Icma.az
close
up
RU
Əməkdaşliğin yeni səhifəsi

Əməkdaşliğin yeni səhifəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BXA və ADA Universiteti kitabxana mübadiləsinə start verir

16 sentyabr 2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə ADA Universiteti arasında önəmli bir görüş keçirilib. Görüşdə BXA-nın rəhbərliyi, həmçinin ADA Universitetinin kitabxana və informasiya xidmətləri departamentinin nümayəndələri iştirak ediblər.

Tədbrin əsas hədəf iki ali təhsil müəssisəsi arasında kitabxanalararası əməkdaşlığın gücləndirilməsi, eləcə də tədris və elmi fəaliyyətin daha da dəstəklənməsi olub. Xüsusən kitabxana fondlarının qarşılıqlı mübadiləsi, rəqəmsal informasiya resurslarının paylaşılması, birgə layihələrin icrası və mədəniyyət sahəsində ortaq təşəbbüslərin reallaşdırılması barədə müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, müasir ali təhsil sistemində kitabxanalar həm də bilik, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Onlar tələbələrin tədqiqat imkanlarını genişləndirir, müəllimlərin elmi fəaliyyətini dəstəkləyir və biliklərin daha rahat əldə olunmasına şərait yaradır. Kitabxanalararası əməkdaşlıq isə təhsil müəssisələrinin resurs potensialını birləşdirərək daha zəngin və əlçatan məlumat mühitini təmin edir.

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-İnformasiya Mərkəzi öz missiyası ilə təkcə tələbələrin dərs prosesini dəstəkləmir, həm də xoreoqrafiya, incəsənət, mədəniyyət və pedaqogika sahəsində fundamental elmi bazanın formalaşdırılmasına xidmət edir. Burada toplanan çap və elektron resurslar həm yerli, həm də beynəlxalq tədqiqatçılar üçün unikal imkanlar yaradır. Mərkəzin fəaliyyət istiqamətləri arasında rəqəmsallaşdırma, yeni texnologiyaların tətbiqi və beynəlxalq elmi əlaqələrin qurulması xüsusi yer tutur.

Odur ki, BXA-da təşkil olunan görüşdən sonra qonaqlar BXA-nın kitabxana-informasiya  mərkəzi, dərs otaqları və ümumi akademiya ilə tanış olub, hətta rəqs dərslərində də iştirak ediblər. Bu kimi görüşlər yalnız birgə əməkdaşlığın başlanğıcıdır. Gələcəkdə belə tədbirlərin daha geniş miqyasda, müxtəlif mövzuları əhatə edən şəkildə keçirilməsi nəzərdə tutulur. Bu, həm tələbələr, həm müəllimlər, həm də elmi ictimaiyyət üçün yeni imkanlar yaradacaq, Azərbaycan təhsil və mədəniyyət sistemində kitabxanaların rolunu daha da artıracaqdır.

Əbülfəz Babazadə

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

kulturoloq-yaponşünas

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri