Icma.az
close
up
RU
Əməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi Qəzada öldü

Əməliyyat sarğısını açdırmaq üçün xəstəxanaya getmişdi Qəzada öldü

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən taksi sürücüsünün məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Yusif Osmanova (soyad şərtidir) hökm oxunub.

Bildirilib ki, hadisə bu ilin yanvarında Suraxanı rayonunda Zığ şosesinin “Akkord” şirkətinə məxsus qarajın qarşısından keçən hissəsində baş verib. Taksi proqramı əsasında “Toyota Agua” markalı avtomobillə xidmət göstərən Yusif həmin gün səhər saatlarında Nəsimi rayonunda yerləşən Tibb Universitetinin Onkoloji Klinikasından Hövsan qəsəbəsinə sifariş qəbul edib. O, 1963-cü il təvəllüdlü qadınla oğlunu götürərək təyinat ünvanına aparmaq üçün yola düşüb. Avtomobil Zığ şosesində olarkən sürücü anidən yuxuya gedib və maşını öndə gedən “Mercedes”ə çırpılıb. Nəticədə avtomobilin arxa oturacağında əyləşmiş 62 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlum olub ki, hadisədən bir neçə gün əvvəl zərərçəkmiş qadın xəstəxanada onkoloji xəstəlikdən əməliyyat olunubmuş və sarğısı açıldıqdan sonra evə gedirmiş.

Məhkəmədə mərhumun ailə üzvləri sürücünü bağışlamadıqlarını, Yusifin barışığa cəhd etmədiyini və dəymiş zərəri ödəmədiyini bildiriblər. Onlar sürücüyə ağır cəza tələb ediblər.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə sürücüyə 5 il 2 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan sürücü məhkəmə zalındaca qandallanıb.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri