Icma.az
close
up
RU
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında iki qanun layihəsi müzakirə edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında onlayn iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, gündəliyin birinci məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) əhəmiyyətindən danışan komitə sədri sənədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dövlət tərəfindən dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

M.Quliyev gündəliyin ikinci məsələsi olan Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2021-ci il 22 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir. Nəticədə, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidlik təmin olunur.

Komitə sədri bildirib ki, layihədə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna yeni 12-1-ci maddənin əlavə olunması nəzərdə tutulub. Yeni maddədə əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədi ilə qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı gətirilir və Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə qəbul edilir.

Qeyd edilib ki, müzakirələrdə, həmçinin deputatlar Vüqar Bayramov, Nigar Məmmədova, Soltan Məmmədov, Əziz Ələkbərov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışçılar qanunun tətbiqi mexanizmləri, Azərbaycan işarət dilinin öyrənilməsi, istifadəsi imkanları və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri