Icma.az
close
up
RU
Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli siyasi mübarizə xətti digər etnik millətlərdən fərqlənir

Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli siyasi mübarizə xətti digər etnik millətlərdən fərqlənir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün islahatçı cərayanla mühafizəkar cərəyan arasında ciddi qarşıdurma yaranıb və bu qarşıdurmanın mahiyyətində dini rəhbərlik strukturunun da sorğu çəkilməsi prosesi var. İndiki mərhələdə biz onu Həsən Ruhani və onun komandasının timsalında görə bilirik. Onlar Qərbə mesaj verirlər ki, yeri gəlsə hətta o dini rəhbərliyin varlığından, onun strukturundan da imtina edə bilərik. Digər tərəfdən mühafizəkar qruplar var ki, onlar da deyirlər ki, İranın dini rəhbərlik strukturu əsas məsələdir. Amma onların da bir problemi ondan ibarətdir ki, əgər o strukturun varlığı monarxiya sistemi ilə olacaqsa, bu, ciddi problemlər yaradacaq. Yəni əgər Əli Xameneidən sonra dini rəhbər kimi Müştəba Xomeni seçilərsə, bu ciddi problemlər gətirə bilər. İranın ictimai siyasi şəraiti, hakimiyyətin öz içindəki dərin böhranları çox ciddidir”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələnin sırf Əli Xameneinin səhhəti ilə əlaqələndirilməsini əsasən informasiya savaşı və ya psixoloji bir savaş kimi dəyərləndirə bilərik, çünki İranda yaşayan 90 milyon insan bu ideoloji və siyasi rejimin mahiyyətinin varlığını qəbul etmir.

Sadiq İsabəyli

“Bu gün onun dini rəhbərinin yaşı artıq səksəni aşıb, səhhətində ciddi problem var, qərar verə bilmir və s. digər məsələlər çox önəmli deyil. Yəni bu məlumatla kütlənin bu rejimə etiraz səbəbi deyil. Çünki bu rejimin mahiyyətini bu insanlar istəmir. Amma 90 milyon insanın içində fərqli millətlər, fərqli mədəniyyətlər, fərqli mübarizə istiqamətləri formalaşıb.

Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli siyasi mübarizə xətti, onun prinsipləri və əsasları farslar, ərəblər, digər etniklərdən fərqlənir. Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri öz milli dövlətçilik istiqamətində gedən bir mübarizəni əsasən irəli sürüb. Ərəblər, kürdlər, bəluclar, həmçinin… Farslar da ayrı bir formada prosesi aparır. Fars kimliyinə əsaslanan, amma digər millətləri də özündə əridə biləcək bir mübarizə metoduna əl atıblar. Fikirləşirlər ki, bunu yenidən formalaşdıra bilərlər və bu hakimiyyəti dəyişib, yenə də İranın siyasi coğrafiyasında öz hakimiyyətlərini formalaşdırıb və o millətlərini də öz nəzarətləri altına sala bilərlər. Amma bu yanaşma təzad təşkil edən yanaşmadır. Çünki Güney Azərbaycanda aparılan milli azadlıq hərəkatı farsların apardıqları mübarizə ilə daban-dabana ziddir. Biz qeyri-fars millətlərlə oxşar məsələlərdə - milli azadlıq məsələləri ilə, mübarizələri ilə bağlı ortaq məxrəcə gələ bilərik. Amma farslarla ortaq məxrəcə gələ bilmirik. İran coğrafiyasında vahid farsçılıq əsasında bir dövlətin formalaşdırılması məsələsində orada yaşayan qeyri fars millətləri demək olar ki, bir araya gələ bilmir ki, farsların yanında olsunlar. Bütün bunlar çox ciddi səbəblərdir ki, hər hansı bir propaqanda maşınının, hər hansı bir informasiya savaşı və yaxud psixoloji savaş üzərindən İranda ictimai siyasi şəraiti öz istədikləri kimi irəli sürə bilsinlər və yaxud bir prosesi canlandıra bilsinlər”-deyə siyasi şərhçi qeyd edib.

Sadiq İsabəyli bildirib ki, Mossad Farsinin "X" kanalında yayılan iddialar bir sıra reallıqları özündə əks etdirir, amma Xameneinin şəxsi ilə bağlı iddiaların nə qədər doğru olub=olmamasından asılı olmayaraq heç bir ciddi təsiri yoxdur, çünki orada heç bir qurum bu məsələni irəli sürmür ki, "dini rəhbər əgər öz vəzifələrini yerinə yetirə bilmirsə, avtomatik vəzifəsini itirmiş olur".

Siyasi şərhçi qeyd edib ki, İran Konstitutsiyasında var ki, əgər dini rəhbər səhhətinə görə vəzifə və funksiyalarını yerinə yetirə bilmirsə, avtomatik olaraq o vəzifəsini itirir: “Əli Xameneinin səhhəti ilə bağlı İsrailin Mossad Farsi kanalının irəli sürdüyü məsələləri heç bir qurum irəli sürmür. Yəni deyirlər ki, "dini rəhbər öz vəzifəsini tam yerinə yetirir, hər şeyə nəzarət edir və əqli dəngəsində də heç bir problem müşahidə olunmur". Ümumiyyətlə, ideoloji rejimlərə qarşı belə bir informasiya savaşının aparılması metodu İranda yaşayan insanlar tərəfindən o qədər də qəbul olunmur. Burada əsas məsələ bundan ibarət olmalıdır ki, İsrail dövləti və onun kəşfiyyat qurumları, həmçinin propaqanda şəbəkələri İranın reallıqlarına istiqamətlənən proseslərə müdaxilə etsinlər. İranda yaşayan qeyri-fars millətlərinin varlığı bütövlükdə görməzdən gəlinirsə və onlarla hesablaşılmırsa, İsrail media platformaları səhərdən axşama nə qədər bu kimi iddiaları irəli sürsələr də onun əhəmiyyəti olmayacaq. Əksinə, rejim onu ayrı bir formada öz təbliğat maşınlarında İranın Qərblə savaşda, İsrail dövlətinə qarşı savaşda haqlılıq payını çıxaracaq və onu İsrail dövlətinə qarşı istifadə edəcəklər”.

Sadiq İsabəyli hesab edir ki, İranda yaşayan toplumlar, millətlər, insanlar kifayət qədər prosesləri doğru dəyərləndirə bilir və şəraiti analiz edə bilirlər: “Belə olan halda onların mübarizələrinə dəstəyin verilməsi sırf propaqanda və psixoloji təbliğatlar üzərində çalışmalar aparmaqla alınmayacaq. Bu təbliğat gərək reallığı əks etdirən bir proseslərlə aparılsın və o proseslər əsasında məsələlərə baxılsın”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri