Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Əməkdaşlıq üçün yeni istiqamət Azərbaycan Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək

Əməkdaşlıq üçün yeni istiqamət Azərbaycan Afrika əlaqələri daha geniş sahələri əhatə edəcək

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qoşulmama Hərəkatı (QH) Azərbaycanın təmsil olunduğu təşkilatlar sırasında xüsusi yerə və statusa malikdir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan hərəkat daxilində azsaylı ölkələrdəndir ki, üzv olduqdan sonra qısa zamanda sədr statusu qazanıb.

2011-ci ildə Hərəkata tamhüquqlu üzv olan Azərbaycana 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşündə sədrlik keçib. Bu sədrlik 2022-ci ilə qədər olub. Vətən müharibəsi dövründə Hərəkat Azərbaycana dəstəyini bəyan edib. Hərəkatdakı dost ölkələrin verdikləri siyasi və mənəvi dəstək 44 günlük Vətən müharibəsində özünü qabarıq göstərdi.

Müharibədə qələbənin əldə olunmasında həmin dəstəyin rolu olub ki, bu da səbəbsiz deyil. Azərbaycan qurumun fəaliyyət istiqamətlərinin genişlənməsinə, ideyalarının təşviqinə sanballı töhfələrini verib. Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün Qoşulmama Hərəkatında Azərbaycana dərin hörmət bəslənilir. BMT-dən sonra ən böyük beynəlxalq təşkilat tərkibində 120 dövləti birləşdirir. 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyinin əlavə bir il müddətinə artırılmasını xahiş ediblər. Şübhəsiz ki, bu qərar Hərəkat üzvləri tərəfindən Azərbaycan rəhbərliyinin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Neokolonializmlə mübarizə

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dönəmində əsas diqqət yetirdiyi məsələlər sırasında neokolonializmlə mübarizə mühüm olub, az qala bu sahədə geniş cəbhə açması ilə yadda qalıb. Prezident İlham Əliyev QH-nin Bakı Sammitində vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Müstəmləkəçi dövlət Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırıb.

Bəli, məhz Fransanın müstəmləkəçilik siyasətinin 500 illik tarixi var və Yelisey sarayı işğallar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə salmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utanverici izlər qoyub, hərbi cinayətlər törədib, insanların ölümünə rəvac verib. Seneqal, Qvineya-Bisau, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır.

Afrika ölkələri ilə sıx əməkdaşlıq bəhrə verir

Çoxvektorlu siyasət yeridən Azərbaycan Afrika ölkələri ilə sıx əməkdaşlıq edir. Qarşılıqlı səfərlər, qəbul edilən birgə bəyanatlar və əməkdaşlıq göz önündədir. Bu yaxınlarda Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşən İlham Əliyev də bu məsələyə toxunub. Bildirib ki, təhsil, müdafiə sənayesi, kənd təsərrüfatı, sərmayə, dövlət xidmətləri sahələrində əməkdaşlıq ediləcəyinə ümid edir. Prezident qeyd edib ki, Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda Somali ilə qarşılıqlı dəstəyi birmənalı olaraq davam etdirəcək.

Qeyd edək ki, hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və "ASAN xidmət" modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.

"Azərbaycanla əlaqələri yeniləmək üçün burdayam"

Yeri gəlmişkən, Somali liderinin ardınca Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo da bu gün Azərbaycana səfər edib. Danışıqlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər. Qvineya-Bisau Respublikasının Prezidenti bildirib ki, Azərbaycanla əlaqələri yeniləmək üçün burdadır:

"Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq".

O, əlavə edib ki, təkbətək görüşdə beynəlxalq münasibətlərə aid çox məsələlər müzakirə edilib: "Bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik". 

Azərbaycanın dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər ümumi məxrəcə gəlib çıxacaqlar. Dövlət başçısı afrikalı həmkarının səfərini tarixi adlandırıb: "Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür və onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik". Dövlət başçısının toxunduğu önəmli məqamlardan biri də odur ki, iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir.

Sonda dövlət başçısı bildirib ki, afrikalı həmkarının onu ölkəsinə səfər dəvətini məmnunluqla qəbul edir.

Onu da qeyd edək ki, Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Azərbaycan koronavirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Beləliklə, sadalanan faktlar onu deməyə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələri əhatələyərək dinamik inkişaf edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Fevral 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri