Icma.az
close
up
RU
Əməliyyat üçün ən ideal gün: Bazar ertəsi, yoxsa cümə? ARAŞDIRMA

Əməliyyat üçün ən ideal gün: Bazar ertəsi, yoxsa cümə? ARAŞDIRMA

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kadir Kaymakçı


Pilləkən altından keçməmək, qara pişik görəndə yolunu dəyişmək, 13 rəqəminin uğursuz olduğuna inanmaq kimi batil inanclara çox da əhəmiyyət vermirəm... Amma bəzən taxtaya vururam və ya, illər əvvəl futbol oynaya bildiyim vaxtlar, sahəyə sağ ayağımla girirdim. Bir dostum viza görüşünə gedərkən uğur gətirsin deyə alt paltarını tərs geyindiyini demişdi... Hələ pasport səfirlikdədir – cavabdan asılı olaraq bəlkə mən də bu üsulu yoxlayaram. İnsanların batil inancları haqqında çox şey eşitmişəm. Özünü yaxşı hiss edirsə, məncə heç bir problem yoxdur! Axşamlar dırnaq kəsməyin uğursuz olduğuna inanan birinə nə demək olar ki?

Amma bir dostum var – onun halı biraz ironiya doğururdu... ta ki dünən bir yazı oxuyana qədər!

Bir neçə ay əvvəl o, kiçik bir əməliyyat keçirəcəyini dedi. Elə böyük bir sağlamlıq problemi deyildi, amma həkim bu “kiçik əməliyyatı” tövsiyə etmişdi. Əməliyyat üçün şənbə gününü təklif etdilər. Dostum isə “Mən şənbə günü əməliyyat olmuram” dedi. Mən daha vacib bir işi olduğunu düşündüm, amma “Yox, sadəcə şənbə günü mənə uğursuz gəlir, əməliyyat olmuram” dedi. Niyəsini bilmir, sadəcə içindən gəlirmiş belə – şənbə günü əməliyyat olmazmış. Başda da dediyim kimi, heç kəsi hisslərinə görə mühakimə etmirəm. Həkimdən həftə içi başqa günə təyin alıb, əməliyyatı çərşənbə axşamı günü etdirdi. İndi maşallah çox yaxşıdır.

Onun bu “şənbə” inadını da unutmuşdum – ta ki dünən "Vox"-da yayımlanan xəbəri oxuyana qədər!

Amerika Tibb Assosiasiyası Jurnalı (JAMA) tərəfindən ABŞ və Kanadadan olan ondan çox elm adamı cümə günü edilən əməliyyatların nəticələrini araşdırıb. Kanadanın Ontario şəhərində 2007–2019 illəri arasında ən çox rast gəlinən 25 cərrahi müdaxilədən birini keçirmiş 450 mindən çox xəstənin məlumatları araşdırılıb.

Nəticəyə görə: Cümə günü əməliyyat olunan xəstələr, bazar ertəsi əməliyyat olunanlara nisbətən qısa, orta və uzunmüddətli fəsadları daha çox yaşayıblar!

Bundan əvvəlki tədqiqatlar da müxtəlif ölkələrin səhiyyə sistemlərində oxşar nəticələr verib. Məsələn, Böyük Britaniyada aparılan bir araşdırma göstərib ki, bazar ertəsi günləri edilən əməliyyatlar 30 gün sonra daha yaxşı nəticələr verib. Niderlandda edilən bir başqa araşdırmada isə cümə günü edilən əməliyyatlardan sonra ölüm hallarının bazar ertəsinə nisbətən daha yüksək olduğu müəyyən olunub.

Bu nəticə artıq ölkə fərqi olmadan qlobal bir tendensiya kimi qiymətləndirilir. ABŞ-da aparılan digər araşdırmalar da bunu təsdiqləyib.

Araşdırma bütün cərrahiyyə sahələrini – ortopedik cərrahiyyə, damar cərrahiyyəsi və ginekologiya da daxil olmaqla – əhatə edib. Xəstələr bir il ərzində izlənilib və onların əməliyyatdan sonra ölüb-ölmədiyi, yenidən xəstəxanaya yatırılıb-yatırılmadığı və ya infeksiya kimi hər hansısa bir komplikasiya yaşayıb-yaşamadıqları izlənilib.

Nəticəyə görə, cümə və cümə axşamı əməliyyat olunanlar, bazar ertəsi və çərşənbə axşamı əməliyyat olunanlara nisbətən orta hesabla 5% daha çox fəsadla qarşılaşıblar. Bu təsir ürək və damar əməliyyatlarında daha güclü, ginekoloji və estetik əməliyyatlarda isə demək olar ki, yox dərəcəsində olub.

Tədqiqatçılar bu nəticənin səbəbləri arasında həftə sonları xəstəxanalarda daha az sayda və təcrübəsiz personalın işləməsini göstərirlər. Rhode Island Universitetindən professor Betty Rambur deyir: “Az personal və təcrübəsiz personalın kombinasiyası komplikasiyaların artmasına səbəb ola bilər.”

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr xəstəxana rəhbərlərinə cümə və həftə sonları üçün personal planlamalarını yenidən gözdən keçirmə ehtiyacı barədə siqnal verməlidir.

Dostumun şənbə günü əməliyyatdan qaçması əvvəllər mənə yersiz bir batil inanc kimi gəlirdi. Bu yazını oxuyandan sonra onu zəng edib məlumatlandırdım. O isə güldü, üç dəfə taxtaya vurub “Şeytanın qulağına qurşun, verdiyim sədəqəymiş” dedi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Aprel 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri