən məlumatların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Qeyd olunub ki, sənəddə əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə işçinin vəzifəsi, müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, ünvanlı dövlət sosial yardımının təyin olunması, sosial müavinətlər təyin edilməsi, əmək pensiyalarının təyin edilməsi barədə, şəxsin əlilliyinin müəyyən olunmasına dair qərarlar, şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, fərdi məşğulluq proqramında iştirakla bağlı və bir sıra digər məlumatların EHİS üzərindən təqdim edilməsi təklif olunur.

Sonra Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrini üçüncü oxunuşda təqdim edib.

Komitə sədri bildirib ki, Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən sığorta fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur. Hər iki fondun növbəti il üçün büdcələri vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.

Gündəliyin növbəti məsələləri – “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” (üçüncü oxunuş) və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” (üçüncü oxunuş) qanun layihələri ilə bağlı məlumatında Musa Quliyev növbəti il üçün yaşayış minimumunun məbləği və ehtiyac meyarının həddinin 285 manat müəyyən edildiyini diqqətə çatdırıb. O, artıq üç ildir ki, ehtiyac meyarının yaşayış minimumuna bərabər tutulduğunu qeyd edib.

Sonra komitə sədri sonuncu məsələni – “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Məsələlərin müzakirəsi zamanı komitə üzvləri Nigar Məmmədova və Jalə Əliyeva çıxış edərək qanun layihələrinin əhəmiyyətindən söhbət açıblar.

Komitə üzvləri gündəlikdəki qanun layihələrinin hər birini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda komitənin sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Bədəl Bədəlov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Soltan Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see213

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see210

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see199

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see195

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see183

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see168

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see151

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see149

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri