Əməkdar müəllim vəfat etdi
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Kəlbəcər rayonunun tanınmış ziyalılarından olan Vaqif Bayramov dünyasını dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, Vaqif Rza oğlu Bayramov 26 mart 2026-cı il tarixində Vətən həsrəti ilə vəfat edib.
O, 18 avqust 1956-cı ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Ali təhsilini başa vurduqdan sonra rayon işğal olunana qədər Sarıdaş kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
Kəlbəcərin işğalından sonra Göygöl rayonunun Bənövşəli (keçmiş Mixaylovka) kəndində məskunlaşan Vaqif Bayramov pedaqoji fəaliyyətini təqaüdə çıxana qədər davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.
Mərhum martın 27-də müvəqqəti məskunlaşdığı Bənövşəli kəndində dəfn ediləcək. 3 və 7 mərasimləri isə martın 29-da həmin kənddə keçiriləcək.
Allah rəhmət eləsin!
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:89
Bu xəbər 27 Mart 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















