“Əməkdar” və “Xalq” fəxri adları Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə 26 nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib. Onlar Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, bu ilin iyulun 1-dən Azərbaycanda “Xalq” fəxri adına görə verilən təqaüdün məbləği 300, “Əməkdar” adına görə verilən təqaüdün məbləği isə 200 manata qaldırılıb.
KONKRET.az xəbər verir ki, Modern.az hazırda fəxri adlara görə təqaüd alan şəxslərin sayını araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, respublika üzrə 4 470 nəfərə “Əməkdar” fəxri adına görə aylıq təqaüd ödənilir.
“Xalq” fəxri adına görə təqaüd alanların sayı isə daha azdır. 2025-ci ilin əvvəlinə olan məlumatda bildirilir ki, “Xalq” fəxri adına görə 248 nəfərə təqaüd verilir.
Qeyd edək ki, təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 İyul 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















