Icma.az
close
up
RU
Əməkdar artistdən TƏSİRLİ çağırış “Xadimə də olaram, təki...”

Əməkdar artistdən TƏSİRLİ çağırış “Xadimə də olaram, təki...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Əvvəlki işimə geri qayıtmağım ilə bağlı video müraciətimdən sonra Akademik Milli Dram Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur. Qərəzli şəkildə. Bu qərəzli şəkildə mənə olan cavabdır”.

Moderator.az bildirir ki, bu barədə Əməkdar artist Mehriban Xanlarova son videomüraciətində danışıb.

Aktrisa 28 il fəaliyyət göstərdiyi doğma teatrına qayıtmaq istəyinin qarşısının alınmasından narazılığını ifadə edib və məsələnin onun üçün prinsipial xarakter daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, teatrda yenidən işləmək istəyi ilə bağlı müraciətindən sonra ona “ştat yoxdur” cavabı verilib və bu yanaşmanı qərəzli hesab edir: “İndi bəlkə hər kəs təəccüblənəcək. Yox, təəccüblənməyin. Artıq mən buna qərar verdim. Məni Akademik Milli Dram Teatrında xadimə vəzifəsinə götürsünlər. Mən buna razıyam, təki mən teatrıma qovuşum, öz doğma teatrımda işləyim. Mən buna razıyam. Mən xadimə vəzifəsində işləyənlərdən artıq deyiləm. Namusla, qeyrətlə çörək qazanıb evə gətirmək mənim üçün ayıb deyil. İndi görüm buna nə bəhanə gətirəcəksiniz? Buyurun, sizdən cavab gözləyirəm”.

Xatırladaq ki, Mehriban Xanlarovanın bundan əvvəl işinə qayıtmaqla bağlı müraciətinə cavab olaraq Dövlət Akademik Milli Dram Teatrından bildirilib ki, hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Qurumun açıqlamasında, həmçinin, qeyd olunub ki, Mehriban Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib və onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi məqsədilə alternativ imkanlar da təklif edilib. Bildirilib ki, ona digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərslərinin aparılması kimi təkliflər irəli sürülüb.

Lakin aktrisa yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ variantları qəbul etməyib. Teatr tərəfindən vurğulanıb ki, onun işə bərpası ilə bağlı son müraciətinə cavab olaraq bir daha izah edilib: əmək münasibətlərinə xitam onun öz yazılı müraciəti əsasında verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri